adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Mart 2015 12:56
56649
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - dünyanınən populyar qəzeti, saytı.

1 milyonazərbaycanlının fərdi təqdimat məkanı.


15 il öncə kim desəydi, hamının şəxsiqəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımızagəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımızagələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik.Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Buüzdən Adalet.az saytının oxucularına intellektualFacebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq.Yəni onların yazdıqlarını göydən yerə düşürdük.


"Göyvirtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimizstatuslara nəzərən bir status

                                                                         ***


İradə Cəlil: "Dolların ucuzlaşmasını təmtəraqlamanşetə çıxaran saytlar utanım yerinizə..əəə ayıb döyülmü o boyda bahalaşmadansonra 00.2 faiz azalmanı manşetə çıxararsız?


                                                                         ***


Milor Lord: "Hər kəs sanki ölümü bu gün kəşf edir,dərk edir və təcüblənərək heyfsilənir ..(hansı ki ölüm taa qədimdən var)”


                                                                          ***


Bəxtiyar Rəhimov: "Yaşadığımız fani dünyada insan çətinliklərqarşısında kamilləşir.

P.S. Yerdəyatan yumurta bir gün göylərdə uçan Qartal olur!



                                                                       ***


Nərgiz Aziz: "Hamımızın sirləri var. Bəzilərimizinsevdiklərini qorumaq üçün, bəzilərimizin də səhvlərimizi gizlətmək üçün var..



                                                                        ***


Elşən Aslanov: "Fəxr etməyə bir şey tapmayandabaşlayır əsli-nəcabəti ilə öyünməyə”



                                                                        ***



Yusif Məhəmmədoğlu: "Hər şeyin bahalaşdığı bir məmləkətdədostluq, inam, etibar, sədaqət, sevgi, məhəbbət çox ucuzlaşdı...



                                                                         ***


Xoşgül Quliyeva: "Ölüm ayağında son arzun nədi desələrbir iki nəfəri çıxmaq şərti ilə, hamımız birlikdə ölmək istərdim deyərdim. Məneqoist deyiləm sadəcə həmrəy olmaq istəyirəm



                                                                          ***


Əvəz Rüstəmov: "Nobel komitəsi Obamaya deyir ki,qardaş, sənə verdiyimiz mükafatı geri qaytar, sülhün təpənə dəysin...



                                                                          ***


Ləman Piriyeva: "Cəmiyyətin mövcud qaydalarıinsanları cinayət və pis əxlaqdan müəyyən bir yerə qədər çəkindirər. Ancaq hərinsana iyirmi dörd saat nəzarət etmək mümkün olmadığı üçün müəyyən bir yerdənsonra insanın vicdanı fəaliyyətə keçməlidir. Terroristlər de vicdanlarınıdeyil, nefslerinin səsini dinləyirlər. Buna görə də sevgisiz və təcavüzkardırlar.Asanlıqla əxlaqsızlıq edir, insanlara heç vicdan əzabı çəkmədən əziyyət verəbilirlər. Bunun səbəbi isə bu şəxslərin Allahdan qorxmamaları və din əxlaqınıbilib tətbiq etməmələridir. Çünki Allahdan qorxmayan insanı cinayət törətməkdənçəkindirən heç bir güc yoxdur



                                                                           ***


Elnur Hidayətoğlu: "Axı, niyə belə elədirlər?"Siqaret bahalaşıb" bəhanəsiz ilə iki gündür özüm-özümlə mübarizəaparırdım, siqareti tərgitməyə çalışırdım. İmkan vermədilər.Deyirlər siqaretyenidən ucuzlaşıb, daha doğrusu əvvəlki qiymətə qayıdıb...Gül kimi tərgidirdimdəəə....




Sübhan Mahmudlu