Əhməd İsmayılov gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə görüşüb - FOTO
Fevralın 27-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə görüşüb.
Adalet.az xəbər verir ki, görüş zamanı Əhməd İsmayılov gənclər arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyindən və bu sahədə Agentlik tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. O, gənclər təşkilatlarının media subyektləri və nümayəndələri ilə effektiv əlaqələrinin qurulması, ictimaiyyəti məlumatlandırma mexanizmlərinin təkmilləşdirilməsindən bəhs edib.
"Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi çərçivəsində keçirilən görüşdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasının önəm daşıdığı vurğulanıb.
Görüşdə layihənin inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, layihənin gedişatı, keçiriləcək təlimlər müzakirə olunub. Qeyd edək ki, layihə çərçivəsində gənclər təşkilatlarında fəaliyyət göstərən PR menecerlər üçün təlim-görüşlərin təşkil olunması nəzərdə tutulur.
Digər Xəbərlər
08 Sentyabr 2026 13:32
I Bakı Türkoloji Qurultayı və Milli Mətbuatın 50 illik yubileyi - Faktlar
04 Sentyabr 2026 09:46
“Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi
03 Sentyabr 2026 20:28
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
31 Avqust 2026 20:12
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
29 Avqust 2026 20:58
Bütün media subyektləri qanunvericiliyin tələblərinə əməl etməlidir! - BƏYANAT
22 Avqust 2026 12:29
MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi
21 Avqust 2026 15:30
Respondentlərin 88%-dən çoxu həmin qadağanı dəstəkləyir - Sorğu
18 Avqust 2026 11:55


Bakı -°C

