"Ermənistanla sülh sazişinin tezliklə imzalanmasını gözləyirik" - Ceyhun Bayramov
"Azərbaycan ardıcıl olaraq siyasi iradə nümayiş etdirib və intensiv birbaşa danışıqları dəstəkləyib, həmçinin Ermənistanla sülh sazişinin tezliklə imzalanmasını gözləyir".
Adalet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Türkiyə və gürcüstanlı həmkarları Hakan Fidan və İliya Darçiaşvili ilə keçirilən görüşü zamanı bildirib.
Xarici işlər naziri qeyd edib ki, Azərbaycan regionda sülhün bərpasına sadiq qalır.
Onun sözlərinə görə, son vaxtlar iki ölkə liderləri səviyyəsində, eləcə də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilib: “Bu görüşlər sülh sazişinin irəliləməsi məsələsində zəmin yaradır və iki ölkənin siyasi məsələlərinə yanaşmanın sadəliyini təmin edir”.
Nazir vurğulayıb ki, Azərbaycan beynəlxalq aktorların ədalətli və qərəzsiz şəkildə birbaşa ikitərəfli danışıqları dəstəkləyəcəyinə ümid edir.
Digər Xəbərlər
20 May 2026 13:32
“İndi isə tarixdə Laçının işğal günü yoxdur, azadlıq günü var”
20 May 2026 13:32
İran ABŞ strateji mürəkkəb vəziyyətlə üzləşdirib – Politoloq
20 May 2026 10:35
Azərbaycan XİN Milli Günü münasibətilə Kamerunu təbrik edib
20 May 2026 10:19
“Çin Rusiyaya hazır hərbi texnikanın birbaşa ixracını dayandırsa da...”
19 May 2026 20:25
Bakı mədəni irsin qorunması baxımından mühüm mərkəzdir - Hikmət Hacıyev
19 May 2026 19:11
“Azərbaycanın enerji ixrac imkanları daha da genişlənir”
19 May 2026 19:00
Prezidentə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verildi
19 May 2026 18:40


Bakı -°C

