adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Aprel 2015 18:45
52771
RUBRİKA

"FƏXRİ KÜRSÜ"də Cavid Çələbiyev : "Böyük məmnuniyyətlə Taysonla rinqə çıxaram"

CavidÇələbiyev 1992-ci ildə Bakı şəhərində dünyaya gəlib. İdmanın boks növündəmübarizə aparan Çələbiyev bir sıra uğurlara imza atıb. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub. Gənclər arasında Avropa çempionatının və Kazan Universiadasınınmükafatçısı olan gənc əlcək ustası neft ölkələrinin Dünya Kuboku turnirindəfəxri kürsünün ən yüksək pilləsinə qalxıb. C. Çələbiyev karyerasının ən böyükuğuruna Qazaxıstanın paytaxtı Almatıda keçirilən böyüklər arasında dünyaçempionatında imza atıb. Tacikistan, Monqolustan, Keniya, Qazaxıstan və Rusiya təmsilçilərini məğlub edən idmançımız adını Azərbaycanboksu tarixinə üçüncü dünya çempionu kimi yazdırıb.

Adalet.az-ın"Fəxri kürsü" rubrikasının növbəti qonağı dünya çempionu, boks üzrəAzərbaycan yığmasının liderlərindən biri Cavid Çələbiyevdir.



 "Məsuliyyətli olmağım məni dünya çempionatının qalibi etdi"


-Cavid, heç kimin gözləmədiyi halda dünya çempionatının qalibi oldunuz.Bu nəticənizin doğurduğu rezonans dünya boks aləmində hələ də səngimir. İnişiləqayıdaq...

- Dünya çempionatından öncə23 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında üçüncü, RusiyanınSurqut şəhərind təşkil olunan neft ölkələrinin Dünya Kubokunun qalibi olmuşdum.Bu nəticələrimi nəzərə alaraq məşqçilər korpusu məni dünya çempionatındaiştirak edəcək komandanın heyətinə cəlb etdi. Mundial öncəsi qarşıma məqsədqoyub gərgin məşq prosesi keçmişdim. Nəticəmin belə uğurlu alınmasında da məhzhazırlığımın yüksək olması öz sözünü dedi.


- Turnir öncəsi çempion olacağınıza inanınrdınız?

- Özümə inanırdım. Niyə?Çünki məşqçilərin mənə verdiyi məşq proqramını artıqlamasıyla yerinəyetirirdim. Onlar mənə beş deyəndə on, on deyəndə iyirmi edirdim. İşimə qarşıməsuliyyətli olmağım məni dünya çempionatının qalibi etdi. Şükürlər olsun ki,bu xarakter məndə hələ də var. Nə qədər ki, idmançı karyeramı davam etdirirəm,düşünürəm, bu həmişə belə olacaq.


- Rəqibləriniz də çox təcrübəli, dünya boks aləmində kifayət qədər sözünüdemiş idmançılar idi. Onların arasında olimpiya və dünya mükafatçısı TuqsurqotNayambayar və ev sahibi Kayrat Yeraliyevin adlarını çəkmək kifayətdir...

- Təbii, titulluidmançılarla görüşmək gənc biri üçün asan deyil, amma dünya çempionatında mənimpsixolojim durumum da yüksək səviyyədə idi. Özümə təlqin etmişdim ki, rəqibimçempiondursa, o demək deyil ki, məndən güclüdür, mən ondan daha yaxşıhazırlaşmışam, bir növ qələbəyəməhkumam.

Dünya çempionatında hərdöyüşə final olaraq yanaşırdım. Bu təlqinlə də bütün döyüşləri eyni səviyyədəkeçirərək birinci oldum.


-Yerli boks ictimaiyyətinin rəyinə görə, sizin dünya çempionluğunuzda fiziki vətexniki göstəriciləriniz yox, sırf ürəyiniz- daxilinizdəki qələbə yanğısı əsasrol oynadı. Düzdür?

- Razıyam. Mən böyük ürəyəmalik idmançıyam. Digər idmançılardan məni fərqləndirən əsas xüsusiyyətlərdənbiri, bəlkə də birincisi məhz budur.

Çoxlarına gülməligələr, amma mənə desələr ki, Taysonla döyüş, çəkinmədən, böyük məmnuniyyətlə onunla rinqə çıxaram.

- Qarşıdan I Avropa Oyunları gəlir və siz bu turnirdə iştirak edəcəksiniz.Avropa Oyunlarında sizdən nə gözləyək?

