adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 May 2023 09:00
3084
LAYİHƏ

Ermənistan Azərbaycana dəymiş ziyanın əvəzini nə vaxt ödəyəcək?

Heç kimə sirr deyil ki, 1990-cı illərin əvvəllərindən Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Nə az, nə çox, düz 30 ilə yaxın 20 faiz ərazimiz ermənilərin işğalı altında qalıb. Ədbəttə, dünyada çox müharibələr olub - 100 illik, 25 illik, 7 illik və sair və il axır. Amma bu müharibələrin heç birində ermənilərin törətdyi cinayətləri başqa işğalçılar eləməyiblər. Düzdü, şəhərlər, qəsəbələr, kəndlər bombalanıb, artilleriya atəşinə tutulub və bu atəşlər zamanı da təbii ki, böyük dağıntılar yaranıb. Bunlar müharibənin yazılmış və yazılmamış qanunlarıdır. Ancaq ermənilərin törətdiyi müharibə cinayətlərinin anoloqu və oxşarı yoxdur.

Aydındır ki, ermənilər heç də Azərbaycan torpaqlarnın 20 faizini öz gücləri ilə işğal eləməmişdilər. Onlar rusların və digər havadarlarının köməkliyi ilə bu cinayətləri törətmişdilər. Düşünürdülər ki, nəinki 30 il, heç 100 il keçsə də, Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmayacaqlar. Lakin Ali Baş Komandan İlham Əliyvin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gündə bu işğala son qoydu, 9 rayonmuz ermənilərdən azad edildi. Belə bir əməliyyatın aparılmasını nə ermənilər, nə də onların havadarları gözləyirdilər. 44 günlük «İldırım sürətli» döyüş əməliyyatı dünyaya bəyan etdi ki, Azərbaycan öz torpaqlarını özü də azad eləmək gücünə malikdir. Ancaq təəssüf ki, 30 ildə BMT, ATƏT və digər beynəlxalq təşkilatlar məlum 4 qətnaməni icra etmədi, prosesi dondurdu, ağzına su alıb durdu və üstəlik də ermənilərə bir daha havadarlıq elədi.

Dünyada analoqu olmayan müharibə cinayətləri torpaqlarımız işğaldan azad olnandan sonra bir daha həm beynəlxalq təşkilatlara, həm də digər qurumlara aydın oldu. Aydın oldu ki, ermənilər işğal etdikləri rayonlarımızın daşını-daş üstə qoymayıblar. Ağdam kimi, Füzuli kimi, Cəbrayıl kimi, Zəngilan kimi, Kəlbəcər kimi, Qubadlı kimi şəhərlər yerlə yeksan olub. Az-çox bəzi binalar Laçında qalıb. Onun da əksərini söküb aparıblar. Sanki bu ərazidən vəhşi bir qəbilə keçib. Yaxud da fil sürüsü meşədən keçərkən ağacları necə məhv edirsə, bax onlar da şəhərlərimizi, kəndlərimizi, qəsəbələrimizi elə viran günə qoyublar. İstər yaşayış binalarının, istər sosial obyektlərin, istərsə də məktəb və xəstəxanaların damı, döşəməsi, pəncərəsi və hətta qapıları belə sökülüb aparılıb. Çoxları bilməz, amma kənd adamları yaxşı bilir ki, daş evləri tikərkən çay daşından, qara daşlardan isti fadə olunur. Bax, onlar Füzuli şəhərində evləri sökərkən qara daşları da söküb aparıblar.

Təbii ki, ermənilər bu cinayəti tək həyata keçirməyiblər, onlar rusların və iranlıların yardımı ilə bu vəhşiliyi törəiblər. Deyilənlərə görə, hər evi 300 dollara ermənilər və ruslar iranlılara satıblar. Evin içərisindəki qiymətli əşyalardan tutmuş, həyətlərdəki mal-qoyuna, avtomobilə qədər hamısını yığıb aparıblar. Üstəlik də Azərbaycanın flora və fanunasına yüz il bundan belə də dirçəltmək mümkün olmayan ziyanlar vurublar. 200-300 ilin çinar ağaclarını, palıd ağaclarını, qovaq ağaclarını və digər qiymətli ağacların hamısını kəsib aparıblar. Zəngilanda dünyada ikinci yerdə olan çinar meşələrini məhv ediblər. Daha doğrusu, həmin ağacları qarıraq, Frnasa və İrana göndərib qiymətli taxta kimi istifadə edərək, baha qiymətə başqa ölkələrə satıblar. Qızıl mədənlərimizi, mis mədənlərimizi, mişar daşı mənbələrinin hamısını kəsib aparıblar. Hətta meşələrdə olan nadir heyvanları belə rəhm etmədən ya ovlayıblar, ya da öldürüblər. Onların vəhşiliyi o həddə çatıb ki, qıra bilmədikləri meşələrə od vurub yandırıblar. Qəbiristanlıqlarımızdakı qiymətli mərmər daşlarının hamısını söküblər və satıblar.

