DİN növbəti dəfə vətəndaşlara müraciət etdi - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib.
Bu barədə Adalet.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, kiberdələduzlar öz cinayətkar niyyətlərini həyata keçirmək üçün hər ötən gün istifadə etdikləri üsulları yeniləyirlər:
"Ssenarilər fərqli olsa da məqsəd eynidir. İnsanları aldatmaq, vəsaiti ələ keçirmək. Müxtəlif vasitələrlə sosial şəbəkələrdə insanların adına profillər yaradır, kiber üsullarla “Whatsapp” və “Telegram”da nömrə eyniləşməsi həyata keçirərək dələduzluq edirlər".
Məlumatda qeyd olunub ki, son aylarda oxşar hesablar və nömrə eyniləşdirmə yolu ilə maddi vəsaitlərinin talanması hallarının artdığı müşahidə olunur:
"Sosial şəbəkə hesablarınıza və ya mobil nömrənizə dostunuz, yaxınınız və ya tanışınız hesab etdiyiniz şəxslərdən borca pul istəməsi ilə bağlı mesajlar gələ bilər. Profil şəkli, ad-soyad da eynidir. Siz də dostunuz olduğu üçün onun xahişinə yox demirsiniz, pulu göndərdiyi kart hesabına köçürürsünüz. Bir neçə dəqiqədən sonra isə zəng edib və ya yazıb “pul kartına köçdümü?” deyə soruşmaq istədikdə ya həmin səhifənin bloklandığını, ya da sizə yazan zahirən dostunuzun nömrəsinə bənzəyən nömrəyə zəng çatmadığını görürsünüz. Kontaktınızda dostunuzla həmişə əlaqə saxladığınız nömrəni tapıb danışanda isə məlum olur ki, o, sizdən borca pul istəməyib və onun heç bu məsələdən xəbəri yoxdur.
Gəlin, hər zaman olduğundan daha diqqətli davranaq, zəng edibsə yazaraq, yazıbsa zəng edərək dəqiqləşdirmə aparaq, şəxsi, həmçinin kart məlumatlarımızı heç kimlə bölüşməyək".
Digər Xəbərlər
08 Sentyabr 2026 18:00
ƏDV-dən və gömrük rüsumundan azad edilən malların siyahısı genişləndirilib
08 Sentyabr 2026 17:47
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
08 Sentyabr 2026 17:37
DİN AMERİPOL-da müşahidəçi statusu əldə edib
08 Sentyabr 2026 16:27
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
08 Sentyabr 2026 14:24
TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
08 Sentyabr 2026 14:13
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM
08 Sentyabr 2026 12:38
Sabah hava necə olacaq?
08 Sentyabr 2026 12:27


Bakı -°C

