Gədəbəyə dolu düşdü - FAKTİKİ HAVA
Mayın 8-i saat 11:00-a olan faktiki hava açqılanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, mayın 8-i saat 11:00-a olan məlumatına əsasən bəzi rayonlarda arabir şimşək çaxır, yağış yağır. Yağıntılar bəzi şimal və qərb rayonlarında intensiv xarakterlidir. Şahdağda isə arabir qar yağması müşahidə olunur.
Düşən yağıntının miqdarı Oğuzda 15, Ağdamda 14, Daşkəsən və Gədəbəydə 11, Gəncədə 5, Tərtərdə 4, Balakən, Qəbələ, Göygöl, Xınalıq və Qrızda (Quba) 3, Naftalan, Şəki və Göyçayda 2, Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Şəmkir, Bərdə, Ağstafa, Zaqatala, Yardımlı, Yevlax, Zərdab, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocavənd, Şuşa, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınır.
Mayın 7-də Gədəbəy rayonu ərazisinə saat 19:36-19:37 radələrində xırda ölçülü dolu düşüb.
Digər Xəbərlər
24 Iyun 2026 11:35
“Zeytun Bağları”nın ətraf mühitin qorunmasına töhfəsi - FOTOLAR
24 Iyun 2026 11:28
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər sahili neft tullantılarından təmizlənir - FOTOLAR
23 Iyun 2026 13:28
Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır? - AÇIQLAMA
23 Iyun 2026 13:25


Bakı -°C

