Vətən torpağına əmanət edirəm səni
Axşamda qəribdi ,mən də qəribəm
Nələr ürəyimdən keçdi darıxdım.
Zalım ayrılığın,Kamil ovçusu,
Ox atdı sinəmi deşdi darıxdım.
Nə kövrək saatdı,nə kövrək andı
Nəfəsim təngidi, ürəyim yandı.
Kəpəzdən bir ovuc bulud boylandı
Xəyalım uzağa uçdu darıxdım.
Bəhman Vətənoğlunun qələmindən çıxan bu misralar, hazır ki ruh halımla ,üst,üstə düşür.
Xatirələr yenədə məni ,sənli günlərə apardı.Acılı ,şirinli o illərə..
O günlər üçün çox darıxıram,səndə mənim yanımda idin.Əl atanda balalarım əlimdən tutardılar.Ona görədə bütün çətinliklərdən alnı açıq çıxa bilirdim
Bugün sənin doğum günüdür.Sənsiz dörd ildir yaşayıram,əyər buna yaşamaq deyilirsə.Ürəyim o qədər yanır ki,çıxarıb atsam,yanğısı külli aləmi kül edər.
Uşaqkən beşiyin başında söylədiyim lay lay yadıma düşür.
Lay,lay ürəyim lay,lay
Duzu ,çörəyim lay lay
Böyü bircə tez boy at
Sən ol gərəyim lay lay.
İndi gözü yaşlı məzarın başında başqa lay lay deyirəm
Dağlar dağımdı mənim
Qəm oylağımdı mənim.
Bala səsimə səs ver.
Yaman çağımdı mənim.
Bəlkə söylədiyim,layladan xoşun gəlir deyə ,nə qədər yalvarsa da,oyanmırsan.
Bilirsənmi, Ziya mən səndən sonra,dünyaya gələn nəvələrimə layla çala bilmirəm,göz yaşlarım qeyri ixtiyari axır.Ürəyim sənsizliyin həsrəti ilə doludu yazsam nə Varaq çatar ,nə qələm.
Sənin doğum gününü,sənsiz qeyd edirik.Səni sevən hərkəs gəlib,hətta bacın,qardaşın balaları belə.Hamı səndən danışır
Bir mahnıda deyildiyi kimi
İllər keçib adın düşmür dilimdən
Neyləyim unutmaq gəlmir əlimdən.
Sənə aid səs var,yanımda hərkəs var.
Bir tək sən yoxsan.
Dəyişməyən yaşın mübarək xınalı quzum
Sən böyüdün laylada deyildiyi kimi Vətənin gərəyi oldun.Rahat uyu.Canından çox sevdiyin Vətən torpağına əmanət edirəm səni.Bir gün qovuşmaq ümidi ilə.
Müşgünaz Həzi . Şəhid Ziyadxan Əliyevin anası
Digər Xəbərlər
24 Iyul 2026 14:08
“Vaqif Poeziya Günləri”nin keçirilməsi nadir sənət və mədəniyyət hadisəsidir"
24 Iyul 2026 13:48
İsmayıl Qarayevə həsr olunan “Ədəbiyyat Günləri” - GORANBOYDA
23 Iyul 2026 18:37
Açıq-aşkar biabırçılıqdır – SEYMUR BAYCAN yazır
23 Iyul 2026 18:02
ELMİN VƏ ƏDƏBİ FƏALİYYƏTİN QOVŞAĞINDA
22 Iyul 2026 13:30
Könüllülər Ədəbiyyat Muzeyinin Aran filialında oldular
22 Iyul 2026 13:11
Onun ölümündən sonra Tofiq Bakını tərk etdi - Anar
22 Iyul 2026 09:57
QƏLƏMİN İŞIĞI, HƏQİQƏTİN SƏSİ – AZƏRBAYCAN MİLLİ MƏTBUATININ ŞƏRƏFLİ YOLU
22 Iyul 2026 09:29


Bakı -°C

