adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Dekabr 2016 15:04
108670
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadəetmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirəbilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızınayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığıüçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə,virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həminadamsan.

Yaz, səni tanıyım. Yazmaq elədanışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda dahadəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən dəictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az.Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə dətanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                         ***

Vüsal Qarayev: "Bu ölkəni sevəninsanları incitməyin. Sərhəddəngüllə səsi gələndə orduya yazılmağa can atan insanları incitməyin. Sabahhansısa xarici qüvvə ölkədə silahlı iğtişaş qaldırsa, bütün günü tənqidetdiyimiz bu hakimiyyəti müdafiə edəcək adamlarıq. İnsafınız olsun, incitməyinbizi. Oturduğunuz budağı kəsməyin...”


                                                                        ***


Gülnarə İlham: "Neftçilərimiz üşüyür indi, xahiş edirəm teztapın onları”.


                                                                        ***


Aysel Ələkbərzadə: "Çöldə qar yağır,
Hər qar damlasında bir ailə atasız qalır....”.


                                                                        ***


İlhamə Əli: "Cahillə bal yeməkdənsə ,alimlə daş daşımağın yaxşıdı!!!”.


                                                                         ***

Əmrah Fəqanoğlu: "Müvəqqəti də olsa bir insanın üzünə bütünqapıları bağlaya bilərsən, amma Allahın o insanın üzünə açdığı qapını bağlamağahökmün və gücün yetməz...”


                                                                         ***


Ceyhun Musaoğlu: "Xəzər də Kürün tayı oldu. Biri daşqını, obiri fırtınası ilə bizi özündən küsdürdü. Oxumayın o mahnıları, dinləməyin oşeirləri...


                                                                        ***


Əziz Əlibəyli: "Bilmirəm, ammadünyanın harasında bizim millətdən varsa, orda qırğın törədilir, biri Xəzərdəbatır, digərini rusla, fars güllələyir, başqalarını erməni şişə çəkir, yetər, akişi, bir dəfə də bizimkilər öldürsün, bu düşmənlərə zülm etsin....


                                                                      ***


Rza Rzayev: "Daş dəyən şüşəkimiyəm, çat- çat,amma tökülə bilmirəm!”.


                                                                      ***


Səmayə Nənə: "Yeni nəsil çörəknövbələrini görməmişdi, ona görə hər şeyi bahalaşdırırlar, siz bilmirsiz...”.


                                                                     ***


İradə Sarıyeva: " Dəniz, qoruyabilmirsən...Onları evdə yavruları gözləyir. "Atam nə gec gəldi" deyənkörpələrə uzanan dilsiz yolları göstər ana...Yana-yana. Dəniz, belə qəddarolma, sənə könül verəni sularına qərq edib məhv etmə...Dəniz, insanlar sənisevir...Sevgiyə sevgi ilə cavab verərlər. Səni sevənləri öldürmə dəniz, onlarıevdə yavruları gözləyir...Sözüm tükəndi...


Sübhan Mahmudov