Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
"Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Qanuna təklif olunan dəyişikliyə əsasən, məcburi köçkün statusunun itirilməsi halları konkretləşdiriləcək.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitə sədri Musa Quliyev deyib.
O bildirib ki, yeni təklifə əsasən, şəxs yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə, əvvəlki yaşayış yerinin əvəzinə təmin ediləcək, bununla da dövlət tərəfindən yeni yaşayış sahəsinin verilməsi vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcək.
Həmçinin sözügedən qanuna təklif olunan dəyişikliyə görə, şəxs dövlət tərəfindən təklif olunan həmin yaşayış yerindən imtina etdikdə məcburi köçkün statusunu itirəcək.
Komitə sədri qeyd edib ki, layihədə sosial müdafiə tədbirlərinin müddətinə də aydınlıq gətirilir. Mövcud üç illik güzəşt müddətinin hesablanması şəxsin statusunu itirdiyi və ya mənzildən imtina etdiyi tarixdən müəyyən ediləcək.
Bundan başqa, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Qanunun 5-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, məcburi köçkünlərin köçürülməsi mexanizmi də dəyişdirilir.
Yeni qaydalara əsasən, dövlət öhdəliyi yaşayış sahəsinin təklif edilməsi ilə icra olunmuş hesab ediləcək. Bununla da həm məcburi köçkünlərin mənzil hüquqları, həm də üçüncü şəxslərin maraqları arasında balans təmin olunacaq.
Digər Xəbərlər
03 Iyun 2026 12:21
""Məcburi köçkün" kimi təqdim olunan Azərbaycan vətəndaşları yeni hüquqi kimlik qazanırlar"
03 Iyun 2026 11:45
"300 mindən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb" - Komitə sədri
03 Iyun 2026 11:06
“Azərbaycanın enerji strategiyası regional və qlobal təhlükəsizliyə mühüm töhfə verir”
03 Iyun 2026 10:10
“Azərbaycan bəzi ölkələrdən enerji təchizatı sarıdan müəyyən qədər asılı vəziyyətdə idi”
03 Iyun 2026 10:07
Rusiya Talibandan Ukrayna döyüşlərinə cəlb edə bilər - Politoloq
02 Iyun 2026 20:47
"TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin lövbəridir" - Rubio
02 Iyun 2026 20:12
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub - FOTOLAR
02 Iyun 2026 20:00


Bakı -°C

