05 Avqust 2024 12:54
75
İDMAN

“Qalatasaray” braziliyalı futbolçunu transfer edib

Türkiyənin “Qalatasaray” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Adalet.az  xəbər verir ki, İstanbul nəhəngi İngiltərənin “Norviç Siti” klubundan 26 yaşlı yarımmüdafiəçi Qabriel Saranı transfer edib.

Braziliyalı oyunçu ilə 5 illik müqavilə imzalanıb. “Cim-bom” bu keçid üçün qarşı tərəfə 18 milyon avro ödəyəcək.