adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
11 Mart 2015 18:28
50218
RUBRİKA

"Ədalət"in vaxtı: Rəbiyyət Aslanova ilə

"Dünən tarixdir, sabah bilinməyəndir, bu gün isə hədiyyədir”-deyiblər.Ya da həmsöhbətimin dediyi kimi "İndiki zaman keçmiş və gələcək arasında birkörpü, əlaqədir”. Zaman və onun ölçülərinə düzgün yanaşma insanı həmişə hədəfəaparıb, sabaha  ümidləndirir.  Yaşadığı bugünkü ötən günün səhvlərinə kədərlənməklə,yaxud uğurları ilə qürurlanmaqla keçirməklə sabaha aparan körpünü  yandırmaq isə yalnız insanın özünə ziyan verər.Keçmişlə gələcək arasında o kiçik anı-bu günü dəyərləndirməyi  zamanın  əsas qayəsi hesab  edən qonağımızı  yaxından tanıyaq:

Azərbaycanın millət vəkili Rəbiyyət Aslanova-1951-ciil iyulun 4-də  Kəlbəcərdə anadan olub.Azərbaycan  Dövlət  Universitetinin tarix  fakültəsini bitirib. Fəlsəfə elmləridoktoru,  professordur, 6 kitabın 70 məqalənin  müəllifidir.

1978-ci ildə Azərbaycan Dövlət Universitetində  assistent, baş  müəllim, dosent vəzifələrində çalışıb.2004-cü ildən Bakı  DövlətUniversitetinin fəlsəfə  tarixi və  mədəniyyətşünaslıq kafedrasının müdiridir. Fəlsəfə elmləri doktoru, professordur. İkinci vəüçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsanhüquqları komitəsinin  sədridir. ATƏT-inParlament Assambleyasında və MDB ParlamentlərarasıAssambleyasındaAzərbaycan  nümayəndə heyətininüzvüdür.   

...Və Rəbiyyət Aslanovanın zamananlayışı.

 

- Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

- Bizəelə gəlir ki, biz zaman haqqında hər şeyi bilirik. Lakin zaman nədir sualınacavab vermək lazım gəldikdə bunun  nə qədərçətin olduğunu dərk edirik. Zaman hər kəsin cavab axtardığı, dərk etmək istədiyianlayışdır. İnsan özünü dərk etdiyi andan son günədək bu sirri, möcüzəni, onapay verilən ömür adlı zaman kəsiyini dəyərləndirməyəcəhdgöstərir. Dünyanın ən böyük mütəfəkkirləri bu mövzuya dönə-dönə müraciət edib vəedəcəklər. Zaman, onun əsrarəngizliyi qarşısında  heyrət,ZamanAllahı - Xronos haqqında mülahizələrin yaranmasına səbəbolub.Yunanların fikrincə, bu,xaosdan Kainatın yaranmasına keçid prosesinin əsasıdır.Bu fikirlər insanın varlığı dərk etməsində ilkin cəhdlərdən biridir. İnsanın,baş verən hadisələrin,proseslərin inkişafqanunauyğunluqlarının məkan çərçivəsindən çıxarıb, onların hansısa bir iradəyətabe olduğuna  inanaraq bu mənbəyiaxtarmaq istəyidir. Görünür, "Əlahəzrət zaman” ifadəsidə belə yaranıb. Düşünmürəmki,  minilliklər boyu "zamannədir sualına cavab axtaran insan müasir dövrdədə elmi-texniki nailiyyətlərin uğurlarına baxmayaraq,konkret cavab tapa bilib və ya onun zamana münasibətində ciddi bir dəyişiklik  yaranıb. Zaman müəmma olaraq qalmaqdadır.

Vaxtı ilə Yunan filosofu Fales söyləyirdi: "Zaman hərşeydən müdrikdir, çünki son və doğru cavabı o verir.

 

"Zamaniradəmizdən asılı olmayaraq mövcud olan sonsuz gerçəklikdir

 

Mənim üçün də bu suala cavab vermək də o qədər asandeyil. Zaman –dəyərdir,əgər onun məzmununu zənginləşdirməkimkanın varsa, sənə ayrılan vaxt  içərisindəözünüifadəyə, özünütəsdiqə nail ola bilirsənsə, əldə etdiyin zaman qazanılmış, ənböyük dəyərdir. Bunun əksi isə fəaliyyətsizliyin nəticəsi olan uğursuzluqlar,çətinliklər qarşısında acizlikvə s. bu sərvətin dəyərsizləşməsidir.

