adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Iyun 2015 12:30
87402
RUBRİKA

"Ədalət"in vaxtı: Mənsum İbrahimovla

Tarixinbütün zamanlarında sərhədləri aşan, dünya xalqlarını birləşdirən bir həqiqətolub – musiqi! Bəşəriyyətin qəlbini, ruhunu fəthedən musiqilər arasında Azərbaycan muğamının da olması hər birimiz üçün böyükqürurdur. Elə müsahibimin dediyi kimi, "Muğam bəşəri musiqidir, onu bütün dünyaanlayır”. Bu dəfə zamana muğamla körpü saldıq. Söhbətdən öncəqonağımızı daha yaxından tanıyaq:


Xanəndə,xalq artisti Mənsum İbrahimov – 1960-cı il oktyabrın 1-də Ağdam rayonununİmamqulubəyli kəndində anadan olub. 1982-1987-ci illərdə Asəf Zeynallı adınaBakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan DövlətMədəniyyət və İncəsənət Universitetinin "Mədəni Maarif" fakültəsindətəhsil alıb. 1993-cü ildən "Leyli və Məcnun" operasında Məcnun rolunuoynayır. Bundan başqa, "Aşıq Qərib"də Qərib, "Gəlinqayası"nda Camal, "Sevil"də Azançı rollarını ifa edib. Opera səhnəsindəkifəaliyyəti ilə bərabər həm də xalq və bəstəkar mahnıları, muğamların gözəlifaçısıdır. 1998-ci ildə Azərbaycanın Əməkdar artisti, 2005-ci ildə isə XalqArtisti fəxri adına layiq görülüb. 2010-cu ildə Azərbaycan prezidentinin sərəncamınaəsasən Şöhrət ordeni ilə təltif olunub. Azərbaycan Milli Konservatoriyasınınprofessorudur.


...Və Mənsum İbrahimovla zaman yolçuluğu:


– Zamannədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

– Zamangeniş anlam daşıyır. Bizim həyatımız elə zamana bağlıdır. İnsan necə yaşayır, hansı işlər görür, özü, başqaları üçün nələr edir – bütünbunlar həyat adlı zaman çərçivəsində baş verir. Biz bəzən hesab edirik ki, zamanıidarə edirik, amma əslində o bizi idarə edir. Biz zamandan asılıyıq, o isə özişindədir.


– Siz zamandan nə dərəcədə faydalanmısınız, zaman sizdə nəyi dəyişə bilib?

– Məndeyə bilmərəm ki, zamandan maksimum yararlana bilmişəm. Amma bu yaşıma qədərdüşünürəm ki, faydalanmışam, öz sənət yolumda müəyyən işlər görmüşəm. Ammainsan həmişə zamanını düzgün bölə bilmir. Nə qədər hər işdə dəqiqolmağa çalışsaq da, yenə buraxdığımız dəqiqələr, əldən qaçırdığımız məqamlar olur. Çünkiinsan kompyüter deyil, canlı bir varlıqdır. Bəzən adam tənbəllik edir, özündən asılıolmadan onda ətalət yaranır. Mən şəxsən, həmişə zamanı düzgün dəyərləndirməyəçalışmışam və hesab edirəm ki, bu məndə alınıb.


– Bəzənadamın könlündən bilərəkdən vaxt öldürmək keçir. Özü bunun yanlış olduğunubilsə də, yenə də vaxt itkisinə yol verir. Sizdə necə, belə hallar olurmu?

– Olur.Məsələn, çox vacib bir işin reallaşmasını gözləyirəm. O iş alınana qədər əlimbaşqa heç nəyə yatmır. Oturub həyəcanla həmin işin gerçəkləşməsini gözləyirəm,aradakı, bilərəkdən itirdiyim vaxtı belə hallarda nəzərə almıram. Yaxudharasa getmək istəyirəm, o səfərə qədər arada boşluq yaranır. Fikirləşirəm ki,bu vaxt tez keçsəydi... Amma o boşluqdakı vaxt da ömürdən gedir axı! Tələsməyinvə ya vaxt itirməyin faydasız olduğunu bilirik, amma yenə də buna yol veririk.Qəribədir, əlbəttə, amma insan həqiqətən də ziddiyətli məxluqdur.


– Hərbirimiz vaxtın surətindən gileylənirik, kimi dindirsən "vaxt uçur” deyəcək. Siznecə vaxtın tempini tita bilirsinizmi?

