adalet.az header logo
  • Bakı -°C

İstedad ölürsə... - Faiq QİSMƏTOĞLU yazır       

FAİQ QİSMƏTOĞLU
87 | 2026-06-07 14:43
A- A+

... Hər bir sahədə istedadlı insanlar var ! Və bu heç kimə sirr deyil.Bir də Allah-təala bütün bəndələrini sevir və onlara istedad bəxş edir. İntəhası, zəhmət çəkənlər, əziyyətə  qatlaşanlar bu istedadı inkişaf etdirir, cilalayır, üzə çıxarır, tənbəllər isə məhv edirlər...

Amma bu gün istedadlı insanların üzə çıxmasına,inkişafına bir çox halda qara qüvvələr  imkan vermir. Hamıya gün kimi aydındır ki, istedadlı həkimi, müəllimi, şairi, yazıçını, jurnalisti bəzən həmin kollektivin özündə imkan vermirlər. Hər yolla onları gözümçıxdıya salır, badalaq atır, hətta müdiriyyətin gözündən salmağa çalışırlar və çox vaxtda buna nail olurlar! Axı istedadlı insan yalan danışa , dələduzluq edə,  eləcə də ev yıxa bilmir.

Cahil və nadan adamlarsa, bunları çox yaxşı bilirlər. Ona görə də onlar vəzifəli şəxslərə , müdiriyyətə daha yaxındırlar. Heç bir çox halda müdiriyyətin də istedadlı adamlardan xoşları  gəlmir. Qorxur ki, günlərin birində istedadlı adamı onun yerinə təyin edə bilərlər!  Bunu hiss edən o vəzifəli şəxslər ətrafına savadsız , cahil və nadan adamları yığır! Ki, istədiyini eləsin və ətrafındakılar ona baş etsinlər! Amma onlar bir şeyi başa düşmürlər ki, istedad gün işığı kimi bir şeydi , o nə vaxtsa üzə çıxacaq! Məgər , belə hadisələr az olub??? Savadsız rəis , müdir və vəzifəli şəxsə, həmişə özündən razı olub və düşünüb ki, o, olmasa heç kəs bu işləri görə bilməz!  

İstedadlı sair- publisist Şükür Şənolla uzun müddət idi ki, əlaqəm yox idi. Bu gün telefonla əlaqə yaratdım  və o ki, var , ürəyimizi boşaltdıq. Və istedadlı  yazara da vaxtılə işlədiyi yerdə qiymət verə bilməyiblər, axırda bezib o kollektivdən uzaqlaşıb. Düz beş ildir ki, işsizdir! Çox təəssüf ki, belə bir istedadlı adamın bir jurnalist, şair kimi  peşəkarlığından istifadə edilmir!

Ona görə də Şükür qardaşımız insanlardan küsüb, doğma yurdu- Füzuli rayonunun Böyük Bəhmənli kəndinə gedib. Amma Allahdan küsməyib! Bir neçə il kənddə yaşayb və bir neçə roman , povest qələmə alıb. Doğma kəndi ona yeni nəfəs , yeni  güc verib! İnsan həmişə çətin gündə anadan olduğu yerə gedir.Çünki oranın havası, suyu , hətta adamları belə  insana yeni ruh, yeni bir təkan verir! Amma Şükür kimi istedadlı , peşəkar  yazarları itirmək  bu cəmiyyətə  çox böyük ziyan vurur.

Belə bir tərbiyəli, əxlaqlı, vətənpərvər  və istadadlı bir yazarın kölgədə qalması mənim ürəyimi ağrıdır! Çünki onunla mən eyni orta və ali məktəbi bitirmişik.Və  uzun müddət onun mətbuatdakı fəaliyyəti də gözlərimin önündə olub!Yəni Şükür  Şənolun  böyük mətbuata qayıtmasına cəmiyyətin  çox ehtiyac var!Ən azından ona görə ki, bu istedadlı adamların sönməsi cəmiyyətin işığının  azalması  və sönməsi deməkdir!!!

  • Iyun:
  • 5

TƏQVİM / ARXİV