FUTBOLUMUZUN DƏRDİ ÇƏKİLƏN DEYİL... - Vaqif TANRIVERDİYEV yazır
Vallah-billah bu futbol deyilən şey bizlik deyil. Gürcülər, özbəklər, taciklər... daha kimlər dünyanın ən məhşur klublarına dəvət alır, orada da əla oyun nümayiş etdirib, ölkələrinə şərəf gətirirlər.
Amma bizimkilər, Avropanın ikinci qrup komandalarına çağırılır, orada da min hoqqabazlıq edir, tezliklə də üzü qara qayıdırlar üstümüzə, belə faktları nə qədər desən saymaq olar.
Bir dostumuz var, bu xiffət onu öldürüb, ürək ağrısı ilə deyir, eləki Avropanın ikinci dərəcəli klublarının ikinci eşalonuna dəvət alırlar, gəncəlilərin sözü olmasın, “tripaçlıq” başlayır, ədaları yerə-göyə sığmır. Və çox çəkmir ki, ikinci eşalon komandasında da lazımsız oyunçuya çevrilir, üzüqara qayıdırlar vətənə... Ölkə futbolumuz da elə gündədir ki, onları can-başla qəbul edir, ədəb-ərkanla buraxırıq meydana...
Allah Rüfət Əhmədzadəyə rəhmət eləsin, deyir, qalmışam mat-məəttəl, bu mənəm, mən deyiləm. Amma şairin ruhu bizi bağışlasın, heyrətlənməyə dəyməz, biz elə buyuq və bu futbol deyilən şey də bizlik deyil...
Digər Xəbərlər
24 Yanvar 2026 17:09
“Daşlar kimi...” və yaxud 48 yaşda ilk dəfə cib dəsmalı istəyi...
24 Yanvar 2026 09:00
Yunus Əmrə İnstitutunda görüş keçirildi - FOTOLAR
22 Yanvar 2026 13:05
İlduzə Əliyeva: “ Elə bildim ki, oğlumun tarı erməniyə qalsa, günaha bataram”
22 Yanvar 2026 11:07


Bakı -°C

