adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 May 2015 12:56
51297
RUBRİKA

"Facebook gündəliyi"

Facebook fikirləriifadə etmək üçün əsrarəngiz məkandır. Əslində keçmişdən baxanda bu məkanolduqca möcüzəvi görünür. İnsanı bir cümləsindən belə, tanıtdırmağı bacardığıüçün Facebook sosial şəbəkəsini sadəcə alqışlamaq lazımdır. Həyatda necəsənsə,virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki, həmin adıdaşıyan adamsan. Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünədanışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar,xüsusən də ictimai sferada tanınan dostlar, Siz yazın biz onları ənənəvi KİV-dəyayaq. Biz, yəni Adalet.az. Yayaq ki, çox tanınasınız. Necəvarsınız, elə də tanınmaq bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdi.


                                                                       ***


Xəqani Səfəroğlu: "Nəşriyyatın qaranlıq koridurundakıbir redaksiyadan bağırtı gəlir:

Əndərəbadi adı olan qəzetin yazıçı-baş redaktorukiməsə çığırır: "Səni ədəbiyyata kim gətirib? Kim? Kim səni ədəbiyyatagətirib? De"... Cavab eşidlimir.. Baş redaktorun səsi koridorda exoverir..

..Lap gestapodakı sorğu -sualaoxşayır..”.


                                                                       ***


Elçin Mirzəbəyli: "Elə bil hər şey"dünənə" qayıdır. Dünənə qayıtmaqdan qorxuram...”.


                                                                       ***


Vəfa Cümşüdlü: "Tərtərdəidim.Dedilər ki, MƏŞƏL gəlir.Camaatın üzündəki " xoşbəxtliyi" sözləifadə etmək mümkün deyildi. Sevincdən hər kəs göz yaşı tökürdü....”.


                                                                       ***


Faiq Balabəyli: "FÜZÜLİ demişkən:Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun! Ətrafımda elə insanlara təsadüfetdim ki...”.


                                                                       ***


Seymur Qasımbəyli: "Səhvi olmayaninsan həyatı yaşamayan insandı”.


                                                                       ***


Rəbiqə Nazımqızı: "Heç kəs heç kəsə təmənnasızheç bir iş görmür, görməz. Nə valideyn, nə övlad, nə ər, nə arvad, nə dost...
Yad adam xüsusilə görməz. Ya nəsə vəd almalıdır,ya pul, ya ümid, ya da başqa nəsə...”.


                                                                         ***


Əsəd Cahangir: "Xalq həmişə özyazıçısını tanımaya da bilər, amma yazıçı həmişə öz xalqını tanımalıdır”.


                                                                         ***

Kəmalə Abıyeva: "Vicdangöz,qulaq,heç ürək də deyil-hamıda olmaz”.


                                                                        ***


Kənan Hacı: "Əziz dostlar, kitablarımız bölgələrə, həttaSumqayıta belə gedib çatmır. İnboksuma yazıb gileylənənlər çoxdu. Sumqayıtda,digər bölgələrdə yaşayan dostlarımız dəfələrlə giley-güzar edirlər ki, yeniçıxan kitablar bizə gəlib çatmır. Hər kəsin paytaxta gəlmək imkanı yoxdur. Əyalətinsanı kitabsız qalıb. Kitab nəşri və yayımı ilə məşğul olan dostlar bu yöndəhansısa bir addım atsalar, kitaba əli çatmayan oxucularımız da sevinərlər”.


                                                                          ***


Sahib Məmmədov: "Biziminşaatçılar qranitin ən bərk süxur olması barədə mövcud olan nəzəriyyənidarmadağın etdilər. Qranit qədər kövrək, tezovulan, əl dəyən kimi qopub dağılansüxur yoxdur. Bir süxurdan düzəldilən bardur ki, iki ay davam gətirmir, onun nəyisərt süxurdur? Qranit bardurları ildə 4 dəfə dəyişirlər. Deməli dağılır ki dəyişirlər.Yoxsa dəli olmayıblar ki?”.


Sübhan Mahmudlu