05 Avqust 2024 10:45
117
İDMAN

Güləşçilərimiz Paris Olimpiadasında mübarizəyə başlayır

"Paris-2024" Yay Olimpiya Oyunlarında bu gün yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək.

Adalet.az xəbər verir ki, güləş yarışlarının ilk günündə Azərbaycanın iki idmançısı qüvvəsini sınayacaq.

Murad Məmmədov (60 kiloqram) və Sabah Şəriati (130 kiloqram) mübarizəyə 1/8 finaldan qoşulacaqlar. Onlar müvafiq olaraq, ekvadorlu Rayber Joze Rodriges Orosko və estoniyalı Heyki Nabi ilə qarşılaşacaqlar.

Azərbaycan təmsilçilərinin görüşləri Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.