–Bacardığım qədər vaxtı düzgün bölməyə çalışsam da, yenə də zaman çatmır. Bəzənbir dəqiqə belə vacib olur. Səhər 9-da dərsə gəlirəm, sonra operada məşqlərimbaşlayır. Məşqdən sonra lent yazısına və ya çəkilişə, tədbirlərə gedirəm. Ammabütün bu hərəkətliliyə baxmayaraq, səhər yenə də vaxtında dərsdə oluram. Mənyalnız xanəndə deyiləm, pedaqoji, ictimai fəaliyyətim də var. Müəllimlik mənimüçün çox şərəflidir. İfaçılıq bir başqa, müəllimlik isə daha artıq məsuliyyət tələbedir.


– Yeri gəlmişkən,bu zamanın müəllimliyi necədir? Məsələn, əvvəllər müəllim anlayışı tamam başqaidi...

– Təbiiki, əvvəlki zamanlarda müəllimlik insanlar üçün çox uca bir zirvə idi. Amma oda var ki, müəllim öz peşəsini sevirsə, həmişə ucadır. İstənilən zamanlarda yaxşı müəllimlər də olub, pis müəllimlərdə... Ümumiyyətlə, öz sənətində peşəkarsansa, zamanın heç bir fərqi yoxdur.

 

"Ən gözəlmeyar xalqın verdiyi dəyərdir”

 

– Bəsbugünkü tələbələr necə?

– Tələbəhər zaman tələbədir – müəlliminin güzgüsüdür. Tələbənin necə yetişəcəyi müəllimdənasılıdır. Təbii ki, tələbənin özünün, çalışqanlığının da burda rolu var. Bəzəngörürük ki, istedad var, amma tələbənin tənbəlliyi bunun tamamilə üzə çıxmasınaimkan vermir. Amma bu məqamda da əgər müəllimi yaxşıdırsa, tədricən öz həllinitapan məsələdir. Bizim sahəmizdə tələbənin ilk növbədə istedadı olmalıdır. Biz Allahın bəxş etdiyi istedad üzərində işləyirik, onu püxtələşdiririk. Yəni təkcəbilik vermirik, həm də ifaçı yetişdiririk. Bizim əməyimizin nəticəsini sabahxalq ekranda görəcək. Şəxsən mən, tələbəmin ifası ilə yanaşı onun nitqindəntutmuş, özünü aparması, oturuş-duruş mədəniyyətinin də formalaşmasınaçalışmışam. Çünki ekranda xalq o tələbənin timsalında həm də onun ustadına qiymətverir. Bizim sənətin məsuliyyəti ondadır ki, hər bir işimiz göz önündədir, hərbir hərəkətimizə qiymət verilir. Ən gözəl meyar da elə xalqın verdiyi dəyərdir.


– Bu qədərməsuliyyəti daşımağa hər insanın gücü çatmaz. Hərdən bezginlik, yorğunluq hissedirsinizmi?

–Bezginlik yox, çünki mən öz işimi, sənətimi sevirəm. İnsan öz peşəsini sevirsə,ondan heç vaxt bezmir. Amma yorğunluq əlbəttə ki, olur. Hətta bəzən o qədəryoruluram ki, heç su içməyə belə halım olmur. Ancaq səhər yuxudan qalxıb, yenədə həvəslə, yüksək əhval-ruhiyyəylə işə gedirəm. Hərdən bayram günlərində özüməistirahət verib, evdə oluram. Amma istirahətdən çox özümü boşluğa düşmüş kimihiss edirəm. O iş qrafikinin gərginliyindən sonra durğunluğu sevmirəm. Məniformada saxlayan elə işimin gərginliyidir. Mən artıq alışmışam və özümbunu sevə-sevə qəbul etmişəm. Bu, mənim həyat tərzimdir. Özümü bu cür cəmiyyətəyararlı hesab edirəm.


– Biziki əsrin qovşağında yaşadıq, bir-birindən tamamilə fərqlənən dövranlarıgördük. Müstəmləkədən, müstəqilliyə adladıq. Amma hər iki dövranın da özünəməxsuscəhətləri, üstünlükləri olub. Sizcə, sənət adamına hansında daha çox diqqətvardı, hansı dövranda daha rahat işləyə bilirdi?

