adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Fevral 2019 09:43
123144
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçünəsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz,keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz birparçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebooksosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda dao cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır.İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səliseşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferadatanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.azYayaqki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq,bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.

***

ŞərifAğayar:"28-in girişindəki basırıqda səs: "Çatıriy, eskalatorun iyi gəlir."

***

AqşinYenisey: "Etnik, dini münaqişələrə qiymət vermək üçün ənyaxşı mövqe Salman Rüşdinin mövqeyi, ən yaxşı əsər isə onun yazdığı"Gecəyarı uşaqları"dır. Adam Hindistan-Pakistan münaqişəsinə ingiliskraliçasının yanından bir ingilis kimi baxır və ordan baxanda hər iki xalqınağılsızlığı bir-birinə bərabər görünür”.

***

ŞəhriyarDel Gerani: "Yaxşı yadımdadı, ilk dəfə qaldığım Oteldənçıxarkən otağımı tər-təmiz yığışdırmış, gül təki eləmişdim. Çox sonralar başadüşdüm. Ki, bütün bunlar müharibə illərində əyalətdə keçən kasıb uşaqlıqillərinin travması imiş...”

***

AyxanAyvaz:"Hər hansı adamın yaxşı və ya pis olması haqqında düşünmək artıq faşistlikəlamətidir”.


***

QanTuralı:"Yaxşı bir şair vardı. Biri gəlib boş-boş postmodernizmdən danışanda guya qulaqasırdı, axırda da soruşurdu ki, başını harda qırxdırmısan?”

***

ZaurƏhnəd:"Bizim qədər özümüz özümüzə lağ edən, öz faciəmizi lağ-lağıya qoyan millətvar?”

***

MəhəbbətHacıyeva: "Sözlər bir adamın ağlını göstərə bilər, hərçəndbu da tam belə deyil, müəyyən mənada razılaşırsan. Amma insanın məqsədinigöstərən əməlləridir...”


***

EtibarƏliyev:"Sən demə, ağır həyat şəraiti bütün zamanlarda insanlarda ruh düşgünlüyüyaratmırmış. Məsələn, göstərdiyim nümunədə İnsanlar bu şəraitə qarşı səfərbərolublar. Faşistlərin Terezienştadt düşərgəsində 1941-ci ilin fevral ayından1944-cü ilin avqust ayına qədər 40 min nəfər insan öldürülüb. Cəmi intiharedənlərin sayı isə 259 nəfər olub. İnsanların intiharı üçün onları dövrəyə alanyüksək gərginlikli məftillərə toxunması kifayət edirdi. Amma yaşamaq eşqi vəgələcəyə bəslənən ümidlər onları bu aktdan çəkindirirdi”.


***

HikmətNazim:"Yazıçılıq gördüyün yuxunu yazmaq kimidir, unutduğun məqamları yaradıcı şəkildəuydurursan”.


***

Qismət:"Bir dəfə dostlardan biri dodağının ucunda oynaşan sevgi-istehza qarışığıtəbəssümlə belə dedi: "Nəyinə lazımdır bu kitabları tərcümə etmək? Eləbilirsən, xeyri olacaq?" Reallığın adama ağ bayraq qaldırdan bucaqlarındanbaxanda, üstəlik, öz yazılarında "tapana" qədər oxuyub-bildiklərinigizlətməklə həmkarlarına da, oxucularına da üstün gəlmək imkanı varkən,doğurdan da mənim gördüyüm iş uşaqcasına sadəlövh, infantil, faydasız birəməkdi. Halbuki ədəbiyyatdakı məqsədlərim həmişə başqa olub. Bu, bir aziçimdəki hər şeyə cavab axtaran həvəsli uşağı sağ-salamat yetkinliyə köçürməkarzusudur, bir az da nə vaxtsa özümə tuşlanmaq ehtimalı olsa belə, dahaurbanistik, daha çağdaş metodlarla silahlanmış bir sənət mühitinin yaranmasınayardımçı olmaqdır, yəni mən ədəbiyyatı Leylinin atası tərəfdən vuruşanlarınuduzduğunu görüb qarşı tərəfə keçən Məcnun kimi yaşayıram, amma qorxuram yenəsəhra qalib gəlsin...”