adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 May 2015 18:50
63570
RUBRİKA

"FƏXRİ KÜRSÜ"də Elvin Mürsəliyev : "Futbolçularımız bizim qədər əziyyət çəksəydilər, dünya çempionu olardılar"

Elvin Mürsəliyev 1988-ci ildə Azərbaycan respublikasının Bakışəhərində dünyaya gəlib. İdmanın yunan-Roma güləşi növündə mübarizə aparanMürsəliyev bir sıra turnirlərdə adından söz etdirib. 2010-cu ildə paytaxtımızdakeçirilən Avropa çempionatında ikinci olan idmançımız ötən il yenidən qitəçempionatının fəxri kürsüsündə qərarlaşıb. Vantaada keçirilən Avropaçempionatında üçüncü olan pəhləvanımız Özbəkistanın paytaxtı Daşkənddə təşkilolunan mundialın da bürünc mükafatçısı olub. Bundan başqa, o, dəfələrlə Azərbaycançampionatının, Qızıl Qran-Pri turnirlərinin, digər beynəlxalq yarışların qalibvə mükafatçısı olub. E. Mürsəliyev martda İranda təşkil olunmuş Dünya Kubokuturnirində yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının heyətində fəxrikürsünün ən yüksək pilləsinə qalxıb. O, hazırda 75 kiloqram çəki dərəcəsindəDünya Güləş Birliyinin reytinqində dördüncü pillədədir.


Adalet.az-ın "FƏXRİ KÜRSÜ" rubrikasının növbəti qonağıyunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının liderlərindən biri olan ElvinMürsəliyevdir.



"Məni qorumaq üçün məşqçilər bəzi yarışlarda çəki salmağıma da icazə vermirlər"


- Elvin, qarşıdan I Avropa Oyunları gəlir və siz çox güman bu  turnirdə iştirak edəcəksiniz...

-Bəli, demək olar ki, iştirakım dəqiqləşib. Əlimdən gələniedəcəm ki, üzərimə düşən vəzifəni artıqlamasıyla yerinə yetirim. Növbətitəlim-məşq toplanışı bu gün bitib(red; 1 may). Məşqçilər korpusu bədənimizin bərpa olunmasıüçün bir neçə günlük istirahət veriblər. Komanda olaraq məşqlərəməsuliyyətlə yanaşırıq, bütün proqramları artıqlamasıyla yerinı yetiririk.Avropa Oyunlarınadək cəmi iki təlim-məşq toplanışımız qalıb.


- Bu turnir sizin üçün hansı əhəmiyyəti kəsb edir?

- Avropa Oyunları dünya çempionatından da nüfuzluturnirdir. Doğma divarlar arasında keçirildiyindən içi özüm qarışıq bu turnirdəbütün idmançılarımız nailiyyət qazanmaq istəyi ilə alışıb-yanırlar.


- Bir neçə il yığma komandada iştirak baxımından çətinlikçəkdiniz. Əsas heyətə düşmək uğrunda mübarizədə Rafiq Hüseynova uduzurdunuz...

- Bildiyiniz kimi, 2010-cu ildə paytaxtımızda keçirilən Avropaçempionatında ikinci oldum, bundan sonra məndə sanki "ulduzxəstəliyi" yarandı. Çəkimi gözləmədim, yarışlara əvvəlki kimi ciddiyanaşmadım. Rejimim pozulmuşdu, gecədən səhərədək internetdə olurdum. Düşünürdüm ki, mən Avropa çempionatının mükafatçısıyam, yerli idmançılardan heç kim məni bu çəkidən sıxışdıra bilməz.  Bu da məşqçilər korpusunun diqqətindən yayınmadı. Heyətə düşməkbaxımından yaşadığım problemin səbəbini heç kimdə deyil, sırf özümdə görürəm.


- Hazırda 75 kiloqram çəki dərəcəsində vahid lider təsiribağışlayırsınız... Yoxsa elə deyil, gizli rəqabət var?

