adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Oktyabr 2015 12:54
61529
RUBRİKA

"Facebook gündəliyi"

Facebook fikirləriifadə etmək üçün əsrarəngiz məkandır. Əslində keçmişdən baxanda bu məkanolduqca möcüzəvi görünür. İnsanı bir cümləsindən belə, tanıtdırmağı bacardığıüçün Facebook sosial şəbəkəsini sadəcə alqışlamaq lazımdır. Həyatda necəsənsə,virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki, həmin adıdaşıyan adamsan.

Yaz, səni tanıyım.Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz ondadaha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar,xüsusən də ictimai sferada tanınan dostlar, Siz yazın biz onları ənənəvi KİV-dəyayaq. Biz, yəni Adalet.az.Yayaq ki, çox tanınasınız .Necəvarsınız, elə də tanınmaq bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdi.


                                                                         ***

Sədan C Bunyad: "Bizim insanımız ilk öncə "yox" deməyiöyrənməlidir. Yox, gəlməyəcəm. Yox, verə bilmərəm. Yox, istəmirəm. Qısa vəkonkret. Bu halda qarşımızdakına hörmət etmiş oluruq.
Bahanələr axtararkən göstərdiyimiz creativliyi isədigər sahələrə tədbiq etməliyik”.


                                                                         ***

Rza Rzayev: "Ağrıyırsan, amma ağrıyan yerini bilmirsən, deməli, -başqası üçün ağrıyırsan, yeri olmayan ağrı -başqadı!”.


                                                                         ***

Firdovsi Fərzəliyev: "Metroda platformada dayanan sərnişinlərqatar yaxınlaşanda başlayırlar soyunmağa. Biri pencəyini çıxarır, biri gödəkcəsini,başqası kəmərini bərkidir. Tam bir döyüşöncəsi həyəcan hakim kəsilir hər kəsə.Çünki bilirlər, qatara boğuşmağa girirlər. Tam bir savaş meydanı olur içərisi.Lakin digər döyüşlərdən yalnız bir fərqi olur. Orda qalib olmur, hamı məğlubdur”.


                                                                        ***

Müşfiq Əmirov: "İnciklik keçib gedər amma güvənqayıtmaz."


                                                                         ***

Nigar Mahmudova: "Nəticəsi olmayan çox şey mənasızdır!”.

                                                                   

                                                                        ***

Mirzə Sakit: "ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta mənimyaratdığım ASP-yə (Azərbaycan Səylər Partiyası) üzv olmaq üçün rəsmi ərizə iləmənə müraciət edib.. Amma onun ərizəsini dərhal geri qaytardım, çünki bizəriyakarlar yox, səylər gərəkdir.. Rədd olsun Sekuta və Amerika zadı ...!!...”.


                                                                         ***

Elçin Mirzəbəyli: "Ayağınızın altını qazanlardan qorxmayın...Onlar zatən ayağınızın altındadırlar”.


                                                                        ***

Sahib Məmmədov: "Seçici hiss etməlidir və görməlidir ki,namizədin onun səsinə ehtiyacı var. Kampaniya bu cür qurulmalıdır. Belə təşviqatkampaniyası təşkil etmək üçün səmimi olmaq birinci şərtdir. Qalanlar sonra gəlir.Mən dünən (14 oktyabrda) belə bir görüşü canlı olaraq izlədim”.


                                                                       ***

Vəsilə Vahidqızı: "Bir neçə il əvvəl canlı yayımdaydıq vədeputatlığıa namizədlər çıxış edirdi. Biri nə ağıl elədisə xalqı Ramazanbayramı münasibətilə təbrik etdi və o andaca səhv etdiyini anladı. Bayram filandeyildi. Canlı yayımdaca dedi ki, bunu yayımlamaya bilərsinizmi? Hamımız təəccübləbaxırdıq... Görək, bu il kimlər gəlir".


                                                                       ***

Nailə Əliyeva: "Görəsən, şeytana niyə kor şeytan deyirlər.Yənionu görən olub?Olmayıbsa, nə bilirlər ki, kordur?(lənət sənə kor şeytan misalınaistinadən soruşuram)Bilən varsa, xahiş edirəm, bizə də məlumat versin”.


SübhanMahmudlu