Fikrimcə, zaman iradəmizdənasılı olmayaraq mövcud olan, dəyişilməz qanunlara, fasiləsiz hərəkətə malik,sonsuz gerçəklikdir. Ümumilikdə isə zamanı tam olaraq anlamaq hələlik, heç kəsənəsib olmayıb və nə yaxşı ki, olmayıb. Elə möcüzələr var ki, onun üzündən sirrörtüyünü qaldırsaq, o  öz dəyəriniitirər. Bir anlığa təsəvvür edək ki, insan əbədidir.Zamanlasavaşı qazanıb və bu həyatda yaşamı bitib-tükənmir. Nə qədər maraqsız və yorucuolardı?

Zaman universal və çoxsimalıdır. Onun təkrarolunmazstrukturu-keçmiş, indiki və gələcək zaman adlandırdığımız mərhələlərininhər birinin fəlsəfəsinin izahı üçün xeyli vaxt lazım gələr. Çünki qeyri-məhdudölçüyə malik zamandan məkan və hərəkət daxilində hər bir şeyə  və hər kəsə pay düşür.Keçmişi indisi və gələcəyiolmayan proses yoxdur.Vaxtı ilə Nyuton zamanıbir iliyuziyaadlandırsa da zaman içərisində qocalmaq ona da nəsiboldu.

 

-İnsan zamanın içindədir, yoxsa zaman insanın ?

- Nətəbii, nə də ki fəlsəfi elmdə zamanın haradan başlayıb, harada qurtaracağı, hərəkətistiqaməti bu hərəkətin sürəti haqqında vahid fikir yoxdur.Məkanvə hərəkət Zamanın mövcudluğunun təsdiq forması olduğundan insan zaman içərisindəmövcuddur. Zamanın keçmişdən başlayıb gələcəyə doğru axması fikrinə əsaslananinsan bu zaman oxunu dövrlərə, mərhələlərə, illərə, saatlara bölərək onu dərketməyə çalışır.Böyük zamanın içərisində olan insanın da öz daxilizamanı var.Bu psixoloji və fizioloji zamandır.

 

"Qərbdəsoruşurlar, niyə gecikirsən,Şərqdə isəhara tələsirsən


Daxili zaman ölçüləri nisbi müstəqilliyə malik olsada nəticədə yenə Universal Zaman qanunlarına tabe olur. İnsana verilən ömüradlı payı artırmaq və azaltmaq ondan asılı deyil. Bu gün gerçək zamanla yanaşı virtualzaman məfhumu həyatımızda yer alır. Nədənsə,insan məkan məfhumundan daha çox zamanməfhumunun cazibəsinə düşür. Onun dünənə, bugünəvə sabaha  münasibətində ciddi dəyişikliklərinbaş verməsi daha çox bu gün sıxlaşmış zaman çərçivəsində yaşamasındanirəligəlir. Müxtəlif mədəniyyətlərdə Zamana münasibətdə fərqlilik var: "Qərbdə soruşurlar,niyə gecikirsən,Şərqdə isəhara tələsirsən. Buhəmin mədəniyyətin daşıyıcılarının düşüncəsində, həyat tərzində özünü büruzəverir.

Belə bir fikir var. Qərbdə zamanın istiqamətisoldan sağa, Şərqdə sağdan sola, Yaponiya da isə yuxarıdan aşağıdır. Bu isəyazı mədəniyyətində olan özünəməxsusluğu nəzərdə tutur.İnsanınformalaşdığı mühit, adət-ənənə, din, mədəniyyət, hətta coğrafi şərait onunhadisələr münasibətini formlaşdırır.

Daxili zamanın bir göstəricisini isə müdriklərinbir fikiri ilə əsalandırmaq istərdim:Qoca80 yaşında saçları ağarmış, siması qırışlarla dolu hərəkəti məhdud birisideyil, 30 yaşında dünyadan küskün,  ruhubüzüşmüş, həyat eşqi sönmüş birisidir.İnsanınbütün həyatı sonsuz zaman hissəciklərindən ibarətdir. Bu hissəciklərdən mümkünolanı yaratmağa çalışmaq insandan aşlıdır. Bu hissələr qiymətli boyunbağının əndəyərli hissəsinə də çevirə bilər, qumsallıqdakı qum dənəciklərinə də.Ömründəyəri onun uzunluğunda deyil onun keyfiyyətindədir. Bəzən böyük dahi insanlarhaqqında onların dünya mədəniyyətinə, elminə, siyasətinə verdikləri töhfənidüşünərək, bu dahi şəxslərə ayrılan ömrün zamanın başqalarındanhecdə fərqlənmədiyinin şahidi olursan. İsdedadla yanaşı, zamanı dəyərləndirərək "zamanvə mən demək qətiyyətində olan və missiyalarını ləyaqətləyerinə yetirmək bacarığıdır. Bu insanların adları üzərinə vurulan tarıxi möhürdəyazılıb. "Əbədi yaşatmalı” Bu insanlar andan əbədiyyətə gedən yolun sirrini biləninsanlar idi. 