- Hazırda 56 kiloqram çəkidərəcəsində dünya boks reytinqində ikinci, Avropa reytinqində isə birinciyəm.Avropanın ən yaxşısı sayılıram. Gərgin məşq prosesi keçirəm, gecə-gündüz yalnızAvropa Oyunları haqqında düşünürəm. Gözəl bilirəm ki, mən hansı əhəmiyyəti kəsbedən yarışa qatılacam. Hazırda yalnız bir arzum var; Avropa Oyunlarının qalibiolmaq! Əminəm ki, belə də olacaq.


- Qələbə yolunda əsasrəqibləriniz fransalı olimpiya mükafatçısı Xedafi Celkir, ukraynalı Busenkovədünya çempionatının finalında məğlub etdiyiniz - hazırda revanş hissi iləalışıb yanan rus Nikitin olmalıdır...

- Ola bilsin ki, Fransa, Ukrayna və Rusiya yığmalarıturnirə digər idmançıları ilə qatılsınlar. Ammaböyük ehtimalla siz adını çəkdiyinizidmançılar Avropa Oyunlarında iştirak edəcəklər. Sadəcə,onu deyim ki, mən nə Nikitindən,nə Busenkodan,nə də Celkirdən çəkinmirəm, əksinə, onlar məndən çəkinirlər. Çəkinməlidirlərdə.


-Avropa Oyunlarında komanda yoldaşlarınızdan kimləri qələbəyə əsas namizəd hesab edirsiniz?

- Teymur Məmmədov vəMəhəmmədrəsul Məcidovun şansları daha çoxdur. Elvin Məmişzadəni də xüsusi qeydedərdim. Hazırda Elvin yaxşı formadadır.


-Elvin İsayev və Heybətulla Hacıəliyevi necə?

- 50-50-yə. Adını çəkdiyimidmançıları qələbəyə daha potensiallı görürəm.



"Yerli idmançılardan hər hansı birini kumir seçməmişəm"



- Azərbaycanda ən populyar idman növlərindən biri də boksdur. Bu növdəAvropa və dünya çempionatlarında, olimpiya oyunlarında nəzərəçarpacaq uğurlarqazanmışıq. Sizdən əvvəl Rövşən Hüseynov, Vüqar Ələkbərov, Ağası Məmmədov, FuadAslanov, Şahin İmranov kimi tanınmış boksçularımız olub. Onlardan hansınısaözünüzə kumir seçmisiniz?

- Mənim boksa gəlməyimdəəsas rolu atam oynayıb. Gözümü açandan onu rinqdə, məşq zallarında görmüşəm.İlk məşqçim də elə o olub.Yadımdadır, ilk dəfə boks zalına məşqə gedəndə atamınəlcəklərini özümlə götürmüşdüm.


- Uşaqlıqda adını çəkdiyim idmançılardan hər hansı birinin çıxışlarınıizləmirdiniz?

- Açığı, o qədər də yox.Atam o vaxt mənə boksla bağlı kasetlər alıb gətirərdi. Məhəmməd Əli, MaykTayson, Evander Hollifild və Lennoks Luisin döyüşlərini sevə-sevə izləmişəm. Yerliidmançılardan hər hansı birinin çıxışlarını yaxından izlədiyimi və yaxud kumirseçdiyimi söyləyə bilmərəm.

- Veteran boksçularımızdan sizə kimlər mənəvi dəstək olur, tövsiyəverirlər?

- Fariz Məmmədov və Şahinİmranovu xüsusi qeyd edərdim. Düzdür, Fariz Məmmədov hazırda vuruşur, amma hərhalda yaşca məndən xeyli böyükdür, tövsiyələri dəyərlidir.


- Əzəldən aşağı çəkilərdə yığma komandada güclü daxili rəqabət olub. Hazırda56 kiloqram çəki dərəcəsində kimi bu baxımdan ciddi rəqib olaraq qəbul edirsiniz?

- 56 kiloqram çəkidərəcəsində yerli idmançılar arasında heç kimi ciddi rəqib olaraq qəbuletmirəm. Hazırda məni heyətdən sıxışdırmaq iqtidarında olan boksçu yoxdur.


- Rəqabətin olmaması necə hissdir? Bu sizi arxayınlaşdırmır ki?

- Mənim üçün heç bir fərqi yoxdur.Mən dünya çempionu olmamışdan əvvəl necə məşq edirdimsə, elə də davam edirəm.Məndə heç vaxt arxayınlıq hissi olmayıb. Yığmanın məşqçilərindən də soruşsanız,bunu təsdiqləyərlər.