- Elədir. Məni qorumaq üçün məşqçilər hətta bəzi yarışlarda çəkisalmağıma da icazə vermirlər. Çəkisalma prosesinin bərpası xeyli vaxt aparır.Ötən ilin dekabrında ölkə çempionatında 80 kiloqram çəki dərəcəsində mübarizəapardım və qalib oldum. Finalda da məhz Rafiq Hüseynovu məğlub etdim. 


- Artıq 27 yaşınızvar, amma hələ də olimpiadada iştirak etməmisiniz...

- Rio Olimpiadasımənim üçün demək olar ki, sonuncu şansdır. Orda iştirak edəcəyim təqdirdə fürsətifövtə verməyəcəm.


- 75 kiloqramçəki dərəcəsində əsas rəqibləriniz Rusiya güləşçiləri Roman Vlasov və AleksandrÇekirkin, xorvatiyalı Neven Zuqaj və erməni Arsen Julfalakyandır. Onlardan hansıilə qarşılaşmaq daha çətindir?

- Hazırda dünyagüləşində 75 kiloqram çəki dərəcəsində ilk beşikdəyəm. Siz adını çəkdiyiniz idmançılarda bu çəkinin ən güclüləri hesab olunurlar. Onların arasında erməni idmançısı iləgörüşmək ikiqat məsuliyyət tələb edir. Dünya çempionatında ona məğlub oldum. Həm üzərimdə start həyəcanı vardı, həm də çəki salmışdım, özümü yaxşı hiss etmirdim.İkinci, ya üçüncü görüş olsaydı, nəticə tam fərqli olardı. 


- Julfalakyanlarevanş görüşü haqda fikirləşirsiniz?

- Əlbəttə. Ermənilər Avropa Oyunlarına qatılmayacaq, amma onunla dünya çempionatındaqarşılaşmaq şansımız var.



"Rəsul Çunayev üçün 75 kiloqram çəki dərəcəsində mübarizə aparmaq çətin olar"



- AvropaOyunlarındansonraqarşıdandünya çempionatı gəlir. Bu da Rio olimpiadasına lisenziya xarakterlidir. Las Veqas mundialı haqda nə düşünürsünüz?

- Hazırda qarşıda duran əsas məqsəd AvropaOyunlarında uğurlu iştirakdır. Hazırda çəkisalma problemi gözümə durub. Nə az, nə çəx 8 kiloqram çəki salmalıyam. Ondan iki ay sonra Amerikaya yola düşəcəyik.Çalışacam, Avropa Oyunlarından sonra çəkimi qoruyum ki, dünya çempionatındabununla bağlı problem yaşamayım.


- Belə görünür ki, çəkisalma prosesi sizəçox əziyyət verir. Nə əcəb, 80 kiloqram çəki dərəcəsinə keçmirsiniz?

- O olimpiya çəkisi deyil.


- Unutmuşdum(gülərək). Digər qeyri-olimpiyaçəkisi də 71 kiloqramdır. Belə təəssürat yaranır ki, Rəsul Çunayev və RafiqHüseynov Rio Olimpiadasında iştirak baxımından sizin potensial rəqiblərinizdir...

- Lisenziya xarakterli dünya çempionatında 75kiloqramda böyük ehtimalla ölkəmizi mən təmsil edəcəm. Hər üçümüz öz çəkimizdə uğurluiştirak edəcəyimiz təqdirdə bizi sparinq xarakterli görüşlərdə və ya ayrı-ayrıturnirlərdə sınayacaqlar. Kim güclü olsa, olimpiadaya da o gedəcək.


- Onlarla müqayisədə öz şanslarınızı necəqiymətləndirirsiniz?

- Mən hazırda 75 kiloqramda çıxış etdiyim üçün özümüdaha şanslı görürəm. Amma yenə də yekun qərar məşqçilərin olacaq. İxtiyar sahibi onlardır.


