adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Mart 2015 17:19
52384
RUBRİKA

"Ədalət"in vaxtı: "Ədalət"çilərlə

Zaman həmişə ədalətli olmur. Ammailahi ədalətin hər kəsə yetməyə zamanı var. Sadəcə o uyğun zamanı gözləməyəinsan oğlunun səbri və iradəsi çatmalıdır. Bunu bacaran elə zamanın da ədalətinigörür. "Ədalət”çi olaraq bütün həmsöhbətlərimizə Əlahəzrət Vaxtın həmişəonlarla ədalətli olmasını dilədik. Ədalətlilik prinsipinə söykənərək, bu dəfədə onun sadiq təmsilçilərindən – "Ədalət” qəzetinin əməkdaşlarından zamanısoruşduq, onların zaman haqqında anlayışlarını, düşüncələrini, münasibətləriniaraşdırdıq. Beləliklə... vaxt "Ədalət”ə işləyir:

 

"Mənimzamanım saatımın əqrəbləri ilə dayanıb”

 

Əbülfət Mədətoğlu: Zaman mənim üçün mövcüd olmaq deməkdir.Nə qədər obrzalı səslənsə də düşünürəm ki, yaşadığım zaman kəsiyi mənim boyumabiçilib və mənim özümə aiddir. Deməli mənə aid olanı da mən özüm bacardığım vəistədiyim kimi yaşamağa həm məhkumam, həm də çalışıram. Ancaq neyləyim ki, mənimzamanım 1991-ci ilin oktyabr ayının 30-dan 31-nə keçən gecə evimlə, kəndimləbirlikdə yandırıldı, güllələndi - zaman mənim üçün bitdi, öldü. Bununla bağlı yazdığım"Yadigar saat ”şeirində vurğulamışam ki, "onu tabutuma qoyun, çünki mənimzamanım saatımın əqrəbləri ilə o vaxtdan dayanıb”. Bu fikirləri söyləyəndəbaxışlarınızdan razılıq ifadə etməyən fikirlər oxudum, amma inanın ki, mən kədərinnə vaxtsa içimdə vulkana çevriləcəyinə ümidliyəm, ancaq hələlik sevinci xəyalsayıram.

 

"Dünənin təəssüfündənsə,sabahın ümidi ilə yaşamaq da yaxşıdır”

 

Rüstəm Hacıyev: Zaman həm uzun, həm də qısa bir vaxt kəsiyidir.Zaman ölçüsü insanın yaş dövründən asılı olur. Gənc yaşlarında düşünürdüm ki,qarşıda məni hələ uzun bir zaman gözləyir. Ona görə də Allahın mənə ayırdığızaman payımı sağa-sola xərcləyirdim. Amma zamanın qısalığını yaş ötdükcəanladım. Əlbəttə, itirilən vaxt üçün heyifsilənirəm. Ancaq nə etməli, bəziitkilər var ki, yerini doldurmaq olmur. Düşünürəm ki, dünənin təəssüfündənsə,sabahın ümidi ilə yaşamaq da yaxşıdır. Yəni, ömrün yerdə qalan hissəsindəzamandan səmərəli istifadə etmək lazımdır. Ümid edirəm ki, zaman buna imkan verəcək.

 

"Zaman - yaşadığım anlar,keçdiyim həyat yolunun müddətidir”

 

Babək Yusifoğlu: Zaman sadəcə ilin aylara, günlərə, günün saatlara…bölünməsi  deyil. Onun daha dərin anlamıvar…  Zaman bu kainatın yaradılışı iləbaşlayıb və onun «yaşı»nı dəqiq söyləmək mümkünsüzdür. Ona həm tarixin vaxtölçüsü kimi, həm var olduğumuz məkanın müddəti kimi, həm də fəlsəfi yükü olan məfhumkimi də baxmaq olar. Mənim üçünsə, zaman bir fərd olaraq yaşadığım anlar,keçdiyim həyat yolunun müddəti, Tanrının mənə nəsib etdiyi ömrün –  bir qədər fərqli –  başqa adıdır…  