Bir sözlə, bu müharibə cinayətləri ən böyük cinayətlərdən biridir. İqştisadçı-ekspert Təbriz Süleymanov deyir ki, ermənilər Azərbaycan iqtisadiyyatına 1 trilyona yaxın ziyan vurublar. Bu ziyanın içərisində onların əmlakları, var-dövlətləri, Azərbaycan təbiəti və eləcə də digər qiymətli, zəngin maddi və mənəvi dəyərlərimiz var. Qədim tarixi abidələrimiz, min illərin yadigarı olan tikililəri, məscidlərimizi, kurqanları və müqəddəs yerlərimizi bu şərəfsiz millət ya mundarlayıb, ya da dağıblar. Onlar işğal etdikləri yerlərdə Azərbaycan toponimlərinin hamısının ya adını dəyişib, ya da yer üzündən siliblər. Amma bütün bu cinayətlərə çox təəssüf ki, beynəlxalq təşkilatlar və o cümlədən BMT və ATƏT uzun müddət göz yumublar və bu gün də göz yumurlar.

Artıq Azərbaycan tərəfi bu müharibə cinayətləri ilə bağlı və ölkəmizə dəymiş bir trilyon dollara yaxın ziyanı ödətdirmək üçün erməniləri Beynəlxalq Ədalət Məhkəməsinə verib. Amma hələ ki, Beynəlxalq Ədalət Məhkəməsi bu günün özündə də lazımi qərarı çıxartmayıb. Ancaq ermənilər müraciət edən kimi o dəqiqə həm beynəlxalq təşkilatlar, həm də adını çəkdiyimiz Beynəlxalq Ədalət Məhkəməsi məsələni gündəliyə çıxarır və erməniləri müdafiə eləyən haqsız qərarlar, qətnamələr qəbul edirlər.

Dünyanın inkişaf etmiş ölkələri həmişə ermənilərin haqsız işlərini müdafiə ediblər, amma bizim haqlı işimizə gözlərini yumub və ağızlarına su alıb durublar. Azərbaycan Laçıında sərhəd-keçid məntəqəsini qurandan sonra ermənilər bir hay-həşir qopardı ki, gəl görəsən. O dəqiqə Avropa ölkələri, xüsusən də, Fransa başladılar onları müdafiə etməyə. Ki, Azərbaycan yolu bağlayıb. Hansı ki, Aərbaycan öz ərazisində dünyanın hər yerində olduğu kimi, sərhəd-keçid məntəqəsi yaradıb və gömrük sistemi qurub və burada heç bir beynəlxalq hüququn pozulmasından söhbət gedə bilməz. Hətta Fransanın xarici işlər naziri tumanını başına keçirib, iki daşın arasında Bakıya gəldi ki, həmin keçid məntəqəsi götürülsün və ermənilər Azərbaycan ərazisinə keçərkən yoxlanılmasın. Təbii ki, onun da cavabı verildi və Fransanın da xarici işlər nazirinə öz yeri göstərildi. Yeri göstərildi ki, bizim işimizə burnunuzu soxmayın!

Təbii ki, Beynəlxalq Ədalət Məhkəməsi bizim xeyrimizə qərar çıxartsa, ermənilər o məbləği ödəyə bilməyəcəklər. Amma o məbləği ödəyə bilməsələr də canları çıxıb, onun əvəzindən dədə-baba torpaqlarımız olan Zəngəzuru, Göyçəni bizə qaytarmalıdırlar. Çünki onlar cəzalandırılmalıdırlar ki, bir də müharibə baş verərsə, belə cinayətlər törətməsinlər. Və bizdə belə bir deyim var: «Küçük qulağı kəsəndən qorxar». Ermənilərin də qulağı kəsilməlidir ki, ömrülərinin sonuna qədər belə cinayətləri yaddan çıxmasın və bir daha onu eləməsinlər!

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.