- Rafiq Hüseynov bir o qədər də yox, ammaRəsul Çunayev son vaxtlar uğurlu çıxışı ilə diqqəti cəlb edir…

- Rəsul Çunayev üçün 75 kiloqram çəkidərəcəsində mübarizə aparmaq çətin olar. Mənimlə müqayisədə Rəsulun iştiraketdiyi çəki dərəcəsində o qədər də ciddi rəqiblər yoxdur.

 O,daha çox texnikaya meylli idmançıdır, əvvəllər tanımırdılar, güləşmək onun üçünrahat idi, indi digər idmançılar onun fəndlərini, güclü və zəif xüsusiyyətləriniöyrəniblər.


- Avropa Oyunlarında komanda yoldaşlarındankimlərin şanslarını yüksək qiymətləndirirsiniz?

- Hamısı yüksək formadadır. Mənə elə gəlirki, hər bir çəkidə medal qazanacağıq.


- 130 kiloqramda da? Sabah Şəriəti heç dəuğurlu çıxış sərgiləmir...

- Sabah Şəriəti güləşə çox gec gəlib, cəmi 4-5ildir. Bu səbəbdən böyük turnirlərdə güləşmək onun üçün bir qədər çətindir.Məşqçilər korpusu hazırda onunla ciddi hazırlıq işi aparır. Ümidvaramki, o, çıxış edəcəyi təqdirdə Avropa Oyunlarında öz sözünü deyəcək


- Yığma komandanın lideri olaraq kimiqələmə verərsiniz?

- Hazırkı formasına görə Həsən Əliyevixüsusi qeyd edərdim.


- Daşkənd mundialına qayıdaq. Siz orda ilkgörüşdə məğlub olsanız da, sonradan bürünc medal qazana bildiniz...

- Kəçən il mən ilk dəfə olaraq böyüklər arasında dünyaçempionatında iştirak edirdim. Onun üçün çempionatın ab-havasına uyğunlaşabilmədim. İlk görüşdə məğlub olduqdan sonra məşqçilər məndən əlini tamamiləüzmüşdülər. Məğlub olduğum idmançı finala çıxanda özümə təlqin etdim ki, onunqalib gəldiyi rəqibləri mən də yenə bilərəm. Yalnız gürcüDatunaşvili ilə üçüncü yer uğrunda görüşdə çətinlik çəkdim. Son xal qaydası iləqalib gəlsəm də, ondan əvvəl parter vəziyyətində xal qazanmışdım, hakimlərqeydə almadı.

- Hakim qərəzi ilə tez-tez rastlaşırsınız.Nə məsələdir?

- Mənə çoxları deyir ki, kənardan çoxtəkəbbürlü təəssürat oyadırsan. Yəqin hakimlər də belə düşünür, onlarda mənəqarşı bir növ antipatiya yaranır(gülür)


- İdman aləmində kimlərlə yaxın dostluqmünasibətləriniz var?

- Veteran taekvondoçularımız olanNiyaməddin Paşayev və Rəşad Əhmədovla dostuq. Kikboksçularımızdan Babəklə sıxünsiyyətdəyəm. Sərbəst güləş yığmasının üzvləri ilə də yaxınıq. Daha çox ToğrulƏsgərov və Cəbrayıl Həsənovla dostluq münasibətlərimiz var.


- Komanda yoldaşlarınızdan isə, deyəsən, Həsən Əliyevlə...

- Daha çox Rövşən Bayramovla yaxınam. HəsənƏliyevlə də yaxınıq, amma bütün sirrimi Rövşənlə bölürəm.



 "Elxan Elatlının "Cəhənnəmdən gələn səs" əsəri məni çox təsirləndirmişdi"



- Yaxın dostu kimi Azərbaycan güləşininbrend isimlərindən olan Rövşən Bayramovu xarakterizə edərdiniz...

