Əməkdar artist: “İnanıram ki, o biri şəhərlərimiz kimi Ağdam da...”
“İndi Ağdamda minaların təmizlənməsiylə bağlı çox güclü iş gedir. Hələ də ərazilərimizdə minalar qalmaqdadır. Minalardan təmizlənən yerlərdə müəyyən işlər görürlər. Həm də şəhərin özündə də tikinti işləri gedir”
Bunu Adalet.az-a açıqlamasında Əməkdar artist Azad Şükürov deyib. Aktyor bir çox rayonlarımız ki, doğulduğu Ağdam rayonuna da insanların tez bir zamanda qayıdacağını bildirib:
“İnşallah insanlarımız Laçına, Füzuliyə qayıtdıqları kimi, Ağdama da onların köçü başlayacaq. Çox keçməz ki, bu xəbəri eşidərik. İnanıram ki, o biri şəhərlərimiz kimi Ağdam da dünyanın ən gözəl şəhərlərindən biri olacaq. Orda tədbirlər, teatrlarda tamaşalar olacaq. Tez-tez o yerlərə gedəcəyik.
Əlbəttə, çox fərəhli bir gündür. Allah Ali Baş Komandana, əsgərlərimizə can sağlığı versin. Orda işləyən insanlarımıza da Allah qüvvət versin və bizim intizarımız çox çəkməsin. Hamımızı təbrik edirəm”-deyə aktyor bildirib.
Qeyd edək ki, bu gün Ağdam rayonunun işğaldan azad edilməsindən üç il ötür.
Vasif Əlihüseyn
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

