adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Fevral 2017 11:39
216232
RUBRİKA

"Gördüyüm yuxu həyatımı dəyişdi" - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hərgün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur.Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içindətez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əlicibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar,sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizisarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürənatlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxulargöstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhurpsixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu"kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəkiqonağı yazar, jurnalist Azər Qismətdir. Adalet.az müsahibəni təqdim edir.


-Freydə görə, yuxu mənasız bir şey deyil,sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizinfikriniz necədir?

-Yuxularaelmi şəkildən yanaşmaqda çətinlik çəkirəm. Alimlərin uzun illər ərzində bu sahədəkitədqiqat işləri hələ öz nəticəsini vermir. Yuxu inadkarlıqla öz sirrini gizlədir.Mən yazı adamı olsam da, müşahidələrim bəzi mətləblərə aydınlıq gətirməyəyardımçı olar. Məsələn, mənə elə gəlir ki, beyinin gün ərzində qapılarınıaçması saatları olur. Daha doğrusu, bir an ərzində öz qapısını açır və insanındüşündüyündən kiçik qətrə götürüb hansısa küncə toplayır. Sonra yenidən qapınıbağlayır. Məsələn, bir ay əvvəl yolda təsadüfən "Kadillak Eldorado” avtomobiligördüm. Və bir anlıq qəlbimdən keçdi ki, 1960-cı illərin "Kadillak”ındanolsaydı, şəhərdə şütüyərdim. Sonra xəyalıma gətirdim ki, Amerikadan gələn mütəxəxəssisləro maşını məndən almaq üçün necə dil tökürlər. Ertəsi gün aqrar sektora dairyazı hazırlayırdım, orda örüş sahələrinin əkin dövriyyəsinə qatılması barədəkiçik düşüncəyə daldım. Ki, mal-qara qapalı tövlə şəraitində saxlanılsa, onunqan dövranı normal vəziyyətdə olmayacaq, laktasiya zəif gedəcək, südün məhsuldarlığıaşağı düşəcək. Yadıma düşdü ki, İsveçrənin Alp dağlarının ətəklərində inəklərnecə kövşəyir və sair. Deməli, 1 həftədən sonra gördüyüm yuxuya fikir verin. Mən"Kadillak”da sükan arxasında oturmuşam, yanımda da baytar əyləşib. Biz fermayaçatıb laktasiyaya dair elmi simpoziumda iştirak edirik. Tədbirə İsveçrədənnümayəndələr də gəlib. Beynin qapısı açılıb, özünə lazım olanı götürüb, hansısaküncdə gizlədib və kiçik süjet hazırlayıb. O süjetin müsbət və mənfi olması isəqidadan asılıdır. Yuxudan əvvəl qəbul edilən qidaların yuxu süjetinin hansıistiqamətdə hazırlanmasında böyük rolu var. Bu da mənim kiçik müşahidəm.


-Yuxularınız həyatınıza necə təsir göstərir,yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Həyatımabu və başqa dərəcədə təsir göstərir. Məsələn, rəhmətə getmiş yaxınlarımı görəndəonların qəbirdə üşüdüyünü, yaxud ziyarət zamanının çatdığını düşünürəm. Yaziyarət edirəm, ya da rayonda yaşayan qohumlara deyirəm ki, qəbrin üstünə gedibgül qoysunlar, kol-kosdan təmizləsinlər. Anamı görəndə fikirləşirəm ki, onunsağlıq durumunda nəsə var. Qayğı ilə yanaşıb halını soruşuram, nədənsə xiffət çəkdiyiürəyimə gəlir. Səbəbləri tapıb aradan qaldırıram.


-Yuxudan sonra onun yozumları haqda başsındırırsız?

- Heçbir yuxunun yozumu barədə düşünmürəm. Yadıma salıram ki, bu barədə nə vaxtsadüşünmüşəm, ya yox. Yadıma salanda ki, yuxuda cərəyan edən hadisələrinayrı-ayrı detallarını dünən, srağagün, ya bir ay əvvəl düşünmüşəm, ondarahatlıq tapıram. Təkcə bir yuxudan qorxuram: qara camışı görməkdən. Uşaqolanda yaşlı adamlar deyirdilər ki, qara camış əzrayıldır, canı almağa gəlir.Sonralar buna inanmadım. Baş verən hadisələr məni buna inanmağa vadar etdi.Sabirabadın Qalaqayın kəndindən olan sinif yoldaşım bir dəfə dərsə gələndə dediki, babası yuxusunda qara camış görüb. Bir az məzələnib yazığa güldük. Ertəsigün müəllim dərsə gəlib-gəlməyənləri jurnal üzrə soruşanda məlum oldu ki, oğlandərsə gəlməyib. Qonşusu olan qız da bizimlə oxuyurdu. Qız ayağa durub dedi ki,onun babası gecə rəhmətə gedib. Neftçaladan olan tələbə yoldaşım da qara camışadair eşitdiklərindən danışanda, həmin yuxunun doğruluğuna inandım. İki ilbundan əvvəl isə bir hadisə baş verdi. Gecə yuxudan anamın səsinə ayıldım. O,xırıldayır və ah çəkirdi. Anladım ki, nəsə pis yuxu görür. Çünki anam həmişəsakit yatardı. Oyatdım. Dedi qəribə yuxu görmüşəm. Danışmağını istədim. Məlumoldu ki, yuxusunda ölmüş qara camış görüb. Məndən yozmasını istədi. Eləcəüstüörtlü dedim ki, ömrün artıb. Amma daha qara camışın əzrayıl olmasına dairbir kəlmə də demədim. O, sadəcə ölümün ayağını sındırmışdı.