- Rövşən məndən bir yaş böyük olsa da,ünsiyyətdə özünü 15-16 yaşlı uşaq kimi aparır. Qapalı insandır, çox adamlasirrini bölüşməz. O, atasız böyüyüb, indiki səviyyəyə öz zəhməti, alın təri iləçatıb. Hazırda ehtiyacı olanlara düşünmədən kömək əlini uzadır. Xəstə, dərmanalmağa imkanı olmayan və ya digər səbəbdən pula ehtiyacı olan insan Rövşənəmüraciət etdikdə heç vaxt əliboş qalmaz.
Bir pis xasiyyəti var ki, birlikdə olanda bədii kitab oxumağa qoymur. Deyir,onsuz da başına girmir, havayı yerə özünə əziyyət vermə(gülür). Mən isə kitaboxumayanda özümü pis hiss edirəm.

- Kitab oxumağı belə çox sevirsiniz?

- Bəli


- Nə yaxşı...Mütaliəyəmeylli idmançılarımızçox azdır. Daha çox hansı janrda yazılan əsərləri vəmüəllifləri oxuyursunuz?

- Dedektiv janrını çox sevirəm. Yerliyazıçılardan Çingiz Abdullayev və Elxan Elatlını, xaricilərdən isə AqataKristini oxuyuram. Elxan Elatlının "Cəhənnəmdən gələn səs" əsəriməni çox təsirləndirmişdi. Düz bir həftə davamlı olaraq əsərdə cərəyan edən hadisələriyuxuda görmüşdüm.

 Digər janrlarda yazılan kitabları oxuduqda eyni effektialmıram.


- Karyeranızı bitirməyi haçanaplanlaşdırırsınız?

- Elə bir zədə alaram ki, növbəti yarışdansonra böyük idmandan gedərəm. Amma qarşıma məqsəd qoymuşam ki, bütün titullarayiyələnib, adımı Azərbaycan idmanı tarixinə yazdıraraq karyerama nöqtə qoyum.Bunun üçün də mənə təxminən 3 il vaxt lazımdır.


- Gələcəkdə məşqçilik fəaliyyəti ilə məşğulolmaq haqda düşünürsünüz?

- Qətiyyən. Məşqçilik çox ağırdır. Hərdənelə olur ki, məşqçilərin bizə verdiyi məşq proqramı ağır olur, istəmədənözümüzdən çıxırıq.

- Yığmanın hazırkı baş məşqçisi CəmşidXeyrəbadi ilə münasibətləriniz deyəsən, çox yaxşıdır. Onun sizə qarşı xüsusisimpatiyası olduğu hiss olunur...

- (Gülür). O, məni keçən il Macarıstandakeçirilən dünya çempionatına aparmadı. Həmin ilin birinci yarısı yaxşı formadaydım. Türkiyədəkeçirilən təlim-məşq toplanışında səhhətim pisləşdi, formadan geri düşdüm. Busəbəbdən Budapeştə mənim əvəzimə Rafiq Hüseynovu aparası oldu. Söz verdi ki,gələn il məhz məni dünya çempionatına aparacaq. Apardı və nəticəsini də gördü. 
Ümumiyyətlə, keçən il mənə verilən bütün etimadları artıqlamasıyla doğrultdum.

- Bayaq Rövşən Bayramov haqqındadanışdınız. Mümkünsə, digər komanda yoldaşlarınızı da xarakterizə edərdiniz.Onların özləri və oxucular üçün də maraqlı olar. Başlayaq HəsənƏliyevdən...

- Həsəndir də(gülür). Aramızda tez-tezzarafatlar olur. Həsən çox hazırcavabdır. O, elə bir insandır ki, vəziyyətdənçıxmaq üçün bütün variantlara əl atır. Bildiyini də deyir, bilmədiyini də...


- Rəsul Çunayev.

