"Erməni silahlı qüvvələri tərksilah edilir" - Hikmət Hacıyev
"Bu, məhdud bir əməliyyat idi, nəticədə hərbi infrastruktur böyük ölçüdə zərərsizləşdirildi. Və bu gün biz şadıq ki, Azərbaycan tərəfindən hərbi əməliyyatlar dayandırılıb. Qarabağ ermənilərindən də bizə məlumat daxil olub ki, onlar yerlərdə silahlı qüvvələrini tərksilah edirlər".
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Euronews"a müsahibəsində eyib.
Hikmət Hacıyev həmçinin qeyd edib ki, Azərbaycan öz niyyətini çox açıq şəkildə bildirib: "Bakı açıq şəkildə bəyan edib ki, əgər onlar tərksilah olsalar və ya bu qərara gəlsələr, o zaman Azərbaycan dəfələrlə ölkənin müxtəlif şəhərlərində dialoqa dəvət etdiyimiz Qarabağ erməniləri ilə dərhal təmaslara başlamağa hazırdır. Dünən Azərbaycan Prezidentinin Administrasiyası bəyanat yayaraq, bizim onları reinteqrasiya məsələlərini müzakirə etmək üçün dəvət etdiyimizi bir daha təsdiqlədi.
Biz sülh gündəmini dəstəkləyirik və hesab edirik ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi nə qədər tez bağlansa, bütün region üçün bir o qədər yaxşıdır. Azərbaycan da inteqrasiya olunmuş Qafqaz regionu konsepsiyasını dəstəkləyir. Ermənistan ərazi iddiaları ilə çıxış etməkdənsə, qonşuları ilə mehriban qonşuluq münasibətlərinə can atmalıdır".
Digər Xəbərlər
15 Avqust 2026 14:57
"Bunu bir sınaq dövrü kimi qəbul edirik" - Bəxtiyar Məmmədov
15 Avqust 2026 13:19
Bazar günü hava necə olacaq?
15 Avqust 2026 10:19
Küləkli havada dənizə gedənlərə yenidən - Müraciət
14 Avqust 2026 17:49
Çağırışçıların yekun tibbi müayinəsi ilə bağlı nazirlikdən AÇIQLAMA
14 Avqust 2026 17:18
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
14 Avqust 2026 16:50
Hərbi xidmətə çağırılanlarla bağlı vacib açıqlama
14 Avqust 2026 16:34
Sumqayıt sakinlərinə şad xəbər - Xırdalan qatarı yenidən işləyəcək
14 Avqust 2026 15:01


Bakı -°C

