Ərdoğan Trampa təşəkkür etdi

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa arasında görüş baş tutub. Ərdoğan Ər-Riyadda keçirilən bu görüşə telefon bağlantısı ilə qoşulub.
Adalet.az-ın məlumatına görə, Ərdoğan “X” hesabında həmin dördtərəfli söhbətlə bağlı paylaşım edib.
“İnşallah bu görüşün nəticələrini tezliklə görəcəyik. Ötən həftə telefon danışığımızdan sonra, dünən Səudiyyə Ərəbistanında Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini açıqlayan ABŞ Prezidenti Trampa təşəkkür etmək istəyirəm”, - deyə Ərdoğan qeyd edib.
O, həmçinin Qəzza ilə bağlı Trampın dəstəyinə güvəndiyini diqqətə çatdırıb.
Digər Xəbərlər

"Putinsiz danışıqların heç bir mənası olmayacaq" - Podolyak

Müsəlman Baş nazirin tapmacaya cavabı Putini güldürdü - VİDEO

Tramp: Əhməd əş-Şaara ilə görüş əla keçdi

Putinin İstanbuldakı danışıqlarda iştirakı dəqiqləşməyib

Fidan: Ukraynayla bağlı danışıqların formatı hələ müəyyən edilməyib

Tarixi görüşdən sonra aeroportda belə yola salındı - VİDEO

Dünya birliyini Trampdan nümunə götürməyə çağırdı
