adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 May 2015 12:59
51791
RUBRİKA

"Facebook gündəliyi"

Facebook fikirləriifadə etmək üçün əsrarəngiz məkandır. Əslində keçmişdən baxanda bu məkanolduqca möcüzəvi görünür. İnsanı bir cümləsindən belə, tanıtdırmağı bacardığıüçün Facebook sosial şəbəkəsini sadəcə alqışlamaq lazımdır. Həyatda necəsənsə,virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki, həmin adıdaşıyan adamsan. Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünədanışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.


Əziz dostlar,xüsusən də ictimai sferada tanınan dostlar, Siz yazın biz onları ənənəvi KİV-dəyayaq. Biz, yəni Adalet.az. Yayaq ki, çox tanınasınız. Necəvarsınız, elə də tanınmaq bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdi.


                                                                         ***


Rahim Rəhimov: "Gülmək gözəldir güldürənin varsa.Xoşbəxtlik gözəldir paylaşanın varsa. Sevmək gözəldi qarşılığı varsa”.


                                                                         ***


Elşən Əzim: "Bir qazanıqarışdırmağa o qədər çömçə girişib ki, qazanın içərisində çömçələrdən başqa birşey qalmayıb. Artıq bir-birlərinə dəyib şaqqıldayırlar”.


                                                                          ***


GülgəzNur: "İnsanın oz içində, nəfəsində və nəfsindəişıq gəzdirməsi hələ işin heç yarısı da deyil. Onun ətrafını nurlandırması üçündaha bir işıqla tale yoldaşı olması gərəkdir. Əks halda ondakı işıq elə içinicəqarsıb, çarəsiz ruhunu məkanından və niyyətinden edəcəkdir”.


                                                                           ***


Tural Sahab: "Bir yazıçının qiymətiniancaq zaman verə bilər. Yazar öldükdən sonra sevilib, oxunursa deməli o, həqiqətənyazmağı bacarıb”.


                                                                           ***


Cəlil Cavanşır: "Aranızdan əndürüstləri xoşbəxt olcaq. Dürüstlük həm rahatlıq, həm xoşbəxtlikdir...”.


                                                                            ***


Könül Quliyeva: "Hər kəsi doğurularıilə sevən çox olur. Yalnışları ilə seven isə, çox az olur. Məni bütün doğru vəyalnışlarımla sevən bütün dostlarımı mən də çox sevirəm...Hər zaman yanımdaoldunuz, mənəvi dayağım oldunuz...Nə yaxşı kı, varsınız!..”


                                                                              ***


Günel Cəlilova: "İnsanlar sizdən əvvəlkikimi istifadə edə bilməyəndə dəyişdiyini deyirlər”.


                                                                              ***

Azər Sarıyev: "Din artıq inancsistemi yox, müdafiə, pərdələnmə vasitəsidir. Taksi sürücüsü kecikir, deyir,namaz qılırdım. İdmançı uduzur, oruc olduğunu bəhanə gətirir. Alverçi getdiyi Məşhədə,makler Kərbəlaya, deputat Həccə and içir. Silahdan söz düşəndə, "məndindaram, silahla nə işim?" deyir. Yeri gəlmişkən, İŞİD-çilər də dindardırvə Allaha and içirlər”.


                                                                             ***

Aybəniz Əhmədova: "Elə bilinsanların İnamla qərəzi var.Onu öldürməyə ciddi-cəhdlə çalışırlar.Bir bilsəniz,hisseləsəniz,onun ölümünün necə ağrı verdiyini”.


                                                                             ***


Günay Arda:"Kimi daha yaxşı tanımaq istəyirsinizsə, qaz verin.Başınıza çıxana qədər buraxın qabağa. Daha hündür yerdən yıxılsın. ..”


Sübhan Mahmudlu