 

- Sizyəqin insanın keçmişə və gələcəyə olan marağını nəzərdə tutursunuz.

- Fərdiinsan taleyi çərçivəsində keçmişə münasibət hər kəsin daxili mənəvi gücündənasılıdır. Keçmişdə yaşanılanlar xarakterindən asılı olaraq xatirəyə çevrilmək vəya unudulmaq haqqı qazanır. Uğurlu, nailiyyətlər, xeyirxah əməllər, insanınyaşadan, sabaha qətiyyətlə addımlamaq şansı verən əsasdırsa, səhvləryanlışlıqlar şər əməllər sabaha gedən yolda müqavimət səddi yaratdığındainsanın keçmişə  münasibətində peşmançılıqvə acizlik hissi yaşanılmasına səbəb olur. Yalnız güclü insan hər şeyi yenidənbaşlamaq əzmində olur. Lakin zaman kifayət qədər səxavətli deyil ki, hər şeyinön səhifədən başlamasına imkan yaratsın.

 

"Yerinəvə zamanına düşməyən istək uğursuzluğa məhkumdur

 

- Ümumiyyətlə, keçmiş və gələcək haqqında fikirlər həddənartıq xəyalpərəstlikdən irəli gəlmir ki?

- Xəyalqurmaq, arzularla yaşamaq gələcəyin bu günün daha yaxşı olmasına çalışmaq, fəaliyyətinibu sahəyə  yönəltmək çox müsbəthaldır.  Xəyalları gerçəkləşdirməkistəyi insana zaman oxu ilə paralel hərəkət etməyə sövq edir. Xəyallar,arzular, insanı məqsədə doğru səsləyən, gələcəklə bağlı gerçək planlar qurmağasəfərbər edən impulslardır. Xəyal arzunu formalaşdırır, arzu isə gerçəkləşməsimümkün olan, çoxvariantlı gələcəyin ən optimal variantına çatmaq üçün insanastimul verən qüvvədir. Məqsədə doğru gedən yolda ən vacib şərt isə zamanınəzərə almaqdır. Yerinə və zamanına düşməyən istək uğursuzluğa məhkumdur. Məşhurbir fikir var: "Bacarırsansa əsrdən öndə get, bacarmırsansa əsrləbirgə addımla, ancaq heç zaman əsrdən geri qalma!”İnsan keçmişdən daha çoxsabah haqqında düşünməyi üstünlük verir. Çünki sabah-öz qanunları, tələbləri, şərtləri, olan zaman kəsiyidir. İnsan düşüncəsində həmişəbelə bir fikir var: "Sabah bu gündən daha yaxşı olmalıdır.

Düşünürəm ki, əgər bu gün insan öz məsuliyyətini dərk edərəkyaşadığı dövlətin, xalqın marağını müdafiə etməyəcəksə, insanlara münasibətdə mərhəmət,şəfqət, qayğı hissini bölüşməyəcəksə, sabahın daha mükəmməl, mütərəqqiolacağına inanmaq əsasız xülyaya çevriləcək.Sabah-gələcək hər birimizdənasılıdır. Bəşəriyyətin yaşadığı qlobal təhlükələr, münaqişələr, müharibələr,qarşıdurmalar gələcəyin özünü belə təhlükə qarşısında qoyur. İnsanlıq qlobal təhlükələrqarşısında ümumi məsuliyyətini dərk etməyəcəksə, gələcək olmaya da  bilər .


-Sizin  özünüzün keçmiş  və ya gələcək  fərq etməz, hansı zamandasa  yaşamaq xəyalı olub?

-Heç vaxt!  Eləxəyallarım olmayıb. Mənə həmişə elə gəlir ki, məhz öz  zamanımdayam. Hətta mən buna qəti əminəm. Gələcəknə qədər  maraqlı olsa da  naməlumdur, keçmişdə də yaşamaq heç vaxtkönlümdən  keçməyib. Biz özümüzün  istəyi ilə dünyaya gəlmirik, amma öztaleyimizlə doğuluruq. Yeri gəlmişkən, mən tale  faktoruna  inanıram və qismət  anlayışı mənə çox yaxındır.  Hər bir insanın yol ayrıcında qərar qəbul etməlianları olur.

