adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Mart 2015 14:43
46949
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti,saytı.

1 milyon azərbaycanlının fərdi təqdimatməkanı.

15 il öncə kim desəydi, hamının şəxsiqəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlərbaşımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımızagələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik.Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Buüzdən Adalet.az saytının oxucularına intellektual Facebookistifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yənionların yazdıqlarını göydən yerə düşürdük.

"Göy virtuallığın, yer reallığıntəzahürüdü" - bu da olsun, təqdimedəcəyimiz statuslara nəzərən bir status

                                                                        ***


Vüsalə Mahirqızı: "Bu gün APATAP-TANAP layihəsi ilə bağlı 15, manatın məzənnəsi və devalvasiya ilə bağlı 8,Hamlet İsaxanlının qızı ilə bağlı cəmi 2 xəbər yazıb. Biri Baş Prokurorluqdanaçıqlama, biri də məhkəmə. Amma indi bu sosial şəbəkədə medianı söyüb-döyənlərvar ha, medianı rektor qızı mövzusunu çürütməkdə ittiham eləyənlər var ha,onlar o qızla bağlı xəbəri daha çox oxuyublar, nəinki əvvəl sadaladıqlarımı. Nədənbilirəm? Çünki o xəbər top 5-də ikincidi. Vot, fakt budu! Mediada yazılan mövzuçoxdu, Sizlər oxumağa bunu seçirsiniz!

                                                                        ***


Ceyhun Musaoğlu: "Dünyanı xilasetmək mümkün olmayacaq, bu, dəqiqdir. Amma səmimiyyəti dünyanın caynağındanqopartmaq mümkündür. O səmimiyyəti ki, hər kəs üçün xoşbəxt dünya bəxş edə biləcək”

                                                                        ***


Xəqani Səfəroğlu: "Şaxta Baba iləbağlı uşaq vaxtı bir şer vardl... "Şaxta baba şaxta can.." O şerdə qəribəbir misra vardı: "Fikrə getdi bir qədər.." Sonra dalınca "dedi əzizuşaqlar" gəlirdi.. Yahu, "Fikrə getdi bir qədər" misrası nəyəişarə olub? Şaxta Baba aniolaraq nəyi yada salıbmış görəsən..”

                                                                        ***


Könül Məmmədzadə: "Zaman ən yaxşımüəllimdir,təəssüf ki,o öz şagirdlərini öldürür”

                                                                        ***


Solmaz Əliyeva: "Qozun,fındığınqiymətini görəndə adam istəyir bəhanə eləsin ki,mən Novruz keçirmirəm atəşpərəstlikrəmzidir...”

                                                                         ***


Alya Yaqublu: " Guya bu ölkədəsevgilisi, nişanlısı və ya əri döyən qadınların hamısı polisə gedir ki? BurdaHamlet İsaxanlının qızını qınayan kişilərin - hansıların ki, böyük əksəriyyətimütləq və ən azı bir-iki qapaz vurmuş olar arvadlarına - bircəciyindən belə birşikayət verən olubmu görən? Bunu eləyən qadının dəstəkçisi çox olur bu ölkədə,yoxsa qınayanı? Hadisə 10 gün əvvəl olub, döyülən şikayət etməyib (hər hansı səbəbdən),indi millət xəbər tutdu deyəmi döyənləri tutdurmaq fikrinə düşməlidi? Bu nə məntiqdi?Kriminal olaylara marağınız bu qədər çoxdusa, videonu hansı məqsədlə yayıblarsualı ətrafında mülahizələr yürütməniz daha faydalı olar”

                                                                          ***


Aysel Əliyeva: "Hindistanın bəziəyalətlərində məktəblərdə dərs buraxan şagirdin əvəzinə ertəsi günü o uşağınatası,anası getməlidir”

                                                                          ***


Günay Arda: " Ata nənəmamansız dindar idi. Amma hər Novruzda ilk bayram payını qeyri-müsəlmanqonşularımıza göndərirdi. "Onlar bişirmir, bişənlərin iyi onlaragedir."deyirdi. Müasir dindarlar Novruza da qənim kəsilib. Evində Novruzaqadağa qoyan dindarlar var. Bişirdiklərinizdən müsəlmanlara da aparın...

                                                                          ***


Dürdanə Tahirli: "Ən böyük sərvətelə mehribançılıqdır!

                                                                          ***


Aynur Sadiq : "Hardaki qara çadralı, qaraya bürünmüş qadınlar arasında rəngarənggeyinmiş uşaqlar görürəmsə bu onların arzularıdı deyə fikirləşirəm...”


Sübhan Mahmudlu