- Yuxuların mistikhadisə olduğuna inanırsınızmı?

- İnanmırdım. Ta ki qardaşım Qismət gənc yaşında rəhmətəgedənə qədər. Onu rayonda dəfn edəndən sonra gecə yuxu gördüm. Qardaşım təpəninüstündə dayanıb yas məclisinə baxırdı. Ucadan qışqırdım ki, gəl yaxına. Dedidaha orda işim yoxdur, gedirəm uzaqlara. Həmin yuxu mənə anlatdı ki, röyadamistik qüvvə mövcuddur.


- Gördüyünüz yuxular çin olurmu, yada əksinə?

- Gecə gördüyümyuxular heç vaxt çin olmayıb. Amma istirahət günlərində gündüz saatlarındayatanda gördüyüm bütün yuxular çin olur. Ötən həftə günorta gördüm ki, "Yaxşı,pis, zalım” filminə baxıram. Oyananda kanalları çevirdim və həmin kino nümyişetdirilirdi. Oturub baxdım.


- Həyatınızda gördüyünüz ən yaddaqalan yuxu və ən gözəl yuxuhansılardır?

- Elə yuxular var ki, onları illərləgörmüşəm. 6-9-cu siniflər ərzində yazıçı Kir Bulıçevin romanı əsasında çəkilən"Gələcəkdən gəlmiş qonaq” filminin qəhrəmanı Alisa Seleznyovanı görmüşəm.Yuxuma gəlir, halımı xəbər alır, dərslərimin necə getdiyini soruşur, üzümdənöpüb uzaqlaşır. Elə bir yuxu da olub ki, onu 10 il sərasər izləmişəm. Pərdəqalxır, səhnəyə gəlirəm, hamı məni alqışlayır. Qızım dünyaya gələndən sonrabaşqa röya məni illərlə qorxutdu. Qızımla meşəyə göbələk yığmağa gedirik, havaqaralır və canavarların əhatəsinə düşürük. Qızımı başımın üstünə qaldırıram ki,canavarlar onu yeməsinlər, özüm isə əl-qol atıram. Və o anda düşünürəm ki, təkiməni yeyib doysunlar, qızıma toxunmasınlar.


- Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir.Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necədüşünürsünüz?

- Bəzi adamlardan bunu eşidirəm, doğrusu məngörməmişəm. Məncə, ağ-qara yuxuları yalnız yaşlı nəsil görə bilər. Çünkiömürlərinin 90 faizini ağ-qara ekran qarşısında keçiriblər. Ya da Çin fəlsəfəsiilə maraqlananlar.


- Hansı doğmanızı daha çox yuxudagörürsünüz?

- Qardaşım Qisməti vəilk ibtidai müəlliməm Bikə xanımı. Mərhum atamı görəndə bilirəm ki, həmin gün əliməpul gələcək. Rəhmətlik pullu kişi idi. Rayonda pullu ailələrdən tanınırdıq.Qardaşımı o vaxt görürəm ki, sağlamlığımda nəsə problem var, aradanqaldırmalıyam. Onlar mənə işarələr ötürürlər. Bikə müəlliməni görəndə isə məlumolur ki, hansısa sinif yoldaşımın başına nəsə gəlib. Bir dəfə onu yuxudagörmüşdüm. Ertəsi gün zəng gəldi ki, sinif yoldaşın Rahib rəhmətə gedib. 25 il əvvəlisə sinif yoldaşlarımdan birini Rusiyada həbs etdilər.


- Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözüvar: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hərbirinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

- Mən də yuxularımın içindəfırlanıram. Lakin məsələ burasındadır ki, kor-koranə fırlanmıram, verilən işarələriduyuram.


- Sizə görə yuxularımız həqiqətəçatdırır bizi?

- Əlbəttə. Bayaq dadediyim kimi həmişə pərdə qalxır və məni alqışlayırdılar. Veriliş aparıcısıoldum, ölkədə azdan-çoxdan tanındım. Gördüyüm yuxu gələcəkdən xəbər verdi.