Ekvador kütləvi etirazlara görə neft hasilatını dayandırmağa hazırlaşır

Ekvadorda artıq iki həftədir fasilə vermədən davam edən kütləvi etiraz aksiyaları ilə əlaqədar ölkənin neft hasilatı dayandırıla bilər.
Bu barədə ölkənin Energetika və Mədən Nazirliyi bəyanat yayıb.
“Neft hasilatı kritik səviyyədədir. Bugünkü rəqəmlər 50 faiz azalmanı göstərir. Bu vəziyyət davam edərsə, ölkədə neft hasilatı 48 saat ərzində dayandırılacaq. Çünki quyuları ələ keçirmək istəyirlər”, - deyə bəyanatda bildirilib.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, 14 günlük etiraz aksiyaları zamanı dövlətin büdcəsinə neftdən daxilolmalar 120 milyon dollar azalıb.
Təxminən iki həftədir davam edən və 5 nəfərin həyatına son qoyan etirazlarda əsas tələblər artan cinayətlər fonunda benzinin qiymətinin aşağı salınması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsidir.
Digər Xəbərlər
27 Oktyabr 2025 11:36 Tramp Kim Çen I ilə görüşmək istəyir
27 Oktyabr 2025 11:26 Paşinyan: 2026-cı il sülh üçün həlledici il olacaq
27 Oktyabr 2025 10:27 “İstanbulda razılaşma əldə olunmazsa...” – Politoloq
27 Oktyabr 2025 09:26 XX əsrin ən gözəl oğlanı vəfat etdi
27 Oktyabr 2025 09:19 Zelenskidən etiraf: Vəziyyət ağırdır, şiddətli döyüş gedir
25 Oktyabr 2025 14:05 Belqorod su anbarının bəndi ciddi zədələndi, təxliyə elan edildi
25 Oktyabr 2025 11:51 Makronun arvadının adını bu şəkildə yazdılar
25 Oktyabr 2025 11:22 

Bakı -°C 






