“Ermənistanla Yekun sülh müqaviləsi olmadan siyasi əlaqələr mümkün ola bilər”
“Ermənistanda seçkilərdə Nikol Paşinyanın parlamentdə konustitusion çoxluğa nail ola bilməməsi yeni konustitusiya qəbul etmək üçün referendumun qəbul edilməsini çətinləşdirir. N.Paşinyanın partiyası 65 deputat yerə malikdir. Referendumun qəbulu üçün 71 səs lazımdır. Rusiya və müxalifət həmin sülh müqaviləsinə maneə yaratmaq üçün əllərindən gələni etdilər”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, ümumiyyətlə, N.Paşinyan tam yeni konustitusiya hazırlayıb:
“Yeni konustitusiya Müstəqillik Bəyannaməsinə istina etməyəcək. Baş nazir daima qüvvədə olan konustitusiyanı Ermənistan dövlətinin inkişafının qarşısında əngəl kimi qeyd edib. Həmçinin "Müstəqillik Bəyannaməsini" Ermənistan üçün faciəvi sənəd kimi xarakterizə edib. Məhz Ermənistanın yeni mərhələdə inkişafı üçün yeni konustitusiyanın lazım olduğunu vurğulayır. Hazırkı Ermənistan konustitusiyası keçmiş Qarabağ münaqişəsi fonunda yazılıb və revanşistlərin istəklərini, Ermənistanın digər ölkədən asılılığına səbəb olub. N.Paşinyan çalışacaq ki, yeni konustitusiya qəbul edilsin. Ümumiyyətlə, hazırkı Ermənistan konustitusiyasının mətnində dəyişikliklər nəzərdə tutulmur. Ümumiyyətlə, tam yeni konustitusiya yazılıb və onun qəbulu nəzərdə tutulur. Burada tam Azərbaycanla bağlı məsələ deyil. Azərbaycanla Yekun sülh müqaviləsinə gəldikdə isə, bu müqavilə bağlanacaq. Sülh müqaviləsi olmadan da Ermənistanla diplomatik əlaqələr mümkün ola bilər. Gərək, N.Paşinyan öhdəlik götürməlidir ki, 6 aydan sonra referenduma getsin”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
27 Iyul 2026 16:45
Prezident onu İstanbula yeni baş konsul təyin etdi
27 Iyul 2026 10:33
“Onlardan ən çox müzakirə olunan nümunələrdən biri Adolf Eyxman işidir...”
27 Iyul 2026 10:23
“Tokayev müharibəni dayandırmaq çağırışı ilə həm də...”
27 Iyul 2026 10:20
Türkiyənin güclü olması regionda sülhün əsas təminatçısıdır – Politoloq
25 Iyul 2026 14:10
Prezidentdən Milix İlxananoviç ilə bağlı SƏRƏNCAM
25 Iyul 2026 10:42
“Kinayə ilə ordumuza, dövlətimizə və onun gücünə rişxənd edənlər bilsinlər ki...”
25 Iyul 2026 10:21
“Ona görə də ABŞ İranda rejimə böyük zərbə vuracaq”
25 Iyul 2026 10:10


Bakı -°C

