Əbülfət Mədətoğlu: Adsız GERÇƏKLİK
Bəzən
heyrət doğurur,
Bəzən
təəssüf...
Bəzən də
sinəndə
ürək boğulur...
İllərlə
düşündüyünü,
xəyal etdiyini -
Gəzəndə
və görəndə-
Ruh səksənmir...
Həmin andaca
hər şey
ilğım kimi yox olur...
Sən də anlayırsan ki,
Onun üçün heç kimsən!
Deməli
"Mənim heç kimliyimdən"
Yalnız kədər tox olur!..
Bu acı bir gerçək-
Susdu keçmiş,
bitdi gələcək...
Ürəyimlə
Kədəri yemliyirəm...
Digər Xəbərlər
14 Yanvar 2025 10:27
Suallar labirintində gərdiş - Azad Müzəffərli yazır
13 Yanvar 2025 15:44“GECƏ KEÇİR” ROMANINDA GECƏNİN KEÇDİYİ MƏQAM
13 Yanvar 2025 14:41Vətən torpağına əmanət edirəm səni
11 Yanvar 2025 14:06Muzaların himayəsində olan poeziya
09 Yanvar 2025 16:36