21 Avqust 2024 10:48
2076
ƏDƏBİYYAT

Əbülfət Mədətoğlu “Alay komandiri”-ni TƏQDİM EDİR

Yazıçı-hüquqşünas Əlisafa Azayevin çoxsaylı əsərləri arasında “Alay komandiri” xüsusui yer tutur. Ümumiyyətlə, Əlisəfa müəllim bütün yaradıcılığının böyük hissəini ordumuza, əsgərimizə, şəhidlərimizə- Vətən keşikçilərinə həsr edib. Onların barəsində bir- birindən maraqlı sənədli povestlər, hekayələr yazıb. Kitablar çap etdirib. Həmin kitablardan biri də bu günlərdə işıq üzü görmüş “Alay komandiri”dir.

Bu sənədli povest  “Maarif” nəşriyyatında 320 səhifə həcmində işıq üzü görüb. Kitabda müəllifin 10-a yaxın hekayəsi də yer alıb.

Barəsində danışdığım “Alay komandiri” povesti əfəsanəvi təyyarəçimiz  “Azərbaycan bayrağı” ordenli Əli Hidayətovun keçdiyi şərəfli ömür yolundan bəhs edir. Mayor  Əli Hidayətov Qarabağ savaşının birinci mərhələsində özü və alayı ilə əsl igidlik məktəbi keçib. Onlar Azərbaycan səmasını qorumaq üçün ölümün üzərinə şığıyıblar. Povesti oxuduqca bu əfanəvi təyyarəçinin insanlıq cizgilləriylə yanaşı, bir zabit- bir komandir xarakteri də bizim üçün açıqlanır.

Onun hadisələrə reaskiyası, əsgərlərə diqqəti və qayğısı oxucunu qəlbən rahatlandırır. İnanırsan ki, məhz bu cür komandirlər ordunu döyüşə apara biliblər. Onların vətən və əsgər sevgisi bir ürəkdə bütöv Azərbaycanın xilasına -  torpaqlarımızın işğaldan azad olunmasına yönəlib.
Bu povestin  baş qəhrəmanı  mayor Əli Hidayətovun özünün ailədəki yeri, canıyananlığı, ətrafındakı hər kəsə sayğısı da maraqlı detallarla qələmə alınıb. Ümumiyyətlə, bu povestdə alay komandirinin  obrazı mükəmməl şəkildə sərgilənib. Oxuduqca özünü komandirin yanında görürsən, onun nəfəsini duyursun.

Bu isə müəllifin- yəni Əlisəfa Ağayevin özəl uğurudur. Sözünün kəsəri, qələminin itiliyi deməkdir. Düşünürəm ki, müəllifin özünün dediyi kimi, illər öncə qələmə aldığı nəhayət ki, işıq üzü görən bu povest böyük oxucu kütləsi qazancaqdır.