adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Noyabr 2015 13:20
58250
RUBRİKA

"Facebook gündəliyi"

Facebook -fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımızagətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvisayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bircümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə,alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki,məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım.Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz ondadaha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar,xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz,yəni Adalet.az.Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə dətanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                             ***

Əmrah Fəqanoğlu: "Səhərlər işə gələndə, adətən, Xocalı prospekti ilə gəlib, "Xətai" metrostansiyasınınqarşısından keçməli oluram. Hər dəfə də eyni mənzərə ilə qarşılaşıram. Belə ki,stansiyaya girən və stansiyadan çıxan adamlar piyada zolağı var deyə cərgə ilədüzülərək ağına-bozuna baxmadan özlərini yola atırlar. Sanki bunlar qatardı vəbirdən dayanıb gözləsələr, dəhşətli qəza baş verə bilər. Özü də yolu elə nazla keçirlər ki, zalım uşağı elə bil podiuma çıxıblar. Halbuki qanunda açıq-aydınyazılıb ki, piyadalar yerüstü piyada keçidindən istifadə etməzdən öncəyaxınlaşan avtomobilin sürətini nəzərə almalı və yolu cəm halında, mümkün qədərtez keçməlidirlər...”.


                                                                             ***

Kənan Hacı: "Bir nəfərəkitabımı vermişəm, qayıdasan ki, bunu öz başından yazmısan? Dedim hə, özümyazmışam. Kitabı vərəqləyə-vərəqləyə içini çəkdi və dedi: Uy daaaa!”.


                                                                             ***

Zümrüd Abbas: "Hər zaman böyüklərimintövsiyəsi olub ki, uğur qazanan insanın ünvanına onu ruhdan salan ifadə işlətməyin. Bilinki, sizin düzgün hesab etdiyiniz məsələlərin görünməyən tərəfləri də var. Hərzaman insanlar haqda müsbət düşünün. Valideyinlərimin sözünə qüvvət olaraq qeydetmək istəyirəm ki, uğur qazanan insanları təbrik etməkdən, sevinclərinə şərikçıxmaqdan başqa hər hansı bir "ifadəyə"ehtiyac yoxdur! Hər kəsəuğurlar!!!


                                                                              ***

Şəfəq Mürsəlli: "Çox hallardasavadlı insanlar haqda deyirlər ki, beyni elə bil kompyuterdi, biri də çıxıbdemir ki, kompyuteri də insan kəşf edib. Bir az da öz beyninizin fərqinəvarın, o beyinlərdə kim bilir neçə-neçə Nobellər yatır!”


                                                                               ***

Rza Rzayev: "Göz yaşımızısilmək istəyənlərin "dəsmalı" yoxdu, " dəsmalı" olan dayanımızda yoxdu!”.


                                                                         ***

Samir Salam: "Bu Məhərrəmlikdəsağ və sol ombalarının köməyi ilə bütün bədənini oynada-oynada mərsiyə deyənlərivə sinə vuranları gördüm... "Ölürəm Həsən, ölürəm Hüseyn. Zeynəb, Zeynəb,Zeynəb, Zeynəb."

P.S : Ölsəydin canımız qurtarardı bubiabırçılıqdan”.


                                                                            ***

Zamin Vəzir Hacı: "Metro vaqonusöhbəti haqda konstruktiv təklifim: ümumiyyətlə, yaxşı olar kişilər və qadınlarayrı yaşasınlar. Kişilər kişilərlə, qadınlar qadınlarla yaşasın. Bu şəkildəolsa namus-qiryət də qorunar”.


                                                                            ***

Anar Tağıyev: "Bir də mənifacebookda kim dürtsə, mən də onu çimdikləyəcəm. İndidən deyirəm, özü də əlimyaman agırdır ha...”.


                                                                              ***

Könül Quliyeva: "Özünü sevmək,özündən başlayan bir sevgi ilə ətrafa açılmaqdır”.


                                                                                ***

Xalidə Gərayeva: "Bu qadınlar üçünaxrıncı vaqon məsələsindən danışanda, lütfən eskalatoru unutmayın. Camaat işəgedəndə və ya işdən çıxanda eskalatorda sıxlıq yaranır, türkün məsəli, hamıgirir bir-birinə. Gəncəlilər demiş, xalxın anası, bayıssı var. Lütfən başsındırın, qadınlar o eskalatora əvvəldə, ya axırda minməlidir???


Sübhan Mahmudlu