"Bu çəkidən yalnız olimpiya çempionu kimi gedə bilərəm"


- 56 kiloqram kimi yüngülçəkini qoruyub saxlamaqbir idmançı üçün çox çətin hesabolunur. Buna necə nail olursunuz?

- Bu, idmançının özəlindədir. Qidalanmaya və digər amillərə düzgün raiyət etdikdə heç bir çətinliktörətmir. 
Digər, daha yuxarı çəki dərəcələrində də mübarizə apararam, amma qarşıma məqsədqoymuşam ki, bu çəkidən yalnız olimpiya çempionu kimi gedə bilərəm.

- Avropa Oyunlarından sonraqarşıdan Qətərin paytaxtında keçiriləcək Rio de Janeyro olimpiadasındalisenziya xarakterli dünya çempionatı gəlir. Bu turnir üçün nə vədləriniz var?

- Hazırda məni daha çoxqayğılandıran Avropa Oyunlarıdır. Dünya çempionatı mənim üçün indiki halda ikinci plandadır.


- Həvəskar boksla paralel olaraq həmçinin AİBA Pro Boxing seriyasındanolan peşəkar boks turnirlərində də iştirak edirsiniz...

- Bu seriyadan olan turnirlərdə görüş müddəti daha çoxdur. Orda uğurluiştirak üçün idmançıdan son dərəcə güclü xarakter, əzmkarlıq tələb olunur. Buxüsusiyyətlər də məndə olduğundan orda mübarizə aparmaq çətinlik törətmir.


- Gələcəkdə sizi sırf peşəkar boksda görə bilərik?

- Hələlik bütün planlarım olimpiya boksu ilə bağlıdır. Bir idmançıolaraq da bütün həmkarlarım kimi əsas arzum olimpiya çemponu olmaqdır.Bilirsiniz ki, Azərbaycan boksunun olimpiya çempionu yoxdur, bu səbəbdən adımıtarixə ilk olimpiya çempionu kimi yazdırmaq fürsətim var. Çalışacam ki, bundan Rioolimpiadasında maksimum yararlanım.


- Bir ara yarışlarda iştirak etmədiniz, deyəsən, əlinizdən zədəalmışdınız...

- Şükürlər olsun ki, zədəm tamamilə sağalıb. Bu zədə AİBA Pro Boxingturnirində Venesuela boksçusu ilə görüşdə yaranmışdı. Mən onun qaşının üstünəqüvvətli zərbə endirdikdən sonra əlim çartlamışdı.


- Baxmayaraq ki, dünya çempionusunuz, sizi nəinki cəmiyyət, hətta idmanictimaiyyəti belə, çox az tanıyır. Televiziya və media qurumlarının sizə qarşı diqqətsizliyinin səbəbi nədir?

- Özüm deyiləm (gülür). Dəvət etsələr, böyük məmnuniyyətlə qəbul edərəm.

Açığı, o qədər də marağında deyiləm. İdmançıyam, məşqimi edib yarışlardaiştirak edirəm, digər məsələlər mənim üçün o qədər də əhəmiyyətli deyil.


- İdmançılar arasında daha çox kimlərlə yaxınsınız?

- Daim oturub-durduğumuzu deyə bilmərəm, amma bir çoxu ilə ünsiyyətsaxlayıram. İlham Zəkiyevlə tez-tez zəngləşir, hal-əhval tuturuq. FəridMansurovla da bayram və digər əlamətdar günlərdə zəngləşirik. Komandayoldaşlarıma gəldikdə isə, hamısı ilə çox sıx ünsiyyətim var.



"Dostlarım utancaqlığımı mənə irad tuturlar"



- Sizi necə bir insan olaraq xarakterizə etmək olar?

- Nə deyim vallah...


- Mən birini deyim; Həddən artıq utancaq (gülərək).

- Çox düzgün qeyd etdiniz(gülür). Dostlarım da utancaqlığımı mənə iradtuturlar.


- Son sözünüz?

- Federasiya rəhbərliyinə, başda prezident KəmaləddinHeydərov olmaqla, vitse prezidentlər Süleyman Mikayılov və Ağacan Əbiyevə,məşqçilər korpusuna, xüsusilə də Nəriman Abdullayevə bizə göstərdiyi diqqət vəqayğıya görə öz minnətdarlığımı bildirirəm.
Qarşıdan gələn Avropa Oyunlarında bütün idmançılarımıza uğurlar arzu edirəm.Ümid edirəm ki, qazandığımız nəticələrlə xalqımızı sevindirəcəyik.


Sahib  ƏSƏDBƏYLİ