 

"Zamaninsanlar qarşısına qoyulan bir sınaqdır”

 

Ədil Ədilzadə: Zaman anlayışı mənim üçün böyükbir məna daşıyır. Düşünürəm ki, zaman insanlar qarşısına qoyulan bir sınaqdır.Kim zamandan səmərəli istifadə eləsə, o zaman bu həyatda daha çox uğur qazanar,bütün niyyətlərini həyata keçirə bilər. Yaradan bunun üçün insanlara hər birzaman şərait yaradır. Sadəcə qalır zamandan səmərəli istifadə. Ancaq təəssüflər olsun ki, sonzamanlar sanki zamanı yola veririk. Onunla lazım olduğu kimi davrana bilmirik.Sonda "Ədalət" qəzetinin vaxtı barəsində deyim:burda zaman uçur. Rəhbərlik tərəfindənbu zaman kəsimindən doğru-dürüst yararlanıb yeni-yeni ideyalar ortaya qoymaqüçün gözəl şərait yaradılıb.

 

"Zaman dünənimin xatirəsi,sabahımın ümididir

 

Sübhan Mahmudlu:Ümümilikdə sual özündə mücərrədlik anlamını daşıyır. Ancaqsubyektiv desəm, zaman məfhumu bəşər övladının yaranışından sonra ortaya çıxan, bəlkə də tapılan məfhumdur. Başqa sözlə, günlərin, ayların, illərin və bukimi bölgülərin varlığından doğan nisbilik anlayışını daşıyan amildir. Belə hesab edirəm ki, zaman mənimüçün riyazi nöqteyi-nəzərdən "ortaq məxrəc”dir - insan varkən var olan, yoxkən yox olan prosesdir, yəni onun zamanınınbitməsidir... Zaman bu günümdə varkən dünənimin xatirəsi, sabahımın ümididir.

 

"Zamanyaşam və onu dəyərləndirmək üçün bizlərə bəxş edilmiş nisbi müddətdir”

 

Sahib Əsədbəyli: Poetik, pafoslu ifadələri heç sevmədiyimdənfikrimi konkret izah edəcəm: zaman yaşam və onu dəyərləndirmək üçün bizlərə bəxş edilmiş nisbi müddətdir. Zənnimcə, elə bu cümlə yetər ki, zaman anlayışı, onun insan üçün hansı əhəmiyyəti kəsbetdiyi bütün gerçəkliyi ilə əks olunsun.

 

"Zamana çox həssasyanaşıram”

 

Ceyhun Rüstəmov: Zaman mənim üçün dəyərli bir məfhumdur. Zamana çox həssasyanaşıram. Düşünürəm ki, bizə verilən bu dəyərli varlıqdan səmərəli istifadəetmək lazımdır. Mən də öz növbəmdə zamandan səmərəli istifadə edirəm. Bütün işlərimizamanla müəyyən edirəm. Planla həyata keçirilən işdə həmişə nəticə olur. Mən isənəticələri sevirəm.

 

"Hərşeyi ölçüb-biçib, zamana görə uyğunlaşdırıram”

 

Tahirə Cəlilova: Özüm tərəzi bürcündən olduğuma görə, zamana çoxehtiyatla yanaşıram. Hər şeyi ölçüb-biçib, zamana görə uyğunlaşdırıram. Ümumilikdə onu deyim ki, vaxt mənim üçün qızıl deməkdir. Bütün işlərimi vaxtla təmzimləyirəm.

