Gənc sosial işçilər üçün təlim proqramının ikinci mövsümünə yekun vurulub
“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə gənc sosial işçilər üçün həyata keçirilən “Essentials of Social Work” adlı təlim proqramının ikinci mövsümünə yekun vurulub.
Birliyin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, təlim proqramının bağlanış mərasimində çıxış edən “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı qeyd edib ki, gənclərlə işin ən vacib məsələlərindən biri bu işi peşəkar şəkildə mənimsəmiş kadrların olmasıdır. Təşkilatın “gənclərlə iş üzrə keyfiyyət nişanı”nın təmin edilməsi, gənc təlimçi və fasilitatorların formalaşması istiqamətində daim çalışdığını bildirən Şahin Rəhmanlı gənclərə gələcək fəaliyyətində uğurlar arzulayıb.
“İrəli” İctimai Birliyinin Sosial iş üzrə katibi, layihə rəhbəri Günel Abbaszadə vurğulayıb ki, layihə sosial işi praktik cəhətdən aşılamağa, sosial işçilərlə və onların fəaliyyətləri ilə yaxından tanış olmağa, habelə gənclərin bilik və bacarıqlarını möhkəmləndirməyə hesablanıb. 42 saatlıq təlim proqramı çərçivəsində müxtəlif mövzularda qrup işləri aparıldığı, sosial iş üzrə müxtəxəssislərlə görüşlərin keçirildiyi də tədbir müddətində diqqətə çatdırılıb.
Qeyd edək ki, gənc sosial işçilər üçün nəzərdə tutulan “Essentials of Social Work” layihəsi çərçivəsində ümumilikdə 100-ə yaxın gənc iştirak edib. Layihənin növbəti mövsümünün sentyabr ayında keçirilməsi nəzərdə tutulur.
Digər Xəbərlər
20 Mart 2026 09:00
SABİRABADI GÖZƏL GÖRDÜM, SEVİNDİM…
13 Mart 2026 09:00
DÜNYAYA TÖHFƏ VERMƏK HƏR ÖLKƏNİN İŞİ DEYİL
06 Mart 2026 09:00
İMİŞLİDƏ MÖHTƏŞƏM ABADLIQ İŞLƏRİ
27 Fevral 2026 09:00
AZƏRBAYCAN GƏNCLƏRİ DÜNYANIN ƏN İSTEDADLISIDIR
20 Fevral 2026 09:00
ERMƏNİLƏR QARABAĞ SAVAŞINDA AZƏRBAYCANA YÜZ MİLYARDDAN ÇOX ZİYAN VURUBLAR
06 Fevral 2026 09:00
ONLAR HEÇ VAXT ÖLÜMDƏN QORXMADILAR
30 Dekabr 2025 16:17
“Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilib
30 Dekabr 2025 15:52


Bakı -°C

