Əhməd İsmayılov: Heydər Əliyevin Azərbaycanda senzuranı ləğv etməsi plüralizmin genişlənməsinə şərait yaradıb
Azərbaycan mediası özünün təməl funksiyalarını yalnız ölkə müstəqillik əldə etdikdən sonra yerinə yetirməyə başlamış və mövcud tarixi şəraitdə müstəqil media təsisatlarının əsası qoyulub.
Adalet.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış nitqində deyib.
O qeyd edib ki, bu baxımdan Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda senzuranın ləğv edilməsi plüralizmin genişlənməsinə, jurnalistikanın inkişafına yeni nəfəs vermiş, əlverişli şərait yaradıb.
Agentliyin rəhbəri vurğulayıb ki, cəmiyyətin sosial sifarişi kimi meydana çıxan “İctimai proseslər media müstəvisində” platformasını yaratmaqda Medianın İnkişafı Agentliyinin məqsədi informasiyanın peşəkar formada hazırlanıb ötürülməsinə məsuliyyət daşıyan media subyektləri ilə informasiyanın mötəbər mənbəyi funksiyasını yerinə yetirən dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaq, ictimai məzmunlu jurnalistika kontentinin hazırlanmasında peşəkarlıq səviyyəsini daha da artırmaqdır.
Ə.İsmayılov xatırladıb ki, bu il zəngin və şərəfli inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı bu il özünün 150 illik yubileyini qeyd edir.
“1875-ci ildə maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları öz ətrafında birləşdirmiş, elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc etmiş, xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparmışdır”.
İcraçı direktor deyib ki, maarifçilik xüsusiyyətləri ilə seçilən “Əkinçi” qəzeti milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib.
Digər Xəbərlər
01 Yanvar 2026 13:06
Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılıb
29 Dekabr 2025 15:43
MEDİA bu saytlara və qəzetlərə pul ayırdı - FOTO
29 Dekabr 2025 14:04
Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır
24 Dekabr 2025 16:17
“Kreativ Media - Bakı” məzmun müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR
24 Dekabr 2025 16:11
Cihangir İşbilir tətlif edildi
23 Dekabr 2025 16:06
“Bakcell”in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub - FOTOLAR
22 Dekabr 2025 17:17
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır!
22 Dekabr 2025 16:23


Bakı -°C