– Əlbəttə indi daha rahatdır! Mənimsənətə gəlişim 1985-ci ilə təsadüf edir. Dahi bəstəkar Üzeyir Hacıbəyovunanadan olmasının 100 illiyi ilə əlaqədar müsabiqə keçirilirdi. Mən o müsabiqədəlaureat oldum. Şövkət Ələkbərova kimi böyük bir sənətkar münsiflər heyətindəidi. Məni operaya Şövkət xanım apardı. O zaman orda təcrübə qrupu vardı. Kiçikrollarda oxuyub, ayda 80 manat maaş almağa başladım. Ümumiyyətlə, o dövr –1985-1993-cü illər arası çox gərgin oldu, böyük xaos yaşandı, torpaqlarımızişğal olundu. Sənət adamları üçün də çox çətin idi. Üstəlik, həmin dövrdə Azərbaycanıncəmi bir telekanalı vardı, gərgin vəziyyətlə əlaqədar incəsənət tədbirləri də az təşkilolunurdu. Mən 80 manat maaşla dolanır, heç toylara da getmirdim, dözürdüm. Ammaniyə dözdüyümü də bilirdim, mənim ümidlərim, məqsədim vardı. İnanırdım ki, Azərbaycansəhnəsinin ən yaxşı Məcnunlarından biri olacam. O zaman bunu kimə desəydiminanmazdı. Çünki çox gənc idim, məndən daha təcrübəli ifaçılar vardı. Açığı, həmdə gəncliyə qarşı çox böyük qısqanclıq olurdu...

 

"Öz üzərindəişləyən insan hansı yaşda olursa-olsun mütləq hədəfinə çatacaq”

 

– Əslində,bütün dövrlərdə belə nəsillərarası "savaş” olur. Daha yaşlı olanlar gəncləri tənqidedir, gənclər özlərindən əvvəlkiləri bəyənmir...

– Bəli,bu həmişə olur. Amma özünü təsdiq edən, öz üzərində işləyən insan hansı yaşdaolursa-olsun mütləq amalına, hədəfinə çatacaq. Məsələn, oturub məni nə vaxtMəcnun qoyacaqlarını gözləmədim. Çətinliklərə dözdüm, çalışdım, təcrübətopladım və 1993-cü ildə Məcnun oldum. İndi mən 130-cu dəfə səhnədə Məcnunuoynamışam. Məni qəbul etməyən, bacarığıma inanmayanlar, sonralar dedilərki, ən yaxşı Məcnunlardan birisən. Deməyim odur ki, kənardan tənqidlərəbaxmadan, yüksək iradə, əzmkarlıq, dözümlülük sayəsində məqsədə çatmaq olar.



– Yenimuğam ifaçıları yarana bilər, Azərbaycanda istedadlı gənclər çoxdur. Yəqin ki, hərmuğam ifaçısı da Leyli və Məcnunu oynaya bilməz...

–Tamamilə doğrudur. Xanəndəlik başqadır, Leyli və Məcnunu oynamaq tamam başqa.Burda kompleks ifa özünü göstərir. Həm oxumalısan, həm tamaşaçıya o roluçatdırmalısan. Konkret olaraq, Leyli və Məcnunu ifa etmək üçün yetişməlisən.Onların paltarını geyinib, ifalarını əzbərləməklə olmur. Hər şey tamaşaçınıngözü ilə ölçülür, tamaşaçı bu rolda ifaçını qəbul edəcəksə, o bir nov, təsdiqlənir.Bu yeganə sənətdir ki, hətta bəyənməsə, övladın belə səni dinləməz. Qulaq kimidinləmək istədiyini özü seçir. Mən hər dəfə Məcnun kimi səhnəyə çıxanda eləbilirəm ki, Füzulinin, Üzeyir Hacıbəylinin ruhu qarşısında imtahan verirəm.Obrazın içindən çıxış etmək böyük məsuliyyətdir. Tələbələrə də bunu aşılamağaçalışıram, bacardıqca onları səhnədə irəli verirəm. Təbii ki, biz səhnədə əbədideyilik. Bizi gənclər əvəz edəcək, onların da püxtələşməsinə çalışmalıyıq.    


– Muğamyarandığı vaxtdan Azərbaycan xalqının qəlbindədir, həmişə sevilib. Ancaqmuğamın da eniş-yoxuş dönəmi oldu. Məhz bu gün muğam öz zirvə nöqtəsindədir.Amma necə oldu zirvəyə gəldi? Başqa musiqi janrlarını dinləyib muğamın qədrinibildik, yoxsa özümüzə xas olduğunu bir daha anladıq?

