21 Oktyabr 2022 13:00
466
SİYASƏT

Elxan Şükürlü: “5-ci kolon” Ərdoğanın əleyhinə təbliğata başlayıb

Türkiyə prezidenti Ərdoğanın dünən Cəbrayılda yurdlarımızdakı erməni vandallığına göz yuman Qərbi, onların nəzarətindəki beynəlxalq təşkilatları sərt tənqid etməsi, "Dünya Qərbi çox yaxşı tanımalıdır, hamımız birlikdə tanıtmalıyıq" deməsi və Ermənistandan təzminat tələbini gündəliyə gətirməsi ən çox Qərbin Azərbaycandakı “5-ci kolon”unun təmsilçilərini narahat edib.

Dünən gecədən etibarən, nəzarətlərindəki internet televiziyalarında və sosial şəbəkələrdə açıq-aşkar Ərdoğanın əleyhinə təbliğata başlayıblar. O Ərdoğanın ki, Türkiyədəki Qərb şəbəkəsinin də əsas hədəfindədir və o, 44 günlük savaşda köməyimizə yetməsəydi, ermənilər hələ də məscidlərimizdə donuz saxlayır, çoxumuzun dədə-babasının qəbri üstündə isə erməni əsgəri özünü, murdar çəkməsini təmizləyirdi...

Həyat sübut edib ki, nankorluq, vəfasızlıq həm də qanıpozuqluğa, zatıqırıqlığa və namərdliyə işarədir!