adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Oktyabr 2016 15:24
97065
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngizməkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərənmöcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bircümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə,alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki,məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsanöz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səliseşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferadatanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çoxoxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünəarzuladığı ən böyük istəkdir.


                                                                        ***

Ceyhun Musaoğlu: "Dilimizə "Peşəkarvətənpərvər" ifadəsini daxil etməliyik. Vətənpərvərlikdə peşəkar olmaqvacibdir, əksi olanda qaş düzəltdiyimiz yerdə göz çıxarırıq”.


                                                                       ***

Günay Arda: "İnsanları sevdiyinboydasan..


                                                                      ***

Anar Turan: "Bəzilərimiz hələ dəanlamırıq ki, Həzrəti Hüseyin hakimiyyət uğrunda mübarizə etməyib. 72 nəfərləhakimiyyət ordusuna qalib gəlmək olarmı ? Hüseyin hələ Mədinədən yola düşəndəartıq bilirdi ki, o öldürüləcək. Amma bütün məsləhətləri qulaq ardına vurubgetdi. Çünki o həmin yerə getməliydi və İslam ümmətini öz ölümüylə titrətməliydi.Onun çiynində böyük missiya var idi. O bu addımıyla Yezid qəsbkarlığını, cinayətkarlığınısübut etməliydi. Onun Kərbəlaya getməsi xalqın imdad səsləri və Yezid tərəfindənsöndürülməkdə olan İslam işığının öz mənəvi qüdrəti ilə yenidən yandırılmasıidi. Bunu bütün sünni və şiə hədis mənbələri də təsdiqləyir. İmam Hüseyin nə ərəbin,nə farsın, nə türkündür. Hüseyin ümumbəşəri qəhrəmandır !”


             

                                                                       ***

Nuridə Nuriyeva:"İnsanın sahib olduğu ən müqəddəs duyğu imandır. Ama hər insan sahib deyil buna. Çox azdır imanlı dərin insanlar.. barmaqla sayılacaq qədər az...”.

                                                       


                                                                         ***

Vüqar Abbasov: "Nə qədər saxta təbəssüm,gülüş olar? Bilirsən e saxta olduğunu, ancaq dözməlisən, məcbursan”.


                                                                          ***

Zaur İbrahimli: "İqtisadi böhranfutbol üzrə Azərbaycan millisinə çox müsbət təsir göstərib. Əsil post-neftdövrü davranış və nəticələr ortaya qoyur. Deysən başa düşürlər ki, nəticəolmasa, heç kim əvvəlki kimi onları sığallamayacaq. Bu münasibətlə millifurbolçularımızı və azarkeşləri təbrik edir, hər kəsi onların təcrübəsini məminsəməyəçağırıram”.


                                                                          ***

Sevinc Şabanova: "İnsanlara təbəssümnəncavab verməyi bacarın...”


                                                                          ***

Elçin Ali Xan: "Ay qardaş buqızların ildə neçə dənə günü olur e? Günümüzü qara etməkləri az deyil, hələ hərgün də bayramlarıdır. Yazıq kişilərin bir dənə də olsun günü yoxdur. Bu qədər dəədalətsizlik olmaz axı”.


                                                                         ***


 Əminə Əli: "Hal-əhvalınıtutmaq üçün kiməsə yazırsan və təəccüblənir.Çünki nə pul istədin,nə hansısa paylaşımını bəyənməsini,nətoyuna çağırdın,nə də ki,işin düşdü.Çox soyuqqanlı olmuşuq...”.


                                                                       ***

Nəriman Zeynal: "Qızın qolundantutub eskalatora elə mindirir, elə bilirsən ki, Mona Lizanın portretidir Luvr muzeyindəyerdəyişmə edir”.


Sübhan Mahmudov