– Düzbuyurdunuz, muğam bizim qəlbimizdədir. Muğamı xalqımız ona görə sevir ki, bubizim həyat tərzimizdir. Muğam təkcə ifa deyil, o həm də obrazdır: burdaanamızın laylası, xalqın keçdiyi keşməkeşli həyat yolu, kədərimiz, itkilərimiz,sevincimiz, qürurumuz əks olunur. Həqiqətən də muğam zaman-zaman enişlərdən,yoxuşlardan keçdi, amma heç vaxt ölmədi. Sadəcə, ona qarşı diqqət, maraq zəiflədi.1993-cü ildən bəri muğama yaxşı mənada münasibət dəyişdi. Bu, əlbəttə, dövlətimizinqayğısından irəli gəldi. Hər şey ulu öndərimiz Heydər Əliyevin muğama göstərdiyi diqqətləbaşladı. Sənətkarlara dəyər verdi, konsertlərimizə gəldi. Konsertlərdən,tamaşalardan sonra şəxsən hər birimizlə maraqlandı. Bu da, əlbəttə, xanəndəyəstimul verdi, tamaşaçıda isə maraq artırdı. Daha sonra əməli işlər başlandı. Muğam təbliğ olundu. Heydər ƏliyevFondunun, Mehriban xanım Əliyevanın muğama göstərdiyi xidmətlər misilsizdir. Mənbu prosesin içindəyəm, həm münsif, həm də bir ifaçı kimi. 2005-ci ildən etibarənmuğam müsabiqələrinə başlandı. Qarabağ xanəndələrinin diskləri ərsəyə gəldi, BeynəlxalqMuğam Mərkəzi yaradıldı, xanəndələr təltif olundu, onlara ev verildi...  Muğama və onun ifaçılarına olan bu qayğıxalqın diqqətini, marağını çəkdi. Artıq 10-cu dəfə muğam müsabiqəsi keçirdik, hərmüsabiqədən xalqımıza 20 yeni ifaçı təqdim edirik. Heç bir dövrdə muğama bu qədəraxın olmamışdı, bu qədər istedadlı gənclər hazırlanmamışdı.

 

"Muğamımızbu gün intibah dövrünü yaşayır”

 

– Mənbir tamaşaçı kimi hər dəfə muğam müsabiqələrini izləyəndə həm təəccüblənir, həmdə qürurlanıram ki, bizim nə qədər istedadlı gənclərimiz varmış...

–  İnandırım sizi ki, bu müsabiqə olmasaydı, o gənclərinçoxunun istedadı batacaqdı. Çünki onların çoxu ucqar rayonlardadır, gündəlik məişətqayğılarına başları qarışıb, çoxunun şəhərə gəlməyə imkanı olmurdu . Biz belə gəncləriəvvəllər rayon-rayon, kəndbəkənd gəzib tapırdıq. Amma bu gün yeni nəsil muğamifaçılarını müsabiqəyə cəlb edəndə, onları yetişdirəndə, milli mədəniyyətimizənə qədər töhfə vermiş oluruq! Və bu işdə Mehriban xanım Əliyevanın müstəsnarolu var. O bunu sadəcə, iş xatirinə eləmir. O, Azərbaycanın milli mədəniyyətiniqəlbən sevir. Bir görsəydiniz, xarici ölkələrdə bizim azyaşlı ifaçılarımızQarabağ şikəstəsini oxuyanda o, necə qürur hissi keçirir!.. Biz həqiqətən dəşanslıyıq ki, müstəqil dövlətimiz mədəniyyətimizə, muğamımıza belə qayğı göstərir,dünyada təbliğ olunuruq. Şanslıyıq ki, möhtəşəm tədbirlər ölkəmizdə keçirilir:Eurovizion mahnı müsabiqəsi, Beynəlxalq Muğam Müsabiqələri və nəhayət, Avropaİdman Oyunları – bu qlobal layihələrlə Azərbaycan dünyada yeni bir tarix yazır.Və bu cür möhtəşəm tədbirləri də muğamla başlayırıq, fəxr edirəm ki, millikomandamız mənim ifamda səslənmiş "Qarabağ şikəstəsi”nin sədası altında irəlilədi.Milli ədəbiyyatımızı, musiqilərimizi dünyaya göstərdik, balabanın, "Sarı gəlin”in,Nizami Gəncəvinin məhz bu xalqdan olduğunu sübut elədik. Bura gələn turistlər təkcəidmanımızı görmür ki, mətbəximizdən, musiqimizdən, mədəniyyatimizdən,insanlığımızdan xəbərdar olur. Bütün bunlar Azərbaycan rəhbərliyinin 24 il ərzində qurduğudüzgün siyasətin nəticəsində baş verdi. Konkret olaraq, muğamımız bu günintibah dövrünü yaşayır. O qədər xalqın qanına hopub ki, hətta toy şənliklərindəbelə hər bir müğənni muğam oxumağı özünə borc bilir.


