adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Noyabr 2015 13:13
63289
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngizməkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərənmöcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bircümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə,alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki,məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsanöz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səliseşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferadatanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız dahaçox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünəarzuladığı ən böyük istəkdir.


                                                                              ***

(Bunu 3 il öncəyazmışam. Amma üstündən 3 əsr də keçsə belə, bəziləri düzələn deyil)

Faiq Ağayev: "Birdə görürsənki, hansısa səmimi, saf fikirə çox ibnəli bir yorum verirlər... Ya özlərininxisləti belədir... Ya da ki, ətrafinda o qədər riyakar, maskalanmış kəslər varki, səmimiyyəti də ikrahla qəbul edirlər. Yazığım gəlir o zavallılara...


                                                                               ***

İradə Cəlil: "İnsanın ruhu inciyəndə qisasını bədənindən alar...”


                                                                               ***

Aqil Lətifov: "Masazırda payızın, qışın gəlişi heç dəhavaların soyuması ilə hiss olunmur. İşıqlar ki sönməyə başladı, deməli artıqqış qapının ağzındadı. Maraqlıdı ki, bu problem düzəlmək yerinə ildən-ilə, gündən-günədaha da böyüyür. Aidiyyəti dövlət qurumları isə heç bir işə yaramır. Günü-gündənçiçəklənən Azərbaycanın "Azərişığ" heç çiçəklənmək istəmir. İnsanlara bu qədərzülm etməkmi olar. Onsuz da camaatın çırağı sönüb, heç olmasa işığını söndürməyin. 

P.S. Deməli dünən "Azərişığ"ın qaynar xəttinə zəng etmişəm, deyir ki, siz niyə "Azəriqaz"danşikayət etmirsiz, ancaq bizdən narazısız... Bax, əsl inkişaf budur...”


                                                                                ***

Niyaz Niftiyev: "MTRŞ-nın qərarı və TV-lərlə bağlı hay-küy, deyəsən, Xoşqədəmlə tamamlandı. Speysdə Mikayıl sökür! Amma Mikayıl da yenilikedib, ağ plasmas stulları qara, daha abırlıları ilə əvəz edib. Bu bədbəxtlər eləbilir stulları dəyişməklə... Nə isə”.


                                                                               ***

Günel Cəlilova: "Ağlına, qəlbinə, niyyətinə və hədəfinə hökmedən öz əsərlərini ortaya çıxarar”.


                                                                               ***

Vüsal Məmmədov: "Real həyatda falçıları qınayan"müasir" insanlar özləri feysbukda cürbəcür virtual fallarpaylaşırlar: "nə vaxt öləcəksən", "sənə ən yaxın adam kimdir"- filan... Formanın dəyişməsi mahiyyəti dəyişmir”.


                                                                              ***

Səbuhi Rəhimli: "Əxlaqsız adamları tanımaq elə də çətindeyil. Əxlaqsız bir status yazıb inanclı, vicdanlı adamları ittiham edirsən vəkim fikrini bəyənirsə, "tamamilə razıyam" yazırsa, bilirsən ki, əxlaqındaproblem var... Mən onları bu yolla tanıyıram fb-da”.


                                                                             ***

Qorxmaz İbrahimli: "Əxlaqsız adamdan tərbiyəli övlad gözləmək,elə söyüddən meyvə gözləmək kimi bir şeydir. Tərbiyəsizin düzələcəyinə inanmaq,çürüyən orqanın (qanqren) sağalacağına inanmaq kimi bir şeydir. Əxlaqsızıngeni istənilən tərbiyəlinin genini yeyir. Ağac öz kökü üstdə bitər. Əşşi hər nəisə... Bu gecə ömrümün ilk və son bədbinliyini yaşadım. Tərbiyəsiz və əxlaqsızlaraqarşı qətiyyətlə davam!!!”


                                                                           ***

Vüqar Abbasov: ""Avropalılar əxlaqsızdırlar" - bufikri bizimkilərin bir çoxundan çox eşitmiş, mətbuatdan oxumuş və sosial şəbəkələrdəmüzakirələrin şahidi olmuşam. Məsələ bundadır ki, çoxumuz hansısa məsələni ümumiləşdiribhər kəsə və hər kəsin adından deməkdən belə çəkinmirik. "Ən düz mənimfikrimdir" düşüncəsində olanlarımız da az deyil. Qısası, avropalılar bizimkimi olmasalar da əxlaqsız deyillər, hər halda mənim müşahidələrimə görə. Sadəcəbizim əxlaq anlayışlarımız fərqlidir, həm də çox...”.


                                                                           ***

Könül Quliyeva: "İki güclü savaşçı var. Bunlar: səbr vəzamandır”.



Sübhan Mahmudlu