Zamanına, məkanına görə  düzgün qərar qəbul  etməyə hər adam  nail olmur. Zamanında  deyilməmiş bir söz,  zamanında  atılmamış addım insana çox ağır  başa gələ bilər.


-Yənizamanını tuta bilmir...

-Zaman insana hər şeyi verir, gənclik, gözəllik,sağlamlıq, imkanları verir. Amma insan veriləndən düzgün istifadə etməyəndə, bir-birgeri almağa başlayır. Biz ona qocalıq deyirik. Verilənlər gənclikdə dəyərləndirməyibsə,həmin dəyərlər əlindən alınanda bir məyusluq yaşayır. Bəs insanın bu mübadilədəqazandıqları nədir, həyatda etdiyi xeyirxah əməllər, gördüyü işlər, fəaliyyət, çatdığı yüksək mövqe, mənsəbvə s. Yaxud mənfi istiqamətdə, onun xəbis əməlləri, tənbəlliyi,  xoşagəlməz həyat tərzi ola bilər. Başqa sözlə,zamanın şanslardan doğru  istifadə etməyənvə özünü təsdiq eləməyi bacarmayan insanların acınacaqlı taleyi hər kəsə məlumdur.

 

"Təkəbbürinsanın aqibətinin necə olacağını zamanqanunları müəyyən edir

 

-Zamanın sizəverdikləri çox olub ya aldıqları?

- Zamanıninsana verdiyini və aldıqlarını sona qədər hesablamaq olduqca çətin və mürəkkəbişdir. Ən dəyərlisi, insana verilən həyatdır. Bu kainatın, dünyanın, təbiətingözəlliklərini görmək səadəti,İnsanlar arasında yaşamaq, kim olduğunu, haradangəlib haraya gedəcəyini düşünmək, övladlıq, valideynlik duyğusunu hiss etmək,müqavimətləri dəf etmək gücünü sınağa çəkmək, insani keyfiyyətləri çiynində ləyaqətlədaşımaq, qətiyyətini ortaya qoymaq, simanı itirməmək, öz əqidənəxəyanət etməmək və daha nələr.

Ömür adlı zamankəsiyində bizə verilən sərvəti saymaqla bitməz. Zamanın sınağına tab gətirənlərəo, mərhəmətlə yanaşırsa, məğlublara qarşı amansızlığıda az olmur.

Zaman ekspromtlarla doludur. Bəzən nə verib,  nə alacağı insana məlum olmur. Bu sanki insan-zamanarasında bir oyuna, yarışa, sınağa bənzəyir. Zənnimcə,bu insana bu günü xoşbəxt yaşamaq, əldə etdiyini dəyərləndirmək, sabahın dahayaxşı olmasına çalışmağa bir xəbərdarlıqdır.Təkəbbürvə iddialı olanın aqibətinin necə olacağını zamanqanunları müəyyən edir. Verilənləri minnətdarlıq hissi ilə qarşılamaq,müdrikliyin təzahürüdür.


-Bir şərqqadını üçün çox uğurlu  bir  fəaliyyətiniz,  karyeranız var, Amma geri dönüb baxandakeçmişlə bağlı  təəssüfləriniz, "kaş ki”lərinizolubmu?

-Şəxsən  mənimheç vaxt belə düşüncəm olmayıb. Atdığım bütün  addımları, olduğu kimi qəbuletmişəm. Səhvlərimə haqq qazandırmamışam. Amma qəbul  etmişəmki, bu mənim ömür  yolumda olmalıydı. Doğruaddımların verdiyi sevinclə yanaşı, yanlışların da acısını dadmaq lazımdır. Bugün səhv adlandırdığım bir şey bəlkə də,heç səhv deyildi? Taleyin bir yazısı idi! Bəlkə də,o səhv özündən  sonra bir doğruya yol açıb...Niyəhər şeyə neqativ baxaq?! Pozitiv yanaşmaq lazımdır. O səhvlər bəlkə də,mənim daha müdrik və  təcrübəli olmağıma imkanyaradıb. Səhvsiz insanın olması ümumiyyətlə,  mümkün deyil, eniş-yoxuşu rahat qəbul etmək lazımdır.Hər yanlışıdəfetdikcə insan püxtələşir, özünü təsdiq edir. "Zamanında bunu  etsəydim...” ifadəsi əslində yaxşı ifadədir.Hesabat xarakterlidir. Amma sırf itirilmiş  bir  zaman haqqındadır. Ona görə də ötən günü dəyərləndirməklə yanaşı, sabah haqqında düzün  qərar vermək, doğru proqnozlar düşünmək,uzağı görə bilmək, özünü sabaha hazırlamaq gərəkdir.