 

"Zaman, bir anı digər an iləmüqayisə etdiyimizdə meydana gələn anlayışdır”

 

Nizami Allahyarov: Zaman dərk olunmaz obyektlərdən asılı olmayan birprosesdir. Bu sualın cavabı əsrlər boyu fəlsəfənin, teologiyanın və mistikanın əsasmövzusu olub. Buna görə də, zamanın təsvirində həmişə belə bir sual ortayaçıxır ki, zaman insanların düşüncəsində xüsusi baxış formalaşdıqdan sonramövcud olmuş, ya da ondan asılı olmayaraq obyektiv, bərabərformalı və mütləq amildir.Zaman, bir anı digər an ilə müqayisə etdiyimizdə meydana gələn anlayışdır –keçmiş, bu gün, gələcək kimi... Yəni zaman bizim yaşadığımız hadisələr arasındaapardığımız müqayisəyə söykənir. Zamanın mövcudluğu öz-özlüyündə problemyaradır, çünki, mövcudluq anlayışının vaxtla əlaqələndirilməsi çətindir.

 

"Zaman mənim üçün geriyədönüşü olmayan bir yoldur”

 

Tünzalə Xəlilova: Zaman mənim üçün geriyə dönüşü olmayan biryoldur. İdarəedilməsi insan tərəfindənmümkün olmayan bir prosesdir. Biz zamanı düşünmürük, fəqət yaşayırıq. Zaman bəziməsələləri izah və ifadə etmək üçün işlətdiyimiz bir məfhumdur. Zaman həmpsixikamızla, həm də fiziki idarə olunur.. Onu düzgün istifadə etməliyik.Zamanı boşuna buraxıb, passiv həyat tərzi sürməklə biz həmin pillələri düzəltmiriksə,həyat nərdivanımız düzgün qurulmayacaq, hansısa hissəsi olmasa, zəif olacaq və ağırlığımızadözməyəcək.

 

"Vaxtın da qədrini gərəkvaxtında biləsən”

 

Mehriban Cəfərova: Vaхt yel kimi üstümüzdən ötüb keçir. Bu üzdən mən zamanı vaхt, saat anlayışı kimi sevmirəm,mövsüm, çağ, bir an baхımından sevirəm. Vaхt o qədər sürətlə gəlib keçdi ki,bir də gördüm artıq 23 ildir ki, «Ədalət»dəyəm. Bu vaхt necə keçdi, heç hissetmədim... Vaxtın da qədrini gərək vaxtında biləsən. Mən vaхtımı deyəsən, elə«Ədalət»in vaхtı ilə ölçdüm. Hər şey vaхtında gözəldir və vaхtın qədrini bilək.Çünki zaman öz işindədir… Hərdən eşidirəm, deyirlər ki, "Ədalət”in vaхtlarıvardı ey…” Amma mən keçmişlə bağlı bu sözləri heç vaхt sevmədim. Doğrudur,«Ədalət»in vaхtları olub, amma indi də var və olacaq da … Hər vaхtın хeyir,«Ədalət»!

 

"Vaхtın necə gəlib keçdiyiheç hiss olunmur”

 

Gülər İsmayılova: Vaхtın necə gəlib keçdiyi heç hiss olunmur. Vaхtuçur. Amerika yazıçısı Cekson Braunun gözəl bir fikri var. O deyir ki, vaхtuçur, bu pis хəbərdir. Yaхşı isə хəbər odur ki, vaхtınızın pilotu sizözünüzsünüz. Doğrudan da, hər şey özümüzdən asılıdır.

 

"Ömür bir beşik, zaman isəonun ipidir”

 

Həmsöhbətlərimi,qələm yoldaşlarımı yaxşı mənada sorğu-sual etdikdən, zamanı çək-çevirə saldıqdan sonra düşünürəm ki, müəllifə də söz düşür: Zaman– bəlkə də Tanrının adlarından biridir... Ömür bir beşik, zaman isə onunipidir. İpimiz zamanın əlindədirsə, demək, ömrümüzü, taleyimizi, fəaliyyətimizimüəyyən edən o ali hökmrandır – özünə bənzəyənləri seçir, onun tələblərinəcavab verənləri mükafatlandırır... Təki mükafatlılardan, seçilmişlərdən olaq –məncə zamanla səsləşən ən uyğun arzu olardı... Həmişəki kimi sonda dəyişməz əlavəmidə edim: Əlahəzrət vaxt həmişə sizinlə ədalətli davransın, əziz "ədalət”çilər!   

 

Şəfiqə Şəfa