Erməni falçı Ermənistanın "fal"ına baxdı: "Sülh olmayacaq, hücum var"
Əlləri hər yerdən üzülən ermənilər üz tutublar ekstrasenslərə, falçılara...
Adalet.az xəbər verir ki, erməni mediası ekstrasens Karen Apoyanla həmsöhbət olub.
- Karen, gələcəklə bağlı proqnozların varmı? Ermənistanı nə gözləyir?
- Proqnoz belədir ki, qarşıdan ciddi məqam gəlir, bölgədə bomba partlayacaq, biz artıq onun ilkin şərtlərini görürük. Ermənistana münasibətdə isə gələcəkdə ciddi riskli mərhələ gözlənilir. İndi sonradan ciddi hücum üçün vaxt qazanırıq. Təhlükə oxları əsasən Sünikə (Zəngəzur) yönəldilir.
- Yəni, sülh olmayacaq.
- Sülh nisbidir. Azərbaycan müharibəyə hazırlaşır, hansı sülhdən söhbət gedir?
- Ermənistanda hakimiyyət dəyişikliyi olacaqmı?
- Yaxın gələcəkdə belə bir şey görmürəm. Aktivlik olacaq, amma yaxın vaxtlarda hakimiyyət dəyişikliyini görmürəm. Dinc şəraitdə hakimiyyət dəyişikliyi olmayacaq.
- Və növbədənkənar seçkilər...
- Gələn il oxşar bir şey görürəm, amma bu il yox. İndi vaxt itiririk, amma sonra bunun əvəzini baha ödəyə bilərik. Ən pisi odur ki, biz ödəyirik. Bütün dünya silahlanır və biz özümüzü müdafiə etmək üçün heç nə etmirik. Konkret problem qoyulur: Ermənisiz Ermənistan. Proqram artıq həyata keçirilib, tutaq ki, təhsil, məktəblər, dərsliklərin keyfiyyəti, camaat arasında qorxu mühitinin yayılması. Bütün bunlar bizi məhv etmək üçündür, dini baxımdan kilsəyə qarşı müharibə başlayıb, mədəniyyətimizə hücum edilir və s. –deyə ekstrasens medianın suallarını cavablandırıb.
Qeyd edək ki, bu günlərdə taroloq, ekstrasens İnara Qriqoryan “Hraparak” a müsahibəsində Ermənistanın və baş nazir Nikol Paşinyanın gələcəyi ilə bağlı proqnozlarını açıqlamışdı.
O iddia etmişdi ki, Ermənistanda 2025-ci ilə qədər irimiqyaslı müharibə əməliyyatları görmür, lakin 2025-ci ildə böyük müharibə, eləcə də yeni epidemiya görür. Bir taroloq yeni epidemiyanı covid-19 ilə müqayisə edir və ölümləri gördüyünü deyirdi.
Əntiqə Rəşid
Digər Xəbərlər
15 Sentyabr 2026 08:11
Böyük Qayıdış: Qarabağın üç yaşayış məntəqəsi bu gün doğma sakinlərini qarşılayır
15 Sentyabr 2026 00:00
Azərbaycanda Bilik Günüdür
14 Sentyabr 2026 18:00
Sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
14 Sentyabr 2026 17:51
Sabahdan iş rejimi DƏYİŞİR
14 Sentyabr 2026 15:25
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
12 Sentyabr 2026 16:23
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış oldular - FOTOLAR
12 Sentyabr 2026 12:35
Bakıda təmizlik və abadlıq işləri həyata keçirildi - FOTOLAR
12 Sentyabr 2026 11:31


Bakı -°C

