Ermənilər XİN-in yeni müavininə qəzəb püskürdülər: Səbəb...
İki gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın müavini təyin olunan Vahan Kostanyan erməni ictimaiyyəti tərəfindən qəzəblə qarşılanıb.
Adalet.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində və erməni mediasında yeni müavini təhqir edən statuslar paylaşılır, şərhlər yazılır.
Erməniləri bu seçimə qəzəblənməsinin səbəbi var: Hələ 2019-cu ildə Ararat Mirzoyan “Vətəndaş Müqaviləsi” partiyasının mətbuat sözçüsü, Ermənistan parlamentinin sədri olarkən köməkçisi Vahan Kostanyan sosial şəbəkə hesabında ABŞ nümayəndələr Palatasının üzvü Frenk Palounun Qarabağda şəklini paylaşaraq qeyd etmişdi ki, onu torpaqları təhvil verməzdən əvvəl sonuncu dəfə göstərmək üçün gətiriblər. Kostanyanı bu paylaşımı onu xeyli gözdən salmış, ermənilərin nifrətini qazanmışdı.
Qeyd edək ki, hətta “Hrapak” saytının əməkdaşı Vahe Makaryan Kostanyanı tənqid edən bir məqalə ilə çıxış edib.
Məqalədə deyilir: “Ararat Mirzoyanın tələbə dostu, elm dalınca gedəcəyini deyilərək ordudan qaçırılan və Şuşiyə (Şuşa nəzərdə tutulur-red-Ə.R.)təhvil verilənə qədər xidmət etməyən Vaan Kostanyanın torpaqların verilməsi mövzusunu ələ salmasına təəccüblənməyə dəyməz. Şuşinin Müqəddəs Qazançetsotlarının qarşısında, lakin əslində bunu elan edən Vahan Kostanyan Xarici İşlər Nazirinin müavini təyin edildi. Burada, bu uşaq sifətli, təcrübəsiz, diplomatiya ilə heç bir əlaqəsi olmayan bu gəncin Ermənistan dövlətini xarici aləmdə təmsil etməsi dövlət maraqları baxımından o qədər də zərərli deyil. Bu görüşlərdə Ermənistanı Türkiyəyə ayağına aparan siyasi xəttin təbliğini davam etdirəcək. Artsaxdan imtina, soyqırımın tanınması prosesi, dəyərlərimizin, kimliyimizin məhv olması faktı var. Yəni o, indi nazir müavini kimi Ermənistanı məhvə aparacaq xəttə xidmət edəcək”.
Əntiqə Rəşid
Digər Xəbərlər
28 Mart 2026 22:00
DTX xaricdə qanunsuz miqrasiya fəaliyyətində iştirak edən azərbaycanlıları müəyyən etdi - VİDEO
28 Mart 2026 16:10
Bəzi ərazilərdə kollektorlarda problemlər yaranıb - BŞİH
28 Mart 2026 13:24
Aylıq yağıntı üzrə rekord göstərici qeydə alınıb
28 Mart 2026 13:20
DİN: Yağışlı hava ilə əlaqədar 763 çağırışa reaksiya verilib
28 Mart 2026 13:17
1919-cu ildə qurulan təhlükəsizliyimiz - DTX-dən paylaşım
28 Mart 2026 13:11
Polis yağışlı havada fasiləsiz xidməti davam etdirir - VİDEO
28 Mart 2026 10:00
FHN əməkdaşları vətəndaşları kürəyində təxliyə etdi - VİDEO
28 Mart 2026 09:09


Bakı -°C

