Gənclər “Bakcell”in dəstəyilə öz biznesini quracaq
“Bakcell” şirkəti “SOS Uşaq Kəndləri Azərbaycan” assosiasiyasının himayəsində yaşayan gənclərin iş imkanları və sahibkarlıq bacarıqlarının artırılmasına yönəlmiş növbəti layihəyə dəstək göstərib.
Adalet.az xəbər verir ki, layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş gənclərin sosial sahibkarlıq bacarıqlarının artırılması vasitəsilə əmək bazarına inteqrasiyasının təmin edilməslidir.
Layihədə iştirak etmək istəyən gənclər 6 komandaya bölünərək “Komandanın qurulması” (“Team building”), “Gənclərin iştirakçılığı” və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri mövzularında təlim və seminarlarda iştirak edib.
Qusar rayonunda “Sosial sahibkarlıq və biznesin qurulması” mövzusunda keçirilən 5 günlük düşərgədə gənclərə sosial sahibkarlıqla bağlı bilik və bacarıqlarını artırmaq üçün imkanlar yaradılıb. Növbəti mərhələdə onlar mentorların dəstəyilə öz biznes layihələrini hazırlayıb münsiflər heyətinə təqdim edəcək. Qalib elan olunan sosial sahibkarlıq layihələrini reallaşdırmaq üçün gənclərə maliyyə vəsaiti ayrılacaq.
Xatırladaq ki, Bakcell 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir. Bu əməkdaşlıq çərçivəsində Assosiasiyanın himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq məqsədilə həyata keçirilən “Öz biznesinə başla və təkmilləşdir” layihəsi ”Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi” nominasiyası üzrə “Milli KSM Mükafatı 2018″ mükafatına layiq görülüb.
Digər Xəbərlər
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25
“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi - FOTOLAR
08 Sentyabr 2026 07:02
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
04 Sentyabr 2026 11:12
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
01 Sentyabr 2026 08:27
Videoya baxmasalar da, “izlənmə” gələcək - Yutubda yeni dövr
30 Avqust 2026 15:10
"Telegram"dan bloklamalara qarşı yeni addım
29 Avqust 2026 09:00
İlk qatlanan “iPhone” təqdim ediləcək - Tarix açıqlandı
28 Avqust 2026 15:31


Bakı -°C

