adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Fevral 2015 15:11
50049
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - dünyanınən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimatməkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzetiolacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımızagəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələnhadisəürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərəbildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektualFacebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yənionların yazdıqlarını göydən yerə düşürdük.

"Göy virtuallığın, yer reallığıntəzahürüdü". Bu da olsun, təqdim edəcəyimiz statuslara nəzərən bir status.


                                                                          ***



Milord Lord: "Od qiymətinə televizor al, gətir, ən ucuz verilişlərə bax, böyük dərddir”.


                                                                           ***


Mehriban Zeynalova: "Ən gözəl müsiqi gözlərdən axan musiqidir”.


                                                                            ***


Azər Qismət : "Kişi anasınıömür boyu sevir. Atasını isə 40 yaşdan sonra başa düşür”.


                                                                             ***


Seymur Qasımbəyli: "Vaxt var idi "Alabaş"avtobuslarına minərdiniz. Mindiyiniz qapıdan da düşmək məcburiyyətindəqalardınız. İndi minilən avtobusların 3 qapısı var. Hardan minəcəyinizi, hardan düşəcəyiniziheç kim sual etmir”.


                                                                              ***


Vüsal Məmmədov: "Bir din xadiminin evindən 50 min, o birindən 100 min manatlıq sərvətoğurlanıb... Əgər mənim evimi yarsalar, heç 1000 manat da tapa bilməzlər.Gözünə döndüyüm oğru bilir ki, hara getmək lazımdır, ateistlərlə işi yoxdur”.


                                                                              ***


Zümrüd Abbas:"Qarabağdan mənə tək yadigar qalan səs,  güllə səsidir...”



                                                                             ***


Elşad Eyvazlı : "Nə istədiyimizi özümüz də bilmirik...

Qış gələndə yaz arzulayırıq, yay gələndə qış...
İnsanlar hüzr mərasimlərində israfçılıqdan narazılıq edirdi. Müəyyən qadağalar tətbiq edildi. Başladılar ki, "belə olmaz,bəs, mən niyə öz doğmamın hüzr mərasimində banan verməyim".
Di gedin, canınız çıxsın, kredit alın, yas mərasimi keçirin.
Yol polisindən əksəriyyət narazılıq edir. 
Millət vəkili Eldar İbrahimov parlamentdə ümumi polisitərifləyir, yol polisinin bəzilərinə "Dana" deyir. 
İndi də başlayıblar ki, niyə Eldar İbrahimov belə deyib.
Eldar İbrahimov düz deməyib, yol polisi "mələkdi.."

                                                

                                                                            ***


Fatimə Kərimli :”Qəfildən yadıma düşdü. O gün Con Kerrinin qarı təmizləmədiyinə görə cərimələnməyindən danışılır. Aparıcı deyir ki, bu cərimələnmə onun imicinə xələl gətirəcək. Adam bilmir gülsün, yoxsaəsəbdən oturub aglasın. Nəyi qoyubnəyi axtarırıq e?! Demirik ki, o boyda dövlət rəsmisini belə cərimələyəcək qədər demokratiklik var, qanunlar işləyir, deyirik ki, Kerrinin imicinə xələl gələcək. Dəhşətdi.


                                                                                ***


RuhanəPaşazadə :”Bu gün dahi sənətkar,bəstəkar,mügənni Polad Bülbüloğlunun 70 illikyubileyidir. Belə sənətkarlar bir daha tarixə gəlməyəcək, onların vaxtında qədrinibilmək lazımdır. Təbrik edirəm!..


                                                                               ***


Günay Səma Şirvan: ""Küləklə sovrulanlar" - amerikanyazıçısı Marqaret Mitçellin məşhur romanıdır. 1936-cı ildə dərc olunub. Dünyanın ən məşhur100 romanının siyahısına daxil olub.
Adam cəmi bircə kitabla bütün dünyada oxunur. 
Yazar olmaq üçün 14 KİTABIN ÇIXMASI ŞƏRTDEYİL!



Sübhan Mahmudlu