adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Aprel 2015 17:02
47982
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - dünyanınən populyar qəzeti, saytı.

1 milyonazərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsiqəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımızagəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımızagələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik.Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Buüzdən Adalet.az saytının oxucularına intellektual Facebookistifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yənionların yazdıqlarını göydən yerə düşürdük.


"Göyvirtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimizstatuslara nəzərən bir status

                                                                          ***

Rufik İsmayılov: "Qıza, qadına qarşıtəcavüz edən hər kəs kimliyindən asılı olmayaraq cəzalanmalıdır və cəzalanırda. Qanuni cəza alandan sonra həbsxanada belələrini daha ağır cəza və məşəqqətlihəyat gözləyir. Bu, öz yerində. Amma Tovuzda baş verən hadisədə bir çoxqaranlıq məqamların üzə çıxarılması vacibdir. Lent.az-ın əməkdaşınınhazırladığı reportajı sonuna kimi oxudum. Mənə elə gəldi ki, zərərçəkən kimi təqdimolunan qız valideynlərinə ya səmimi olaraq hər şeyi demir, yaxud da valideynləri həqiqəti bildikləri halda, övladının adının pis çıxmamasıüçün onun məhz 4 nəfər tərəfindən təcavüzə məruz qaldığını iddia edir. Heçkimin günahına girmək istəmirəm, lakin mən özüm də kənddə böyümüşəm. Bu gün dəkəndə gediş-gəlişim var. Müşahidələrim əsasında deyə bilərəm ki, hətta ən əclafadam belə, kəndin, elin-obanın qınağından qorxub, qohum-əqrəbanın tənəsindənehtiyat edib yaşadığı kənddə tanımadığı hansısa qıza qarşı belə hərəkətə yolverməz. İnşallah bu cinayət əməlini araşdıran müstəntiq soyuqqanlı şəkildəhadisənin tam təfərrüatını üzə çıxarar...”


                                                                            ***

Gunel Treu: "İnsan qırdığı ürəyinağrısın, öz ürəyi qırılanda hiss edərmiş...


                                                                            ***

SeymurQasımbəyli: "Bazar günün sıxıntısı yaxşı dəmlənməmiş çaykimidir”


                                                                             ***

KönülMəmmadzadə: "Bir yerdə kiçik insanların böyük kölgələrimeydana gəlirsə orada günəş batır deməkdir...”


                                                                              ***

Vüqar Hacıyev: "İnsan müxtəlifdünyəvi vəzifələrə yiyələnməyə çalışırlar, lakin ən böyük Allahın onlara bəxşetdiyi insanlıq vəzifələrini daşımaq istəmirlər və ya unudurlar”.


                                                                             ***

Xalid Kazımlı: "Azərbaycanyanğından sonra küllərin içindən yanmamış müqəddəs kitab axtaran və tapandasevinən yeganə ölkə deyil. Başqaları da var...


                                                                             ***

Aidocka Kərimova: "Ərəb şeyxləriBakıya gəlib bizimkilәrin imkanlarını, sərvətlərini görüb qayıdıb deyiblər ki,biz qələt edərik bir də özümüzə şeyx zad deyərik”.


                                                                              ***

Naibə Qurbanova: "Bu başından o başınacəmi 5 saatlıq yol olan bir ölkədə nə qədər səyyah verilişi olar. Və duzsuzaparıcıların təqdimatında. Biri ləhcə ilə danışıb özünü səmimi olmağa zorlayır,biri qocalara ilişməyi qəhrəmanlıq sayır, biri cavanları ələ salır, biri heyvansevgisindən cuşa gəlib uzunqulağı öpüşlərə qərq eliyir...
Bəlkə imkan verəsiz, bu ölkəni özümüz elə özbildiyimiz kimi tanıyaq?”


                                                                                ***

Ramin Hacılı: "Məncə əsl müsəlmanlarsavadsız, aqressiv, terrorist, böhtançı, dini alət edən islamçı görəndə utanır.
Mənim ölkəm dünyada müsəlman ölkəsi və Türkçoxluğun yaşadığı diyar kimi tanınır. O səbəbdən mənsub olduğum dinin müqəddəs,millətçiliyin özünə sayğı olmasını istəyirəm.
Çox təəssüf ki, cahillərə bunu izah etmək olmur.Çünki onlar düşünmür və başqaları tərəfindən aldadılır”.

                                                                                ***

Rəfiqə Əlisəfa: "Akademiyada dördil yiyələndiyim politoloji biliklərdən və bildiyim üç əcnəbi dildən istifadə edərəkManaf Ağayevdən açıqlama aldım”.


Sübhan Mahmudlu