adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Noyabr 2016 13:57
87791
RUBRİKA

"Facebook gündəliyi"

Facebook -fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımızagətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indihəyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağıbacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatdanecəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən kihəmin adamsan.

Yaz, səni tanıyım.Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz ondadaha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimaisferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəniAdalet.az. Yayaq ki, yazdıqlarınız daha çoxoxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünəarzuladığı ən böyük istəkdir.



                                                                 ***

BəxtiyarMəmmədli: "Rəhmətlik babam deyərdi ki, vaxt olacaq əti muzeydə görəcəksiz.Deyəsən, işıq və qazın qiymətlərinin artımı muzey məsələsini reallaşdırır...”



                                                                  ***



İlkinAğayev: "Sən demə, Azərbaycanın "Land of fire" - "Odlar yurdu" kimi tanıdılması heç də hər bir ölkə üçün eyni effekt və reaksiyaya səbəb olmurmuş. Məsələn, ərəb mifologiyasında "Land of fire" - odlar ölkəsi konkret olaraq cəhənnəmlə assosiasiya olunur..) Ərəblər bu adı eşidəndə ilk baxışdan həmişə səksəniblər. Belə çıxır ki, indiyə qədər bizə ərəb turistlərinin axınını məhz "Land of fire" tanıtım brendi alıbmış".




                                                                   ***

MahirəƏmirhüseynova: "Tarif Şurasının sayəsində yuxumuz ərşə çəkilib”.




                                                                   ***



ElşadMəmmədli: "İqtisadiyyatda bir çox maraqlı terminlər var. Bizim Tarif Şurasınınsayəsində biri də əlavə olundu; "mini yubka" iqtisadi-siyasəti.Məsələn, qazı 1500 kubmetrdən sonra qaldırmaq "mini yubka"siyasətidir. Başınıza dönək, bunu qaldırırsınız birdəfəlik qaldırın da, niyəcamaata yandı-qındı verirsiniz”.



                                                                     ***

NahidCanbaxışlı: "Tarif Şurasının üzvləri heç olmasa qazın elektrik enerjisininqiymətini qaldıranda qəbir əzabın gözləri önünə gətirirlərmi? Allah yəqin ki, bunlaraelə bir qəbir əzabı rəva görər ki, anadan əmdikləri süd sümüklərindən gəlibtökülər. Allah elə bir qəbir əzabı rəva görər ki, öldüklərinə belə peşmanolarlar.

Allahım, sən hər gün övladına bir tikə çörək üçünevdən çıxan, gecələr evinə əliboş qayıdanların ahı ilə Tarif Şurası üzvlərininqəbir əzabın müəyyən et. AMİN!”.



 
                                                                        ***


Qulu İbrahimli: "Namazabaşlayacağam. Obaşdan durmağa məcbur olum, axşam da saat 9-da tez yatım. Buişıq pulu ilə oyaq qalmaq mümkün deyil”.




                                                                        ***



İlhamŞaban: "İTV əsilxalq kanalıymış ki? Bir nəfər ekspert deyir ki, Azərbaycanda qaz Gürcüstandan,Türkiyədən və Qırğızıstandan nə qədərsə bahadır... və bu israfçılığa gətiribçıxarır.

Elə bil camaat QAZI oğurlayıb aparıb qonşuölkələrdə satıb sonra özlərinə ÖRDƏK alırlarmış...”





                                                                         ***

RamilOsmanlı: "Qərarlar ona görə axşam verilir ki, səhərə kimi QAZi çıxsın...”





                                                                        ***

Mirza Zahidov: "TARİFŞURASI... Tarif Şurasına yaxşı bir iki-kəlmə ürək sözüm olacaq... Ha deyirəmOptimist olum, gələcəyə İnamla baxım... Bu Tarif Şurası QAZ və İŞIQ pulunu yox,mənim OPTİMİSTliyimi aradan QALDIRIR ))) Qiymətlər QALXdıqca, biz ÇÖKÜRÜK!(davamı olacaq)”.





                                                                       ***

Samir Güləliyev: "Tarif Şurasının sədri Şahin Mustafayevin verdiyiqərara əsasən mən Azərbaycanın nə aşağı, nə də orta, tam olaraq yüksəksəviyyədə yaşayan təbəqəsinə aidəm. Çünki mən 1 ayda mənzilimdə istifadəetdiyim təbii qaza görə 60 manat, elektrik enerjisinə isə 25 manat ödəyirəm!URRRAAAAAAAA!

P.S. Bundan sonra kim mənə kasıb desə ağır cavab alacaq”.


SübhanMahmudov