28 May 2015 13:11
52004
RUBRİKA

"Facebook gündəliyi"

Facebook fikirləriifadə etmək üçün əsrarəngiz məkandır. Əslində keçmişdən baxanda bu məkanolduqca möcüzəvi görünür. İnsanı bir cümləsindən belə, tanıtdırmağı bacardığıüçün Facebook sosial şəbəkəsini sadəcə alqışlamaq lazımdır. Həyatda necəsənsə,virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki, həmin adıdaşıyan adamsan. Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünədanışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar,xüsusən də ictimai sferada tanınan dostlar, Siz yazın biz onları ənənəvi KİV-dəyayaq. Biz, yəni Adalet.az. Yayaq ki, çox tanınasınız. Necəvarsınız, elə də tanınmaq bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdi.


                                                                 ***

Bu gün 97 il öncə müsəlman Şərqində ilkdünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığıgündür.

1917-ci ildə Rusiyada baş vermiş Fevralinqilabı nəticəsində Rusiyada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlumvəziyyətə saldığı xalqların milli hərəkatı başlandı.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) –müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublikaazərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsikimi iz qoydu.

Facebook gündəliyinin bugünkü rubrikasında sosial şəbəkədə AzərbaycanXalq Cümhuriyyətinin yarandığı günə həsr edilən statuslara yer veririk.


                                                                  ***

Mübariz Qurbanlı: "Əziz dostlar! Sizi, Azərbaycan XalqCümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibəti ilə səmimi qəlbdən təbrikedirəm. 70 illik Sovet rejiminin tərkibində yaşayan Azərbaycan XX əsrinsonlarında yenidən öz müstəqilliyini əldə etdi. Müstəqilliyin ilk illəri ağırkeçsə də, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonraölkəmiz müstəqilliyini itirmək təhlükəsindən xilas oldu, Azərbaycan demokratikvə inkişaf prinsiplərinə sadiq qalaraq gələcəyə doğru inamla addımladı. Bu günhər birimiz fəxrlə deyə bilərik ki, müsəlman Şərqində ilk dünyəvi dövləti olanAzərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, ölkəPrezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da güclənərək adınıdünyanın inkişaf etmiş ölkələri sırasına yazdırmağı bacardı. Bir daha hərbirinizi milli bayramımız – Respublika Günü münasibəti ilə təbrik edir,tolerant, multikultural ənənələrə sadiq qalan ölkəmizdə xoşbəxt günləryaşamağınızı arzu edirəm”.


                                                                   ***

Aydın Mirzəzadə: "Hər bir kəsi azərbaycanxalqının çox əziz bir bayramı - Respublika günü münasibəti ilə ürəkdən təbrikedirəm. 28 may 1918-ci il tarixini xalqımız müstəqilliyini itirəndən sonra düz90 il gözlədi. Ancaq davam edən 23 aylıq müstəqilliyini ləyaqətlə yaşadı vəmüstəqilliyə layiq olduğunu bir daha sübut etdi. Yenidən 71 illik bir fasiləyarandı və SSRİ-nin dağlması bizə yeni bir şans yaratdı. Artıq 24 ildir ki, Azərbaycanmüstəqil bir dövlət kimi öz həyatını sərbəst şəkildə qurur. 15 iyun 1993-cü iltarixində Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə başlananyeni səhifə Azərbaycanı qüdrətli, inamlı və nüfuzlu etdi. Babalarımızın 28 maytarixində başladığı şərəfli yolu indiki nəsil daima uğurla davam etdirəcəkdir.Müstəqil Azərbaycan hər birimizin şərəfi və həyatının əsas məqsədidir”.


                                                                   ***

İqbal Məmmədov: "Bu gün müsəlmanşərq dünyasında ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətininyarandığı gündür. Ölkəmizlə, şanlı tariximizlə fəxr edəcəyimiz çox hadisə var.Bütün həmvətənlərimi bu əziz bayram münasibəti ilə ürəkdən təbrik edir və şəxsihəyatlarında müvəffəqiyyətlər arzulayıram”.


                                                                   ***

Rauf Arifoglu: "Azərbaycan Cümhuriyyətivar olsun! Onu quran Öndərlərimizə Allah qəni - qəni rəhmət etsin. Bayrağımız hərzaman gözümüzün önündə, başımızın üstündə dalğalansın. Onu bir daha ürəklərdə vəmühacirətdə qorumağa gərək qalmasın! Dostluğumda olan - olmayan , hər kəsi bugözəl gün münasibəti ilə təbrik edirəm. Bu gün günlərdən Azərbaycan!”.


                                                                   ***

Elşad Eyvazlı : "28 May-MilliKimlik günümüzdür. Bayramınız mübarək olsun! Bu günü bizə nəsib edənlərin ruhuşad olsun! Millət yoludur, haqq yoludur, tutduğumuz yol, Ey haqq, yaşa! Eysevgili millət, yaşa, var ol!”


                                                                  ***

Aqil Camal: "İstiqlaliyyətbayramımız mübarək! 1918-ci ilin 28 Mayında ilk növbədə Azərbaycan adlı birdövlət, bu dövlətin istiqlaliyyəti elan edildi. Müstəqil dövlətimiz"respublika” quruluşlu olmaya da bilərdi. Bu baxımdan, 28 May""Respublika Günü" yox, "İstiqlaliyyət Günü" olaraq təqdimedilməlidir”.


                                                                   ***

Əbdüləliİbrahimsoy: "Cümhuriyyət bayramınız mübarək, dostlar! Azadlıquğrunda bir dəfə qan tökmüşük. Bu azadlığımız əbədi olsun!”


                                                                   ***

İlham Quliyev: "İstiqlalbayramımız mübarək! Tanrı bizə bu müstəqilliyi çox görməsin! Övladlarımıza dahada inkişaf etmiş, vətəndaşlarının qayğısına daha çox qalan, güclü ordusu olan, ərazibütövlüyü təmin edilən bir dövlət qoyub gedə bilək!”.


                                                                    ***

Vüqar Abbasov: "Respublikagünümüz mübarək olsun. Bugünk müstəqil Azərbaycanın varlığına görə şübhəsiz ki,1918 - ci ildə Azərbaycan Demokratik Respublikasını quranlara minnətdarolmalıyıq. Başda Məmməd Əmin Rəsulzadə olmaqla ADR - in qurucularının xatirəsibizlər üçün hər zaman əziz olaraq qalacaq. Bu gün hardasa Azerbaycanın adınıayrica bir ölkə kimi çəkə biliriksə bu, məhz azadlığın, müstəqilliyin dadınıbilməyimizdəndir ki, bunu da millətimizə onlar yaşadıblar. Nə xoş bizlərə ki,özümüzün dövlətimiz var...”.


                                                                       ***

Elnur Eltürk: "Vətən hər zamanonu təmənnasız sevənləri öz ağuşuna alar və yaşadar, tarixləşdirər. Çünki, onusevərkən gözünə heç nə görünmür. ADR-i quranlar belə şəxsiyyətlər olublar.Dostlar, 28 May-Respublika Gününüz mübarək olsun!”.


Sübhan Mahmudlu