- Rəsul da ancaq "ləzginka"nıqoşur oynayır, özünü bununla motivasiya edir(gülür)


- Rafiq Hüseynov.

- Rafiq 66 kiloqramda mübarizə aparanda münasibətlərimiz yaxşı idi. Mənim çəkimdə çıxış etdikdən sonra vəziyyətdəyişdi.

 

 - EminƏhmədov.


- Emin Əhmədov da əvvəllər mənimlə bir çəkidəçıxış edirdi, amma onunla münasibətlərim həmişə qaydasında olub. Çoxları elədüşünür ki, Londonda qazandığı nailiyyətdən sonra onda başgicəllənməsi olub, bu səbəbdən yarışlarda az-az görünür, amma elə deyil, olimpiadadan sonra Emininbelində zədə yarandı, neçə vaxtdır bundan əziyyət çəkir. 
Uşaqlar ona xəmir, mənə isə dəmir deyirlər(gülür)

- İslam Abbasov və Saman Təhmasibi.

- İslam çox perspektivli idmançıdır.Azərbaycan güləşinin gələcəyi hesab olunur. Onunla dəfələrlə bir otaqdaqalmışıq, bir insan olaraq da çox müsbət xarakterə malikdir. Saman Təhmasibi isə sakitinsandır.


- Sabah Şəriəti.

- O, Azərbaycandilini çox zəif bilir. Biz də onun kimi fars dilini. Amma əsas sözləri ifadəedə bilirik(gülür)

- İki ayöncə Dünya Kuboku turnirində qalib oldunuz. Yığmanın heyətində özünü ən yaxşıtərəfdən göstərən idmançılardan biri də siz idiniz...

- Finaladəkbütün görüşlərdə qalib gəldim, yalnız rus Vlasova uduzdum. Həmin görüş öncəsidə zədələnmişdim. Demək olar ki, final görüşünə simvolik olaraq çıxmışdım. 
Dünya Kubokunda birinci olacağımıza inanmırdıq, bu, bizim üçün əsil sensasiyaoldu. Dünya Kubokunun qazanmağa ən real namizəd ev sahibləri idi.

- MənRusiyanı deyərdim. Heyətlərində kifayət qədər titullu idmançılar var idi...

- İranyığmasında da demək olar ki, birinci nömrələr çıxış edirdi. Yalnız Həmid SorianReyhanpurla Omid Nooruzi yox idi. 
İran yığmasını məğlub etdikdən sonra Dünya Kubokunu qazanacağımızı qətiləşdirdik.


"Güləşçi olmasaydım, böyük ehtimalla futbolçu olardım"

- Sevimliməşğuliyyətiniz nədir?

- Tez-tezRövşənlə onun Mərdəkandakı bağ evinə gedirik. O kabab bişirir, mən isə samovarqalayıram(gülür) Kabab bişirməyi heç cür bacarmıram.


- Güləşdənəlavə hansı idman növü ilə maraqlanırsınız?

- Futbollayaxından maraqlanıram. "Bavariya"nın qatı azarkeşiyəm. Güləşçiolmasaydım, böyük ehtimalla futbolçu olardım. Futbol mənə güləşdən daha asanidman növü təsiri bağışlayır. Futbolçularımız bizim qədər əziyyət çəksəydi, dünya çempionuolardılar.


- ElvinMürsəliyevi çoxmu tanıyırlar, azmı?

- Yolda mənigörən 10 nəfərdən heç olmasa 4-ü tanıyır.


- Bəs kimiAzərbaycan idmanınının ən tanınmışı, bir növ brendi hesab edirsiniz?

- FəridMansurov, Namiq Abdullayev və Rövşən Bayramovu.


- Sonsözünüz...

- Avropa Oyunlarında bütün idman növlərində ölkəmizi təmsil edəcəkidmançılarımıza uğurlar arzu edirəm. İnanıram ki, nəticələrimizyüksək olacaq.



Sahib ƏSƏDBƏYLİ