Erməni politoloq:"Müttəfiqləri Kreml üçün ticarət obyektidir, qazanc verməyəndə satılır"
Hazırda bütün dünyanın gözü Suriyadan qaçaraq Moskvaya sığınan Bəşər Əsəddədir. Bununla bağlı müxtəlif ölkələrin politoloqları , xüsusən erməni politoloqlarlar müxtəlif proqnoz verməkdə, fərqli-fərqli fikirlər səsləndirməkdədirlər.
Adalet.az xəbər verir ki, bu fikirlərdən ən maraqlısını isə erməni politoloq Hrant Melik-Şahnazaryan öz Telegram kanalında bildirdiyi fikirlərdir. Suriya lideri Bəşər Əsədin devrilməsinə münasibət bildirən politoloq qeyd edib ki, dünya görürki, Rusiya öz müttəfiqlərinə necə davranır: “Əsədin hakimiyyətinin süqutu onun tərəfdarları olan Rusiya və İranın zəifliyini göstərir”. Bu, AB diplomatiyasının rəhbəri Kaya Kallasın qiymətləndirməsidir. Bu cür düşünən təkcə o deyil. Məsələ burasındadır ki, dünya Rusiyanın müttəfiqləri ilə nə baş verdiyini görür; dünya ABŞ-ın müttəfiqlərinin hansı uğurlara imza atdığını da görür. Və bu, gözardı edilə bilməyən mühüm reallıqdır".
Melik-Şahnazaryan bildirib ki, Rusiya özünün geosiyasi maraqlarına xidmət etmir. Moskva üçün müttəfiqlər ticarət obyektinə çevriliblər:” Qərb Ukraynanı məhv etməklə geosiyasi şuranı Rusiyanın müttəfiqlərindən təmizləyir. Təbii ki, Ukraynada Rusiya qalib gələcək. Bəs belə qələbə kimə lazımdır? Yenə Qərbə. Sadə bir səbəbdən: ona görə ki, Ukrayna əvvəlki formada Qərb üçün başağrısı idi - həm Rusiyanın müttəfiqi, həm də Qərbin bir qolu kimi. Həmin ölkənin ruslarla əlaqəsi kəsilib, kiçik hissələrə bölünməli idi. Problem həll olunur. Bundan sonra ruslar nə qədər istəyirlər, bayram etsinlər. Bununla belə hamı başa düşür ki, bu, Pirr qələbəsidir. İndiki Rusiya onun geosiyasi maraqlarına xidmət etmir. Moskva üçün onlar ticarət obyektinə çevriliblər. Mənim üçün o reallığın ilk əlaməti 2016-cı ildə oldu. Aprel döyüşləri idi. Nəhayət, 2018-ci ildən sonra əmin oldum. sentyabrda talış milli xadimi Fəxrəddin Aboszoda Moskvada həbs edilərək Azərbaycana təhvil verilib”.
Erməni politoloq Rusiyanın dəsti xəttini İrana da aid edib və Rusiyanın “xilas” yolunu da dilə gətirib:”Eyni şey İrana da aiddir.
Bəs Rusiyanın xilası nədir? "Düşmən?" Çətin ki! Həmin “Oreşnik”in cavabı Rusiyaya Suriyada verildi. Əminəm ki, Moskvada bunu yaxşı başa düşürlər. Düşünürəm ki, onlar da Moskvadakı həll yollarını bilirlər. Sadəcə olaraq milli maraqların alverini dayandırmaq lazımdır”.
Qeyd edək ki, 8 dekabrda devrilən Əsəd reşimini dəstəklədiyini deyən və silahlı müxalifəti “terrorçu” adlandıran rəsmi İran sonradan Bəşər Əsədi tənqid etmişdi.
P.S. 44 günlük müharibədən bu günə qədər Ermənistan üçün nəfəslik rolu olan İranın “Sülh və dostluq naminə əməkdaşlıq!” şüarı altında noyabrın əvvəlində Azərbaycanla birgə Xəzər dənizində birgə hərbi təlim, noyabrın 25-də isə Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə "Araz - 2024" birgə taktiki təlim keçirməsi erməniləri hədsiz dərəcədə üzdü və qəzəbləndirdi.
Əntiqə Rəşid
Digər Xəbərlər
03 Dekabr 2025 19:51
Azərbaycan və Özbəkistan FHN-ləri arasında birgə fəaliyyət planı imzalandı - VİDEO
03 Dekabr 2025 19:06
İraqın rabitə naziri ikitərəfli sazişləri müzakirə etmək üçün Azərbaycana gəlib
03 Dekabr 2025 17:39
Prezident bu qanunu təsdiqlədi
02 Dekabr 2025 17:45
XİN-in kollegiyasının üzvlərinin sayı və tərkibi təsdiqlənib
02 Dekabr 2025 17:08
XİN-də "Diplomatiya Könüllüləri" qrupu ilə ilkin tanışlıq görüşü keçirilib
02 Dekabr 2025 16:10
"İslam Həmrəyliyi Oyunları İƏT-ə üzv dövlətlər arasında əməkdaşlığa dəstək verir”
02 Dekabr 2025 16:00
2026-cı ilin dövlət büdcəsi ikinci oxunuşda təsdiqləndi
02 Dekabr 2025 12:44


Bakı -°C

