adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Aprel 2015 12:49
46233
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - dünyanınən populyar qəzeti, saytı.

1 milyonazərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsiqəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımızagəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımızagələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik.Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Buüzdən Adalet.az saytının oxucularına intellektual Facebookistifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yənionların yazdıqlarını göydən yerə düşürdük.

"Göyvirtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimizstatuslara nəzərən bir status

                                                                         ***


Seymur Qasımbəyli: "Mehriban və gülərüzinsanları, sakit və tıxacsız küçələri, abad və təmizliyi ilə sevgimi qazananSumqayıta gedirəm. Bu şəhərə hər getdiyimdə qəribə, özümə də aydın olmayansevinc hissi keçirirəm. Salam olsun bu şəhərin sakinlərinə... "


                                                                          ***

Qan Turalı : "İnsan nəyisə bilməyəbilər. Bu təbiidir. Lakin insan bilmədiyi şeylə bağlı mübahisə edirsə o heçzaman bilmədiyi şeyi öyrənə bilməyəcək və nadan qalacaq”


                                                                          ***

Əziz Əlibəyli: "- Anlaya bilmirəm,bəlkə də hər şey elə film kimidir? Bəlkə, sən elə bir film izləyəsən və hərşeyin film olduğunu da qəbul edəsən?
- Yox, bütün filmlər həyatımızın bir parçasıolmağa layiq də deyil. Çünki ən dəhşətli hadisələr rollarda oynanılmır.. Heç filmlərdədə izləmək olmurmuş...”


                                                                           ***

Qulu Ağsəs : "Indi baxiram:dostluğumda elələri var ki, hay-hayı gedib, vay-fayı qalib)))


                                                                           ***

Vüsal Məmmədov: "Bizim millət hələbaşa düşmür ki, iş yeri pul vermək üçün deyil, pul almaq üçündür. Ona görə də,işə düzəlmək üçün verdiyi pulları batanlara qətiyyən ürəyim yanmır”


                                                                           ***

Murad Köhnəqala : "Bazarda çənə döyübqoca qarıların satdığı malı ucuz almaq istəyən kişiləri döymək istəyirəm...


                                                                           ***

İntiqam Valehoğlu: "Deməli, yay vaxtıdır. Əlimdə qarpızevə gəlirəm. Bir qonşu var, hamıyla maraqlanır, kim hardan gəldi, hardan getdi.Məhəlləyə girəndə soruşdu ki, qonşu deyəsən bazardan gəlirsən. Dedim yox,qarpız darıxırdı çıxartmışdım ki havasını dəyişsin))”


                                                                           ***

Mübariz Məsimov: "Bu gün şirkətlərimin hər hansıbirində üçüncü nəsil bir erməni belə olduğunu öyrənsəm,dərhal qovaram. Onlarlarticarət əlaqəsi qurmaram. Ermənilərə qarşı həmişə antipatiyam olub.Ailəmdə 7şəhid var və ən yaşlısı 21 yaşında. Erməniləri sevmək məcburiyyətində deyiləm, onlardaməni sevməsin”.


                                                                            ***

Səlim Babullaoğlu: "Qarışqadan fildüzəldirsən yenə. - Yox, mən qarışqaya qarşı belə ədalətsiz ola bilmərəm. O özçəkisində dinozavrdı...


                                                                            ***

Cəlil Cavanşir: "Dəyər verdiyinizinsanlar sizi pis vəziyyətdsə qoyursa, insanlardan uzaqlaşıb tənhalığı seçin.Ən azından özünüz-özünüzü pis vəziyyətə salın”


Sübhan Mahmudlu