– Toydemişkən, belə bir fikir səsləndirilir ki, muğam kimi müqəddəs bir ifa toyda –içki məclisində oxunmaz...       

– Bilmirəmbu fikirləri kimlər səsləndirir, amma mən bu düşüncəni qəbul etmirəm. Tarixənbizim muğam üçlüyümüz toy şənliklərinin bəzəyi olub. Ən tanınmış sənətkarlarımızel şənliklərində muğam ifa ediblər. Muğam xalq sənətidir. Bəs elə isə niyəxalqın xoş günündə səslənməsin?! Bu da bir rəngarənglikdir ki, muğam özündə həmkədəri, həm şadyanalığı birləşdirir. Muğam sevgi aşılayan, şux xalq mahnılarıilə birgə oxunur.


–Zamanla hər bir sənət, eləcə də ədəbiyyat, incəsənət modernləşir. Bəs muğamda necə, yeniliklər, sintezlər olmalıdır, yoxsa onun klassikliyi qorunmalıdır?

– Elə sənətnövləri və ya dahilər var ki, onları müasirləşdirmək olmaz. Çünki onlarınklassikliyi istənilən zamanda aktualdır, keçərlidir, başqa sözlə, öz klassikliyiilə bütün zamanlarda müasirdir. Amma muğama gəlincə, peşəkar səviyyədə sintezlərolarsa, bu muğama rəngarənklik qatar. Elə ilk dəfə muğama sintezi Üzeyir Hacıbəyov "Leyli və Məcnun”da edib – muğamı opera ilə birləşdirib. Daha sonra FikrətƏmirov, Niyazi, Vasif Adıgözəlov və bir çox böyük bəstəkarlarımız muğamı sintezedib. Götürək Vaqif Mustafazadəni: muğamla cazı necə birləşdirdi! Bu gün bütündünyada caz-muğam məşhurdur. Hazırda muğamı bəstəkar Siyavuş Kərimi peşəkar şəkildəsintez edir. Latın Amerika musiqisi ilə birləşdirdi. Muğam elə hər bir xanəndəninifasında yeniləşir. Hər ifaçı muğama bir nəfəs gətirir. Yüz il bundan öncəkimuğamla, bugünkü arasında böyük fərq var. Yüz il sonra da indiki muğamdan fərqlənəcək.Sxem dəyişmir, amma onun içərisində hər kəs öz ifasını, improvizəsini gətirir.Biz 2007-ci ildən bəri dünya orkestrləri ilə muğam ifa etməyə başlamışıq.Artıq 15 ölkədə belə konsertlər vermişik və hər millətin tamaşaçısı da ifamızı yüksək coşquyla qarşılayıb. Braziliyada tələbəmArzu Əliyeva ilə o ölkənin simfonik orkestrinin müşayiəti ilə konsert verdik.2500 nəfərlik zalda konsertimiz anşlaq olmuşdu. İfadan sonra tamaşaçılar yenidənbizi səhnəyə dəvət etdilər. Həmin səhnədə isə yalnız barmaqla sayılacaq qədərazərbaycanlı vardı. Bu onu göstərir ki, Azərbaycan muğamı həqiqətən də, bəşərimusiqidir.


–Zamanla bağlı insanlara nə tövsiyə edərdiniz?

– Ən əsasızamanı düzgün dəyərləndirsinlər. Adam gənc olanda vaxtın qədrini bilmir.Düşünür ki, həmişə belə qalacaq, istədiyi vaxt müəyyən bir işi görə bilər. Anlamırki, zaman bizi gözləmir. Amma yaşa dolduqca yanıldığını dərkedir. Ona görə də zamanı boşa vermək olmaz. Tələbələrimə də deyirəm, sizi tənqidedən, haqqınızda danışan insanlara gülüb keçin. Bu cür adamların işi elə nöqsantutmaqdır. Sizin onlara cavabınız işiniz, uğurlarınızdır. Zaman keçəcək,onların boş danışığı, sizin isə gözəl ifalarınız qalacaq. Həyat o qədər qısadırki, su kimi axıb gedir. Nə vaxt ömrün keçdiyini heç hiss etmirsən. Hərbirimiz bu dünyada qonağıq, ona görə də bizə ayrılan zamanı düzgün dəyərləndirməliyik.Zamanda bir iz qoymalıyıq.  


Biz də "Ədalətin” vaxtı”nınqonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik. 


Şəfiqə Şəfa