Şahbaz Şərif Pakistanla həmrəylik və dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovu qəbul edib.
Bu barədə Adalet.az-a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Baş nazir Pakistanla sarsılmaz həmrəylik və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də qardaş Azərbaycan xalqına dərin minnətdarlığını bildirib. Baş nazir əlavə edib ki, qardaş ölkə tərəfindən nümayiş etdirilən mövqe iki xalq arasında möhkəm dostluğun və qardaşlığın təzahürüdür.
Regionda baş verənlər və əldə olunmuş atəşkəs razılaşması barədə danışan Baş nazir gələcək dövrlərdə də hər hansı təcavüz qarşısında öz suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməyə hazır olduğunu bildirib.
Baş nazir strateji xarakter daşıyan Pakistan-Azərbaycan münasibətlərinin inkişafından bəhs edərək, ikitərəfli əməkdaşlığın müsbət trayektoriyasından məmnunluğunu ifadə edib. O, Prezident İlham Əliyevin ötən ilin iyulunda Pakistana tarixi səfərinin iqtisadiyyat, ticarət və investisiya sahələrində yeni əməkdaşlıq imkanlarının açılması ilə mühüm mərhələ olduğunu bildirib. Baş nazir fevralda Bakıya səfərini xatırladaraq, Pakistanın qardaşlıq əlaqələrini qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığa yüksəltmək istəyini bir daha təsdiqləyib.
Azərbaycan və Pakistanın dost və qardaş ölkələr kimi hər zaman birlikdə olduğunu bildirən Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Prezident İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq əlaqələrinə böyük önəm verdiyini və son illər ərzində tərəflər arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirib.
Digər Xəbərlər
17 Mart 2026 11:42
Milli Məclis MDB ilə bağlı protokolu ratifikasiya etdi
17 Mart 2026 11:38
"Dron uçuşunu böyük panikaya çevirməyə cəhd edənlərin..." - Siyavuş Novruzov
17 Mart 2026 11:37
Razi Nurullayev: Əlillik təyinatı prosesi vətəndaşlara çətinlik yaradır
17 Mart 2026 11:31
Deputat Müdafiə Nazirliyinə sorğu ünvanladı: "İctimaiyyət vaxtında məlumatlandırılmalıdır"
17 Mart 2026 11:21
“Ermənilər Qarabağla bağlı tezislərin yeni müharibəyə səbəb olacağını anlamamış deyillər”
17 Mart 2026 11:02
Parlamentin iclası başladı: Gündəlikdə 9 məsələ var
17 Mart 2026 10:26
"ABŞ-nin quru qoşunlarının İrana müdaxiləsi hərbi münaqişəni genişləndirəcək"
17 Mart 2026 10:09


Bakı -°C

