adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Iyul 2015 14:49
56934
RUBRİKA

"Facebook gündəliyi"

Facebook fikirləriifadə etmək üçün əsrarəngiz məkandır. Əslində keçmişdən baxanda bu məkanolduqca möcüzəvi görünür. İnsanı bir cümləsindən belə, tanıtdırmağı bacardığıüçün Facebook sosial şəbəkəsini sadəcə alqışlamaq lazımdır. Həyatda necəsənsə,virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki, həmin adıdaşıyan adamsan.

Yaz, səni tanıyım.Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz ondadaha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar,xüsusən də ictimai sferada tanınan dostlar, Siz yazın biz onları ənənəvi KİV-dəyayaq. Biz, yəni Adalet.az. Yayaq ki, çox tanınasınız. Necəvarsınız, elə də tanınmaq bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdi.


                                                                 ***

Vüsal Məmmədov: " Əvvəllər reketjurnalistlər yazını yazmaq üçün pul alırdılar. İndi taktika dəyişib: yazınıyazıb, sonra saytdan çıxarmaq üçün pul alırlar”.


                                                                 ***

Azər Sarıyev: " Razıyam ki,iftara əsasən oruc tutanlar dəvət olunmalıdır. Amma kaslb, yeməyə ehtiyacıolanı oruc tutmasa belə, iftara dəvət etməyin nəyi pisdir ki? Zatən, oructutmanın əsasında dayan məsələlərdən biri də yemədiyini imkanı olmayana verməkdeyilmi?”.


                                                                  ***

Şuşa Qalası : "AZƏRBAYCANINMƏKKƏSİ, MƏDİNƏSİ - HƏR BİR AZƏRBAYCANLIYA DOĞMA ƏZİZ OLAN QEYRƏT QALAMIZ -MÜQƏDDƏS ŞUŞA QALASIDIR!”.


                                                                   ***

Gülşən Tanrıdaş: "Məni silənlər yenidən qayıda bilərlər, məndənsilinənlər qayıtmasalar yaxşıdır..”.


                                                                   ***

Ceyhun Musaoğlu: "Dostlar dahaaydın olsun deyə, bu mənzərəni canlandırmağa məcburam. Lütfən, sızıldamaqanlamına gəlməsin və məni tanıyanlar bilir ki, belə xarakter təbiətimə ziddir.Dostlar, mən bu aydan o aya borcla çıxıram, ancaq nikbinliyimi, sevgimi, ətə,çörəyə, pampersə qurban vermirəm. Normaıda 5 gün, 8 saat işləməliyəm, 7 gün 15saat işləyirəm. Saytlara, qəzetlərə yazıb, qonorar alıram, layihələr üzərindəçalışıram. Və məlum regionların heç birindən deyiləm. Və hakimiyyətdə təmsilolunanların heç biri ilə qan qohumluğum yoxdur. Sadəcə bacarıqlıyam. Çətin iştanımıram. Hə... bir də sevirəm, ancaq sevirəm. Mənim də sevgini nifrətə qurbanverdiyim vaxtlarım olub. O anları ömrümə yazmadım. İnsan sevəndə yaşayır. Pul oqədər də aşağıda deyil ki, ona əyilək. Düz yaşamaq gözəldir”.


                                                                    ***

İlqar Rəsul: "Bəxt, qismət,uğur, bacarıq, savad, hətta istedad belə sonrakı məsələlərdi. Səviyyə başqaşeydi. Şəxsiyyət yəni..”.


                                                                    ***

Aysel Vəlizadə : "Başqalarının arxasıncadanişmaq, hərəkətlərini müzakirə etmek ancaq boş-bekar adamlara aiddir. Öz üzərindəçalışan, özü ilə məşqul olan insanların başqasını müzakirə etməyə vaxtı qalmır.Nəticədə də, qazanan, irəli gedən daim öz çatışmazlıqları ilə məşqul olub, özünüinkişaf etdirən şəxslər olur. Digərləri isə illər kecsə də, elə ancaq başqalarıilə məşqul olmağa davam edirlər, heç bir irəliləyiş əldə etmədən”.


                                                                      ***

Şəhla Cavanşırqızı: "Xoşbəxt olmaq üçüncəsarət lazım! Bacarana eşq olsun”.


                                                                       ***

Seymur Qasımbəyli: "Hər kəsinbildiyi həqiqət heç kəsin demədiyi yerdə yalan olar."


                                                                       ***

Əvez Rüstəmov: "Nə qədər odpüskürən var imiş bu ölkədə. Yəqin ona görə Azərbaycana "Odlar yurdu"deyirlər... Jurnalistikamızın hörmətli uzman sayt maqnatları, bu odu ucdantutmahamıya püskürtdür(t)məyin. Ağızlarının imkanları düzgün hesablanmayıb. Odu tərkibindədigər qatqılar yer alır...”.


Sübhan Mahmudlu