adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Noyabr 2015 12:24
57403
RUBRİKA

"Facebook gündəliyi"

Facebook -fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımızagətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indihəyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağıbacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatdanecəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən kihəmin adamsan.

Yaz, səni tanıyım.Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz ondadaha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar,xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz,yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız dahaçox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünəarzuladığı ən böyük istəkdir.


                                                                  ***

Rauf Arifoglu: "Gözəl ölkələrçoxdu. Azərbaycan kimisi yoxdu. Bəzən vətəndən ona görə getmək lazımdı ki, dönəndəona bir daha aşiq olasan. Qədrini-qiymətini bir daha və bir daha anlayasan!”


                                                                  ***

Jalə Mütallimova: "Ölmədik bu günü dəgördük. Telekanalların birində aparıcı deyir ki, "YouTube saytında tez-tezbaxdığınız rolik". Nə gündəyikilahi, sən bizdən də yaxşı bilirsən!..”


                                                                  ***

Seymur Qasımbəyli: "Yaratdığına qayğı, yaradanın qayğısından doğur”.


                                                                  ***

Murad Köhnəqala: "Həyat bir tamaşadı, di gəl, biletlər çox bahadı...”


                                                                  ***

Eldəniz Elgün: "Çox çalışqanxalqıq, boş qalmağı sevmirik. Seçkilərdən sonra azca boşluq yaranmışdı deyə, tezSəidə Dadaşova adlı birisinin başqa kişidən uşaq dünyaya gətirməsini beynəlxalqsəviyyədə müzakirə etməyə başladıq. İki gün işimiz var. Sonra Allah kərimdi”.


                                                                  ***

KifayətAbdullayeva: "Qadınlarınağlamağını hamı bilir. Kişilərin ağlamağını görən olubmu? Onların ürəklərindənələrin yaşandığını hiss edə bilərikmi? Ancaq kişi ağlamaz, belə bir deyim var.Bu doğrudurmu?”


                                                                  ***

Afaq Vasifqızı: "Bu kanalizasiya lyukları ki var, funksiyasıçirkabı sovurub aparmaqdan ibarətdi axı. Bəs bizdəkilər niyə 6-5 vurur? Tərsinəişləyir hamısı - fontan vurur. Bir ovuc yağış görən kimi özlərini itirirlər..Bilən var - niyə belədi?”


                                                                  ***

Pərvanə Rzayeva: "Hər yalana verəcək cavabım olmasa da, yolaverəcək gülüşüm var!..”


                                                                  ***

Rövşən Danyeri: "Azərbaycanda maşını elə sürür, metroda,yolda elə gəzirlər ki, elə bil V element bu adamlardadır, vaxtında aparıbçatdırmasalar, dünyanın sonu gələcək, bəşəriyyət məhv olacaq. Bir ölkəyə bu qədər qəhrəmançox deyilmi?”.


                                                                   ***

Nəzrin Xosuzadə: "Həyat dolu insanlar axtarın. Onlar bir az uşaqdırlar, həyatda xeyirə və Allaha inanaraq addımlayırlar. Əlbəttə ki, onlar hər şeyi görür; həm ağı, həm qaranı, lakin qırmızı, sari, mavi... üçün yaşayırlar".


                                                                    ***

Bakının Binə Sovxozkəndində yeni iş yerləri açılıb.

- Salam qaqa, nətərsən, işləyirsənmi?

- Salam qaqa, işdəyəm,yoldan adam keçirirəm.

- Neynirsən, salamatçılıqdı?

- Yaxşıyam qaqa, belimdə adam var, iş başındayam.

Sübhan Mahmudlu