-Bu günlə yaşayan insansınız, yoxsa gələcəyə  yönəlik?

-Keşmişi sevmirəm.Çünkio mənə yeni heç bir şey vermir. Düzdür, "sevmirəm” sözü burda bir qədər sərt səslənir.Necə  deyərlər, keçmişinə  güllə atan adamı gələcək topa tutar. "Sevmirəm”o demək deyil ki,  mən  ona dəyər vermirəm. Sadəcə, keçmiş mənə artıqmaraqlı olmayan yaşanmış bir dönəmdir. Keçmişdə əldə olunmuş naliyyətlərimləyaşayan, kifayətlənən insan  deyiləm. Bu günü isə ancaqgələcəyə hazırlıq  kimi  qəbul edirəm. Bu günü  gələcək  üçün öz  qüvvələrimi,  bacarığımı səfərbər etmək anı kimi  dəyərləndirirəm. Çünki, hər dəqiqə  ovuc içində olan  qum  dənələri kimidir, azacıq əlini  aralasan,süzülüb töküləcək. Yəni sabah mənim üçün daha maraqlıdır.

 

- Zamanın qəhrəmanlarıkimlərdir: zamanın özünün seçdikləri, yoxsa  ona diktə  edənlər? 

-Diktə  edənləri seçən də elə zamandır. Qəhrəmanları-konkret  olaraq  mütəfəkkirləri, alimləri, liderləri və s.zaman özü seçir. Öz qabiliyyətlərini ortaya qoyan və onu cəsarətlə həyata keçirən insanları  zaman seçib digərlərindən ayırır. Elə onlarda zamana diktə edənlər olur. MəhəmmədPeyğəmbərhaqqındaLaMensin belə bir fikri var:"Məhəmməd Peyğəmbər o şəxs idi ki, zaman və mən deyəbildi”. Bax bu cür  şəxslər, özünü zamanasübut etmiş insanlardır və zaman da onları önə çıxarır. Hər kəs tarixdə yaşamaq, adını ora yazdırmaq haqqıqazanmır.


-Bəs insannecə hiss edir ki, zaman  məhz onu seçib?

-İnsan onu heç zaman hiss edə bilməz.  Öz dövründə etiraf edilməyən,  sonralarsa dünyamiqyaslı şöhrətə sahib olan dahilər var ki, onlar  seçilmişlərolduğunuağıllarına belə gətirməyiblər. Makedoniyalı İsgəndər Oykumena arzusunu gerçəkləşdirmədən33 yaşında dünyadan  köçdü. Oykumena-qlobaldövlət  yaratmaq istəyi idi. Yarımçıqqalmış arzu idi. Tarix isə bu böyük sərkərdəyə qlobal əbədi şöhrət statusuverdi. Seçilmişlərin hər biri zamanın onları nə iləmükafatlandırdıqlarından  xəbərsiz  bu dünyanı tərk edib.


"Zamandan şikayətçi deyiləm"


- Planlışəkildə yaşayan insansız yoxsa ekspromt?

-Mənim ekspromt şəkildəyaşamaq kimi bir lüksüm yoxdur. Belə bir deyim var Allahı güldürmək istəyirsənsə,ona planlarından danış.Ancaq yenə də çalışıramki, bu ölçülərin içərsində nəyi bacarıramsa sığışdıra bilim. Zamandan şikayətçideyiləm. Qadınlar adətən zamanın tez keçməsini xoş qarsalamırlar. Onlarda zamanqorxusu olur. Amma mən gələn hər ili sevinclə qarşılayıram, gedən hər ili minnətdarlıqlayola salıram.


- Hərşeyə vaxt çatdıra bilirsiniz?

- Çalışıram.Bir gün bir adamdan soruşurlar ki siz bu qədər işi necə çatdırırsiniz? Cavabverir ki, mən 25 saat işləyirəm. Soruşurlar ki necə ola bilər ki, axı gün 24 saatdır,deyir yuxudan 1 saat tez dururam.


- Vaxtlabağlı insanlara nə tövsiyə edərdiniz ?

-Çətin sualdır. Hər üzünüzəgələn sabahı xoş qarşılayın, çünki hər sabahın açılışı və bunu görmək imkanıAllahin sizə olan bir lütfüdür.

 

Biz də "Ədalətin” vaxtı”nınqonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik. 

 

 Şəfiqə Şəfa