FHN İsmayıllıda obyektin fəaliyyətini dayandırıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti İsmayıllıda obyektin fəaliyyətini dayandırıb.
Bu barədə Adalet.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən İsmayıllı şəhərində yerləşən “Sandal” ayaqqabı təmiri və tikiş sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları quraşdırılmayıb;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;
- ərazidə yanğına qarşı ara məsafəsi gözlənilməyib və yanar tullantılardan təmizlənməyib;
- obyektin yanar konstruksiyaları odadavamlı məhlulla hopdurulmayıb;
- obyekt yanğın təhlükəsizliyi orqanının çağırış telefon nömrələrini bildirən göstərici lövhələrlə təmin edilməyib və siqaret çəkilməsi üçün xüsusi yer ayrılmayıb.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş İsmayıllı şəhərində yerləşən “Sandal” ayaqqabı təmiri və tikiş sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Digər Xəbərlər
23 Sentyabr 2026 15:55
Azərbaycanın istəyi ilə İrəvandakı görüş təxirə salındı - Səbəb bu imiş
23 Sentyabr 2026 15:32
Martin Ryan azadlığa buraxılıb
23 Sentyabr 2026 15:24
166 saylı marşrut avtobusundan NARAZILIQ - VİDEO
23 Sentyabr 2026 12:35
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlandı
23 Sentyabr 2026 12:32
Sabah 35 dərəcə isti olacaq
23 Sentyabr 2026 12:12
“Kaş ki, heç olmasa, bu yanlışlıqların davamı olmaya...”
23 Sentyabr 2026 11:50
Azərbaycanda cəza çəkən 5 əcnəbi əfv olunub
23 Sentyabr 2026 10:40


Bakı -°C

